21. Peyğəmbərlər

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Peyğəmbərlər 21.1İnsanların hesabı yaxınlaşdı, onlar isə qəflət içində üz döndərirlər.اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَiqtaraba linnasi hisabuhum vahum fi ğaflatin mmu‘riduna
Peyğəmbