Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Mağara 18.1Həmd Öz quluna kitabı endirən və onda heç bir əyrilik qoymayan Allaha məxsusdur.الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجًا ۜalhamdu lillahi llazi anzala ‘ala ‘abdihi lkitaba valam yac‘al llahu ‘ivacanMağara 18.2Onu dosdoğru etdi ki, Öz qatından gələcək şiddətli bir əzab barədə xəbərdarlıq etsin və yaxşı işlər görən möminlərə gözəl bir mükafat qazanacaqlarını müjdələsin.قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًاqayyiman lliyunzira ba’san şadidan mmin lladunhu vayubaşşira lmu’minina llazina ya‘maluna ssalihati anna lahum acran hasananMağara 18.3Orada əbədi qalacaqlar.مَّاكِثِينَ فِيهِ أَبَدًاmakisina fihi abadanMağara 18.4Bir də «Allah övlad götürdü» deyənlərə xəbərdarlıq etsin.وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًاvayunzira llazina qalu ttaxaza llahu valadanMağara 18.5Bu barədə nə onların, nə də atalarının biliyi var. Ağızlarından çıxan söz necə də ağırdır! Onlar yalandan başqa bir şey demirlər.مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًاma lahum bihi min ‘ilmin vala liaba’ihim kaburat kalimatan taxrucu min afvahihim in yaquluna illa kazibanMağara 18.6Bu sözə iman gətirməsələr, onların ardınca qəm-qüssədən az qala özünü həlak edəcəksən.فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَـٰذَا الْحَدِيثِ أَسَفًاfala‘allaka baxi‘un nnafsaka ‘ala asarihim in llam yu’minu bihaza lhadisi asafanMağara 18.7Onlardan kimin daha yaxşı iş görəcəyini sınamaq üçün yer üzündə olanları ona bəzək etdik.إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًاinna ca‘alna ma ‘ala l’ardi zinatan llaha linabluvahum ayyuhum ahsanu ‘amalanMağara 18.8Onun üzərindəkiləri isə mütləq quru, otsuz torpağa çevirəcəyik.وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًاva’inna laca‘iluna ma ‘alayha sa‘idan curuzanMağara 18.9Yoxsa mağara və Rəqim əhlini nişanələrimiz arasında heyrətamiz bir hadisə saydın?أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًاam hasibta anna ashaba lkahfi varraqimi kanu min ayatina ‘acabanMağara 18.10Bir vaxt gənclər mağaraya sığınıb dedilər: «Ey Rəbbimiz! Öz qatından bizə mərhəmət bəxş et və bu işimizdə bizə doğru bir yol aç».إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًاiz ava lfityatu ila lkahfi faqalu rabbana atina min lladunka rahmatan vahayyi’ lana min amrina raşadanMağara 18.11Mağarada neçə-neçə il onların qulaqlarına pərdə çəkdik.فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًاfadarabna ‘ala azanihim fi lkahfi sinina ‘adadanMağara 18.12Sonra onları oyatdıq ki, iki dəstədən hansının onların nə qədər qaldığını daha dəqiq hesabladığını bilək.ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًاsumma ba‘asnahum lina‘lama ayyu lhizbayni ahsa lima labisu amadanMağara 18.13Onların xəbərini sənə haqq ilə danışırıq. Onlar Rəbbinə iman gətirmiş gənclər idilər. Biz də onları doğru yolda daha da irəli apardıq.نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًىnahnu naqussu ‘alayka naba’ahum bilhaqqi innahum fityatun amanu birabbihim vazidnahum hudanMağara 18.14Ayağa qalxıb deyəndə qəlblərini möhkəmlətdik: «Rəbbimiz göylərin və yerin Rəbbidir. Ondan başqa heç bir ilah çağırmayacağıq. Yoxsa, doğrudan da, həddi aşan bir söz söyləmiş olarıq.وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَـٰهًا ۖ لَّقَدْ قُلْنَا إِذًا شَطَطًاvarabatna ‘ala qulubihim iz qamu faqalu rabbuna rabbu ssamavati val’ardi lan nnad‘uva min dunihi ilahan llaqad qulna izan şatatanMağara 18.15Bu qövmümüz Ondan başqa ilahlar götürdü. Nə üçün onlar barədə açıq bir dəlil gətirmirlər? Allah haqqında yalan uydurandan daha zalım kim ola bilər?هَـٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًاha’ula’i qavmuna ttaxazu min dunihi alihatan llavla ya’tuna ‘alayhim bisultanin bayyinin faman azlamu mimmani ftara ‘ala llahi kazibanMağara 18.16Onlardan və Allahdan başqa qulluq etdiklərindən ayrıldığınız zaman mağaraya sığının. Rəbbiniz mərhəmətini üzərinizə yaysın və bu işinizdə sizə rahatlıq hazırlasın».وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًاva’izi ‘tazaltumuhum vama ya‘buduna illa llaha fa’vu ila lkahfi yanşur lakum rabbukum mmin rrahmatihi vayuhayyi’ lakum mmin amrikum mmirfaqanMağara 18.17Günəşin doğanda onların mağarasından sağa meyl etdiyini, batanda isə yanlarından soldan keçdiyini görərdin. Onlar mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanələrindəndir. Allah kimi doğru yola yönəldirsə, doğru yolu tapan odur. Kimi azdırırsa, ona yol göstərən bir himayədar tapa bilməzsən.وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًاvatara şşamsa iza tala‘at ttazavaru ‘an kahfihim zata lyamini va’iza ğarabat ttaqriduhum zata şşimali vahum fi facvatin mminhu zalika min ayati llahi man yahdi llahu fahuva lmuhtadi vaman yudlil falan tacida lahu valiyyan mmurşidanMağara 18.18Onları oyaq sanardın, halbuki yuxuda idilər. Biz onları sağa və sola çevirirdik. İtləri də ön ayaqlarını astanada uzatmışdı. Onları görsəydin, üz döndərib qaçardın və için qorxu ilə dolardı.وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًاvatahsabuhum ayqazan vahum ruqudun vanuqallibuhum zata lyamini vazata şşimali vakalbuhum basitun zira‘ayhi bilvasidi lavi ttala‘ta ‘alayhim lavallayta minhum firaran valamuli’ta minhum ru‘banMağara 18.19Beləcə onları oyatdıq ki, bir-birindən soruşsunlar. İçlərindən biri «Nə qədər qaldınız?» deyə soruşdu. Dedilər: «Bir gün, ya da günün bir hissəsi qədər qaldıq». Dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Baxsın, harada daha təmiz yemək var, ondan sizə azuqə gətirsin. Ehtiyatlı davransın və varlığınızı heç kəsə sezdirməsin.وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَـٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًاvakazalika ba‘asnahum liyatasa’alu baynahum qala qa’ilun mminhum kam labistum qalu labisna yavman av ba‘da yavmin qalu rabbukum a‘lamu bima labistum fab‘asu ahadakum bivariqikum hazihi ila lmadinati falyanzur ayyuha azka ta‘aman falya’tikum birizqin mminhu valyatalattaf vala yuş‘iranna bikum ahadanMağara 18.20Çünki onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edərlər, ya da öz dinlərinə qaytararlar. Onda heç vaxt nicat tapmazsınız».إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًاinnahum in yazharu ‘alaykum yarcumukum av yu‘idukum fi millatihim valan tuflihu izan abadanMağara 18.21Beləcə onları üzə çıxardıq ki, Allahın vədinin haqq olduğunu və o Saat barəsində heç bir şübhə olmadığını bilsinlər. O vaxt onların işi barədə öz aralarında mübahisə edirdilər. Dedilər: «Üstlərində bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir». Bu işdə sözü keçənlər dedilər: «Onların üstündə mütləq bir məscid tikəcəyik».وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا ۖ رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًاvakazalika a‘sarna ‘alayhim liya‘lamu anna va‘da llahi haqqun va’anna ssa‘ata la rayba fiha iz yatanaza‘una baynahum amrahum faqalu bnu ‘alayhim bunyanan rrabbuhum a‘lamu bihim qala llazina ğalabu ‘ala amrihim lanattaxizanna ‘alayhim mmascidanMağara 18.22«Üç nəfərdirlər, dördüncüsü itləridir» deyəcəklər. «Beş nəfərdirlər, altıncısı itləridir» də deyəcəklər. Bu, qeybə daş atmaqdır. «Yeddi nəfərdirlər, səkkizincisi itləridir» də deyəcəklər. De: «Onların sayını Rəbbim daha yaxşı bilir. Onları az adam bilir». Onlar barədə üzdə olanla kifayətlənərək mübahisə et və onlardan heç kəsə bu barədə sual vermə.سَيَقُولُونَ ثَلَاثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُل رَّبِّي أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًاsayaquluna salasatun rrabi‘uhum kalbuhum vayaquluna xamsatun sadisuhum kalbuhum racman bilğaybi vayaquluna sab‘atun vasaminuhum kalbuhum qul rrabbi a‘lamu bi‘iddatihim mma ya‘lamuhum illa qalilun fala tumari fihim illa mira’an zahiran vala tastafti fihim mminhum ahadanMağara 18.23Heç bir iş üçün «Mən bunu sabah mütləq edəcəyəm» demə,وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًاvala taqulanna lişay’in inni fa‘ilun zalika ğadanMağara 18.24«Allah istəsə» demədən. Unutduqda Rəbbini an və de: «Ola bilsin, Rəbbim məni doğruya bundan da yaxın bir yola yönəltsin».إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَن يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَـٰذَا رَشَدًاilla an yaşa’a llahu vazkur rrabbaka iza nasita vaqul ‘asa an yahdiyani rabbi li’aqraba min haza raşadanMağara 18.25Mağaralarında üç yüz il qaldılar və buna doqquz il də əlavə etdilər.وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًاvalabisu fi kahfihim salasa mi’atin sinina vazdadu tis‘anMağara 18.26De: «Nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də gözəl eşidir! Onların Ondan başqa bir himayədarı yoxdur. O, hökmünə heç kəsi şərik etmir».قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًاquli llahu a‘lamu bima labisu lahu ğaybu ssamavati val’ardi absir bihi va’asmi‘ ma lahum mmin dunihi min valiyyin vala yuşriku fi hukmihi ahadanMağara 18.27Rəbbinin kitabından sənə vəhy ediləni oxu. Onun sözlərini dəyişə biləcək heç kəs yoxdur və Ondan başqa bir sığınacaq tapa bilməzsən.وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَن تَجِدَ مِن دُونِهِ مُلْتَحَدًاvatlu ma uhiya ilayka min kitabi rabbika la mubaddila likalimatihi valan tacida min dunihi multahadanMağara 18.28Səhər-axşam Rəbbini çağıran və Onun üzünü diləyənlərlə səbir edib qal. Dünya həyatının bər-bəzəyinə can atıb gözlərini onlardan ayırma. Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, öz həvəsinə uyan və işi həddi aşmaq olan kəsə tabe olma.وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًاvasbir nafsaka ma‘a llazina yad‘una rabbahum bilğadati val‘aşiyyi yuriduna vachahu vala ta‘du ‘aynaka ‘anhum turidu zinata lhayati ddunya vala tuti‘ man ağfalna qalbahu ‘an zikrina vattaba‘a havahu vakana amruhu furutanMağara 18.29De: «Haqq Rəbbinizdəndir. İstəyən iman gətirsin, istəyən inkar etsin». Biz zalımlar üçün onları divarları ilə əhatə edən bir od hazırladıq. İmdad istəsələr, üzləri qarsıdan ərimiş metal kimi su ilə imdadlarına yetərlər. O necə də pis bir içkidir, ora necə də pis bir sığınacaqdır!وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَن شَاءَ فَلْيُؤْمِن وَمَن شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًاvaquli lhaqqu min rrabbikum faman şa’a falyu’min vaman şa’a falyakfur inna a‘tadna lizzalimina naran ahata bihim suradiquha va’in yastağisu yuğasu bima’in kalmuhli yaşvi lvucuha bi’sa şşarabu vasa’at murtafaqanMağara 18.30İman gətirib yaxşı işlər görənlərə gəlincə, Biz yaxşı iş görənin mükafatını zay etmərik.إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًاinna llazina amanu va‘amilu ssalihati inna la nudi‘u acra man ahsana ‘amalanMağara 18.31Altlarından çaylar axan Ədn bağları onlar üçündür. Orada qızıl bilərziklərlə bəzənəcək, incə və qalın ipəkdən yaşıl paltarlar geyəcək və taxtlara söykənəcəklər. Nə gözəl mükafat, nə gözəl istirahət yeri!أُولَـٰئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۚ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًاula’ika lahum cannatu ‘adnin tacri min tahtihimu l’anharu yuhallavna fiha min asavira min zahabin vayalbasuna siyaban xudran mmin sundusin va’istabraqin mmuttaki’ina fiha ‘ala l’ara’iki ni‘ma ssavabu vahasunat murtafaqanMağara 18.32Onlara iki nəfəri misal çək. Birinə iki üzüm bağı verdik, ətraflarını xurma ağacları ilə əhatəyə aldıq və aralarında əkin bitirdik.وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًاvadrib lahum mmasalan rraculayni ca‘alna li’ahadihima cannatayni min a‘nabin vahafafnahuma binaxlin vaca‘alna baynahuma zar‘anMağara 18.33Hər iki bağ öz barını verdi və ondan heç nə əskiltmədi. Aralarından da bir çay axıtdıq.كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْئًا ۚ وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًاkilta lcannatayni atat ukulaha valam tazlim mminhu şay’an vafaccarna xilalahuma naharanMağara 18.34Onun barı vardı. Yoldaşı ilə söhbət edərkən dedi: «Mənim malım səninkindən çoxdur, adamlarım da daha qüvvətlidir».وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًاvakana lahu samarun faqala lisahibihi vahuva yuhaviruhu ana aksaru minka malan va’a‘azzu nafaranMağara 18.35Özünə zülm edərək bağına girdi və dedi: «Bunun bir gün yox olacağını sanmıram.وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَـٰذِهِ أَبَدًاvadaxala cannatahu vahuva zalimun llinafsihi qala ma azunnu an tabida hazihi abadanMağara 18.36O Saatın gələcəyini də düşünmürəm. Rəbbimə qaytarılsam, mütləq bundan daha yaxşı bir dönüş yeri tapacağam».وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًاvama azunnu ssa‘ata qa’imatan vala’in rrudidttu ila rabbi la’acidanna xayran mminha munqalabanMağara 18.37Yoldaşı onunla söhbət edərkən dedi: «Səni torpaqdan, sonra bir damladan yaradan, sonra da səni yetkin bir insan halına gətirəni inkarmı edirsən?قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًاqala lahu sahibuhu vahuva yuhaviruhu akafarta billazi xalaqaka min turabin summa min nnutfatin summa savvaka raculanMağara 18.38Mənim Rəbbim isə Allahdır. Mən heç kəsi Rəbbimə şərik qoşmuram.لَّـٰكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًاlakinna huva llahu rabbi vala uşriku birabbi ahadanMağara 18.39Bağına girəndə “Allahın istədiyi olar, güc yalnız Allah ilədir” deməli deyildinmi? Məni mal və övlad baxımından özündən aşağı görürsənsə,وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِن تَرَنِ أَنَا أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًاvalavla iz daxalta cannataka qulta ma şa’a llahu la quvvata illa billahi in tarani ana aqalla minka malan vavaladanMağara 18.40ola bilsin, Rəbbim mənə sənin bağından daha xeyirlisini versin, onun üstünə isə göydən bir fəlakət göndərsin və o, sürüşkən bir torpağa çevrilsin.فَعَسَىٰ رَبِّي أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًاfa‘asa rabbi an yu’tiyani xayran mmin cannatika vayursila ‘alayha husbanan mmina ssama’i fatusbiha sa‘idan zalaqanMağara 18.41Ya da suyu yerin dərinliyinə çəkilsin və onu bir daha axtarıb tapa bilməyəsən».أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُ طَلَبًاav yusbiha ma’uha ğavran falan tastati‘a lahu talabanMağara 18.42Onun barı məhv oldu. Bağ çardaqlarının üstünə çökmüşdü. O, bağa xərclədiklərinə heyifsilənib əllərini ovuşdurur və deyirdi: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!»وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًاva’uhita bisamarihi fa’asbaha yuqallibu kaffayhi ‘ala ma anfaqa fiha vahiya xaviyatun ‘ala ‘uruşiha vayaqulu ya laytani lam uşrik birabbi ahadanMağara 18.43Allahdan başqa ona kömək edə biləcək bir dəstəsi olmadı. Özü də özünə kömək edə bilmədi.وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًاvalam takun llahu fi’atun yansurunahu min duni llahi vama kana muntasiranMağara 18.44Orada himayə haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat da, ən yaxşı aqibət də Onun yanındadır.هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًاhunalika lvalayatu lillahi lhaqqi huva xayrun savaban vaxayrun ‘uqbanMağara 18.45Onlara dünya həyatını misal çək. O, göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri o suya qarışar, sonra da küləklərin sovurduğu quru çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.وَاضْرِبْ لَهُم مَّثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُّقْتَدِرًاvadrib lahum mmasala lhayati ddunya kama’in anzalnahu mina ssama’i faxtalata bihi nabatu l’ardi fa’asbaha haşiman tazruhu rriyahu vakana llahu ‘ala kulli şay’in mmuqtadiranMağara 18.46Mal-dövlət və oğullar dünya həyatının bəzəyidir. Qalıcı yaxşı işlər isə Rəbbinin qatında həm mükafat, həm də ümid baxımından daha xeyirlidir.الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًاalmalu valbanuna zinatu lhayati ddunya valbaqiyatu ssalihatu xayrun ‘inda rabbika savaban vaxayrun amalanMağara 18.47Dağları hərəkətə gətirəcəyimiz gün yeri açıq görəcəksən. Onları toplayacağıq, birini də kənarda qoymayacağıq.وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًاvayavma nusayyiru lcibala vatara l’arda barizatan vahaşarnahum falam nuğadir minhum ahadanMağara 18.48Onlar səf-səf Rəbbinin hüzuruna çıxarılacaqlar. «Sizi ilk dəfə necə yaratmışdıqsa, Bizə elə də gəldiniz. Halbuki sizin üçün görüş vaxtı təyin etməyəcəyimizi sanırdınız».وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًاva‘uridu ‘ala rabbika saffan llaqad ci’tumuna kama xalaqnakum avvala marratin bal za‘amtum allan nnac‘ala lakum mmav‘idanMağara 18.49Kitab ortaya qoyulacaq. Günahkarların onun içindəkilərdən qorxduğunu görəcəksən. Deyəcəklər: «Vay halımıza! Bu necə kitabdır ki, kiçik-böyük heç nəyi kənarda qoymadan hamısını sayıb?» Etdiklərini qarşılarında hazır görəcəklər. Rəbbin heç kəsə zülm etməz.وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَـٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًاvavudi‘a lkitabu fatara lmucrimina muşfiqina mimma fihi vayaquluna ya vaylatana mali haza lkitabi la yuğadiru sağiratan vala kabiratan illa ahsaha vavacadu ma ‘amilu hadiran vala yazlimu rabbuka ahadanMağara 18.50Bir vaxt mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi və Rəbbinin əmrindən çıxdı. İndi Məni qoyub onu və nəslini özünüzə himayədar tutursunuz? Axı onlar sizin düşməninizdir. Zalımlar üçün bu, necə də pis bir dəyiş-düyüşdür!وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًاva’iz qulna lilmala’ikati scudu liadama fasacadu illa iblisa kana mina lcinni fafasaqa ‘an amri rabbihi afatattaxizunahu vazurriyyatahu avliya’a min duni vahum lakum ‘aduvvun bi’sa lizzalimina badalanMağara 18.51Mən onları nə göylərin və yerin yaradılmasına, nə də özlərinin yaradılmasına şahid tutdum. Azdıranları Özümə köməkçi tutan deyiləm.مَّا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًاma aşhadttuhum xalqa ssamavati val’ardi vala xalqa anfusihim vama kuntu muttaxiza lmudillina ‘adudanMağara 18.52O gün deyəcək: «Mənə şərik saydıqlarınızı çağırın». Onları çağıracaqlar, amma onlar cavab verməyəcəklər. Biz aralarına bir həlak yeri qoyacağıq.وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًاvayavma yaqulu nadu şuraka’iya llazina za‘amtum fada‘avhum falam yastacibu lahum vaca‘alna baynahum mmavbiqanMağara 18.53Günahkarlar odu görüb ora düşəcəklərini anlayacaqlar. Ondan qaçmağa bir yer tapa bilməyəcəklər.وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًاvara’a lmucrimuna nnara fazannu annahum mmuvaqi‘uha valam yacidu ‘anha masrifanMağara 18.54Bu Qur’anda insanlar üçün hər cür misalı müxtəlif şəkildə göstərdik. İnsan isə hər şeydən çox mübahisə edəndir.وَلَقَدْ صَرَّفْنَا فِي هَـٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًاvalaqad sarrafna fi haza lqurani linnasi min kulli masalin vakana l’insanu aksara şay’in cadalanMağara 18.55Doğru yol onlara göstəriləndə insanların iman gətirməsinə və Rəbbindən bağışlanma diləməsinə mane olan yalnız əvvəlkilərin aqibətinin onların da başına gəlməsini, ya da əzabın qarşılarına çıxmasını gözləmələri idi.وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَن تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًاvama mana‘a nnasa an yu’minu iz ca’ahumu lhuda vayastağfiru rabbahum illa an ta’tiyahum sunnatu l’avvalina av ya’tiyahumu l‘azabu qubulanMağara 18.56Elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. İnkar edənlər haqqı batillə aradan qaldırmaq üçün mübahisə edirlər. Ayələrimi də, barəsində xəbərdar edildikləri şeyi də məsxərəyə qoydular.وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۚ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ ۖ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنذِرُوا هُزُوًاvama nursilu lmursalina illa mubaşşirina vamunzirina vayucadilu llazina kafaru bilbatili liyudhidu bihi lhaqqa vattaxazu ayati vama unziru huzuvanMağara 18.57Rəbbinin ayələri özünə xatırladıldıqda onlardan üz döndərən və öz əllərinin öncədən göndərdiyini unudandan daha zalım kim ola bilər? Onu anlamasınlar deyə qəlblərinə örtüklər, qulaqlarına ağırlıq qoyduq. Onları doğru yola çağırsan da, heç vaxt doğru yolu tutmayacaqlar.وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَن يَهْتَدُوا إِذًا أَبَدًاvaman azlamu mimman zukkira biayati rabbihi fa’a‘rada ‘anha vanasiya ma qaddamat yadahu inna ca‘alna ‘ala qulubihim akinnatan an yafqahuhu vafi azanihim vaqran va’in tad‘uhum ila lhuda falan yahtadu izan abadanMağara 18.58Rəbbin çox bağışlayandır, mərhəmət sahibidir. Qazandıqlarına görə onları yaxalasaydı, əzablarını tezləşdirərdi. Ancaq onlar üçün müəyyən edilmiş bir vaxt var, ondan qaçıb sığınmağa bir yer tapa bilməzlər.وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ۚ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا مِن دُونِهِ مَوْئِلًاvarabbuka lğafuru zu rrahmati lav yu’axizuhum bima kasabu la‘accala lahumu l‘azaba bal llahum mmav‘idun llan yacidu min dunihi mav’ilanMağara 18.59Budur, zülm etdikləri vaxt məhv etdiyimiz şəhərlər. Onların həlakı üçün də bir vaxt müəyyən etmişdik.وَتِلْكَ الْقُرَىٰ أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًاvatilka lqura ahlaknahum lamma zalamu vaca‘alna limahlikihim mmav‘idanMağara 18.60Bir vaxt Musa gənc köməkçisinə dedi: «İki dənizin qovuşduğu yerə çatana qədər dayanmayacağam, uzun zaman yol getməli olsam belə».وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّىٰ أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًاva’iz qala musa lifatahu la abrahu hatta abluğa macma‘a lbahrayni av amdiya huqubanMağara 18.61İki dənizin qovuşduğu yerə çatanda balıqlarını unutdular. Balıq dənizdə özünə tunel kimi bir yol açdı.فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًاfalamma balağa macma‘a baynihima nasiya hutahuma fattaxaza sabilahu fi lbahri sarabanMağara 18.62Oranı keçəndə gənc köməkçisinə dedi: «Yeməyimizi gətir. Bu səfərimizdə, doğrudan da, yorulduq».فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَـٰذَا نَصَبًاfalamma cavaza qala lifatahu atina ğada’ana laqad laqina min safarina haza nasabanMağara 18.63Dedi: «Gördünmü, qayaya sığındığımız vaxt balığı unutdum. Onu yada salmağı mənə şeytandan başqa heç kəs unutdurmadı. O, qəribə bir şəkildə dənizdə öz yolunu tutub getdi».قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًاqala ara’ayta iz avayna ila ssaxrati fa’inni nasitu lhuta vama ansanihu illa şşaytanu an azkurahu vattaxaza sabilahu fi lbahri ‘acabanMağara 18.64Dedi: «Elə axtardığımız da bu idi». Öz izləri ilə geri döndülər.قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًاqala zalika ma kunna nabği fartadda ‘ala asarihima qasasanMağara 18.65Qullarımızdan bir qul tapdılar. Ona Öz qatımızdan mərhəmət vermiş və Öz tərəfimizdən ona bilik öyrətmişdik.فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِّنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًاfavacada ‘abdan mmin ‘ibadina ataynahu rahmatan mmin ‘indina va‘allamnahu min lladunna ‘ilmanMağara 18.66Musa ona dedi: «Sənə öyrədilən doğru bilikdən mənə də öyrətməyin üçün sənin ardınca gələ bilərəmmi?»قَالَ لَهُ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًاqala lahu musa hal attabi‘uka ‘ala an tu‘allimani mimma ‘ullimta ruşdanMağara 18.67Dedi: «Sən mənimlə birgə səbir edə bilməzsən.قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًاqala innaka lan tastati‘a ma‘iya sabranMağara 18.68Mahiyyətini bilmədiyin bir şeyə necə səbir edəcəksən?»وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِ خُبْرًاvakayfa tasbiru ‘ala ma lam tuhit bihi xubranMağara 18.69Dedi: «Allah istəsə, səbirli olduğumu görəcəksən. Heç bir əmrinə qarşı çıxmayacağam».قَالَ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًاqala sataciduni in şa’a llahu sabiran vala a‘si laka amranMağara 18.70Dedi: «Ardımca gələcəksənsə, özüm sənə söz açmayınca məndən heç nə soruşma».قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَن شَيْءٍ حَتَّىٰ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًاqala fa’ini ttaba‘tani fala tas’alni ‘an şay’in hatta uhdisa laka minhu zikranMağara 18.71İkisi yola düşdü. Gəmiyə minəndə onu deşdi. Dedi: «İçindəkiləri boğmaq üçünmü onu deşdin? Doğrudan da, çox pis bir iş gördün».فَانطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًاfantalaqa hatta iza rakiba fi ssafinati xaraqaha qala axaraqtaha lituğriqa ahlaha laqad ci’ta şay’an imranMağara 18.72Dedi: «Mənimlə birgə səbir edə bilməyəcəyini demədimmi?»قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًاqala alam aqul innaka lan tastati‘a ma‘iya sabranMağara 18.73Dedi: «Unutduğuma görə məni məsul tutma və bu işdə məni çətinə salma».قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًاqala la tu’axizni bima nasitu vala turhiqni min amri ‘usranMağara 18.74Yenə yola düşdülər. Bir oğlanla rastlaşanda onu öldürdü. Dedi: «Bir canın əvəzi olmadan günahsız bir canımı aldın? Doğrudan da, çox ağır bir iş gördün».فَانطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْئًا نُّكْرًاfantalaqa hatta iza laqiya ğulaman faqatalahu qala aqatalta nafsan zakiyyatan biğayri nafsin llaqad ci’ta şay’an nnukranMağara 18.75Dedi: «Sənə demədimmi ki, mənimlə birgə səbir edə bilməzsən?»قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًاqala alam aqul llaka innaka lan tastati‘a ma‘iya sabranMağara 18.76Dedi: «Bundan sonra səndən bir şey soruşsam, daha mənimlə yoldaşlıq etmə. Artıq məndən ayrılmaqda üzrlüsən».قَالَ إِن سَأَلْتُكَ عَن شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي ۖ قَدْ بَلَغْتَ مِن لَّدُنِّي عُذْرًاqala in sa’altuka ‘an şay’in ba‘daha fala tusahibni qad balağta min lladunni ‘uzranMağara 18.77Yenə yola düşdülər. Bir şəhərin əhalisinə çatanda onlardan yemək istədilər. Şəhər əhli onları qonaq etmək istəmədi. Orada uçmaq üzrə olan bir divar tapdılar. O, divarı düzəltdi. Dedi: «İstəsəydin, bunun üçün bir haqq alardın».فَانطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًاfantalaqa hatta iza ataya ahla qaryatini stat‘ama ahlaha fa’abav an yudayyifuhuma favacada fiha cidaran yuridu an yanqadda fa’aqamahu qala lav şi’ta lattaxazta ‘alayhi acranMağara 18.78Dedi: «Bu, mənimlə sənin ayrıldığımız yerdir. Səbir edə bilmədiyin işlərin açıqlamasını sənə deyəcəyəm.قَالَ هَـٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًاqala haza firaqu bayni vabaynika sa’unabbi’uka bita’vili ma lam tastati‘ ‘‘alayhi sabranMağara 18.79Gəmi dənizdə işləyən yoxsullara məxsus idi. Ona bir zədə vurmaq istədim. Çünki qarşıda hər gəmini zorla ələ keçirən bir hökmdar vardı.أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًاamma ssafinatu fakanat limasakina ya‘maluna fi lbahri fa’aradttu an a‘ibaha vakana vara’ahum mmalikun ya’xuzu kulla safinatin ğasbanMağara 18.80Oğlana gəlincə, ata-anası mömin idi. Onları azğınlıq və inkara boğacağından qorxduq.وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَن يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًاva’amma lğulamu fakana abavahu mu’minayni faxaşina an yurhiqahuma tuğyanan vakufranMağara 18.81İstədik ki, Rəbbləri onlara onun yerinə daha pak, mərhəmətə daha yaxın birini versin.فَأَرَدْنَا أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًاfa’aradna an yubdilahuma rabbuhuma xayran mminhu zakatan va’aqraba ruhmanMağara 18.82Divar isə şəhərdəki iki yetim oğlana məxsus idi. Altında onlara aid bir xəzinə vardı. Ataları əməlisaleh bir kəs idi. Rəbbin istədi ki, onlar böyüyüb yetkinliyə çatsınlar və öz xəzinələrini çıxarsınlar. Bu, Rəbbindən bir mərhəmətdir. Mən bunları öz qərarımla etmədim. Səbir edə bilmədiyin işlərin açıqlaması budur».وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًاva’amma lcidaru fakana liğulamayni yatimayni fi lmadinati vakana tahtahu kanzun llahuma vakana abuhuma salihan fa’arada rabbuka an yabluğa aşuddahuma vayastaxrica kanzahuma rahmatan mmin rrabbika vama fa‘altuhu ‘an amri zalika ta’vilu ma lam tasti‘ ‘‘alayhi sabranMağara 18.83Səndən Zülqərneyn barədə soruşurlar. De: «Sizə onun haqqında bir xatırlatma oxuyacağam».وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًاvayas’alunaka ‘an zi lqarnayni qul sa’atlu ‘alaykum mminhu zikranMağara 18.84Biz ona yer üzündə imkan verdik və ona hər şeydən bir vasitə bəxş etdik.إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًاinna makkanna lahu fi l’ardi vataynahu min kulli şay’in sababanMağara 18.85O da bir yol tutdu.فَأَتْبَعَ سَبَبًاfa’atba‘a sababanMağara 18.86Nəhayət, günəşin batdığı yerə çatanda onun palçıqlı bir bulaqda batdığını gördü. Orada bir qövmə rast gəldi. Dedik: «Ey Zülqərneyn! Ya onlara əzab verərsən, ya da onlarla yaxşı rəftar edərsən».حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًاhatta iza balağa mağriba şşamsi vacadaha tağrubu fi ‘aynin hami’atin vavacada ‘indaha qavman qulna ya za lqarnayni imma an tu‘azziba va’imma an tattaxiza fihim husnanMağara 18.87Dedi: «Kim zülm etsə, ona əzab verəcəyik. Sonra Rəbbinə qaytarılacaq. O da ona görünməmiş bir əzab verəcək.قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًاqala amma man zalama fasavfa nu‘azzibuhu summa yuraddu ila rabbihi fayu‘azzibuhu ‘azaban nnukranMağara 18.88Kim iman gətirib yaxşı iş görsə, ona ən gözəl qarşılıq var. Ona əmrimizdən asan olanı deyəcəyik».وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًاva’amma man amana va‘amila salihan falahu caza’ani lhusna vasanaqulu lahu min amrina yusranMağara 18.89Sonra bir yol tutdu.ثُمَّ أَتْبَعَ سَبَبًاsumma atba‘a sababanMağara 18.90Nəhayət, günəşin doğduğu yerə çatanda onun, günəşdən qorunmaq üçün bir örtük vermədiyimiz bir qövmün üzərinə doğduğunu gördü.حَتَّىٰ إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًاhatta iza balağa matli‘a şşamsi vacadaha tatlu‘u ‘ala qavmin llam nac‘al llahum mmin duniha sitranMağara 18.91Belə oldu. Biz onun yanında olan hər şeyi bilirdik.كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًاkazalika vaqad ahatna bima ladayhi xubranMağara 18.92Sonra bir yol tutdu.ثُمَّ أَتْبَعَ سَبَبًاsumma atba‘a sababanMağara 18.93Nəhayət, iki səddin arasına çatanda onların önündə sözləri çətinliklə anlayan bir qövmə rast gəldi.حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًاhatta iza balağa bayna ssaddayni vacada min dunihima qavman lla yakaduna yafqahuna qavlanMağara 18.94Dedilər: «Ey Zülqərneyn! Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə bir haqq verəkmi?»قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّاqalu ya za lqarnayni inna ya’cuca vama’cuca mufsiduna fi l’ardi fahal nac‘alu laka xarcan ‘ala an tac‘ala baynana vabaynahum saddanMağara 18.95Dedi: «Rəbbimin mənə verdiyi imkan daha xeyirlidir. Gücünüzlə mənə yardım edin ki, sizinlə onların arasına möhkəm bir sədd çəkim.قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًاqala ma makkanni fihi rabbi xayrun fa’a‘inuni biquvvatin ac‘al baynakum vabaynahum radmanMağara 18.96Mənə dəmir parçaları gətirin». İki yamacın arasını eyni hündürlüyədək dolduranda dedi: «Üfürün!» Dəmiri od halına gətirəndə dedi: «Mənə əridilmiş mis gətirin, üstünə töküm».آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًاatuni zubara lhadidi hatta iza sava bayna ssadafayni qala nfuxu hatta iza ca‘alahu naran qala atuni ufriğ ‘alayhi qitranMağara 18.97Daha onu nə aşa bildilər, nə də deşə bildilər.فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًاfama sta‘u an yazharuhu vama stata‘u lahu naqbanMağara 18.98Dedi: «Bu, Rəbbimdən bir mərhəmətdir. Rəbbimin vəd etdiyi vaxt çatanda onu yerlə bir edəcək. Rəbbimin vədi haqdır».قَالَ هَـٰذَا رَحْمَةٌ مِّن رَّبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّاqala haza rahmatun mmin rrabbi fa’iza ca’a va‘du rabbi ca‘alahu dakka’a vakana va‘du rabbi haqqanMağara 18.99O gün onları dalğalar kimi bir-birinə qarışmış halda buraxacağıq. Sura üfürüləcək, Biz də onların hamısını bir yerə toplayacağıq.وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ ۖ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًاvatarakna ba‘dahum yavma’izin yamucu fi ba‘din vanufixa fi ssuri facama‘nahum cam‘anMağara 18.100O gün cəhənnəmi inkar edənlərə açıq-aydın göstərəcəyik.وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًاva‘aradna cahannama yavma’izin llilkafirina ‘ardanMağara 18.101Onların gözləri Məni anmaqdan pərdə ilə ayrılmışdı və eşitməyə də gücləri çatmırdı.الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاءٍ عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًاallazina kanat a‘yunuhum fi ğita’in ‘an zikri vakanu la yastati‘una sam‘anMağara 18.102İnkar edənlər Məni qoyub qullarımı özlərinə himayədar tuta biləcəklərinimi sandılar? Biz cəhənnəmi inkar edənlər üçün qalacaq yer olaraq hazırladıq.أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاءَ ۚ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًاafahasiba llazina kafaru an yattaxizu ‘ibadi min duni avliya’a inna a‘tadna cahannama lilkafirina nuzulanMağara 18.103De: «Əməllərinə görə ən çox ziyana düşənlərdən sizə xəbər verəkmi?قُلْ هَلْ نُنَبِّئُكُم بِالْأَخْسَرِينَ أَعْمَالًاqul hal nunabbi’ukum bil’axsarina a‘malanMağara 18.104Onlar dünya həyatındakı səyləri boşa çıxan, amma özlərinin yaxşı iş gördüyünü sanan kəslərdir».الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًاallazina dalla sa‘yuhum fi lhayati ddunya vahum yahsabuna annahum yuhsinuna sun‘anMağara 18.105Onlar Rəbbinin ayələrini və Onunla görüşü inkar edən kəslərdir. Əməlləri boşa çıxdı. Qiyamət günü onlara heç bir ağırlıq verməyəcəyik.أُولَـٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًاula’ika llazina kafaru biayati rabbihim valiqa’ihi fahabitat a‘maluhum fala nuqimu lahum yavma lqiyamati vaznanMağara 18.106İnkar etdiklərinə, ayələrimi və elçilərimi məsxərəyə qoyduqlarına görə onların cəzası cəhənnəmdir.ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًاzalika caza’uhum cahannamu bima kafaru vattaxazu ayati varusuli huzuvanMağara 18.107İman gətirib yaxşı işlər görənlər üçün isə Firdovs bağları qalacaq yerdir.إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًاinna llazina amanu va‘amilu ssalihati kanat lahum cannatu lfirdavsi nuzulanMağara 18.108Orada əbədi qalacaqlar, oradan ayrılmaq istəməyəcəklər.خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًاxalidina fiha la yabğuna ‘anha hivalanMağara 18.109De: «Dəniz Rəbbimin sözləri üçün mürəkkəb olsaydı, Rəbbimin sözləri tükənməmiş dəniz tükənərdi, ona bir o qədər də əlavə etsəydik belə».قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًاqul llav kana lbahru midadan llikalimati rabbi lanafida lbahru qabla an tanfada kalimatu rabbi valav ci’na bimislihi madadanMağara 18.110De: «Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, ilahınız tək bir ilahdır. Kim Rəbbi ilə görüşə ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə qulluqda heç kəsi şərik etməsin».قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۖ فَمَن كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًاqul innama ana başarun mmislukum yuha ilayya annama ilahukum ilahun vahidun faman kana yarcu liqa’a rabbihi falya‘mal ‘amalan salihan vala yuşrik bi‘ibadati rabbihi ahadan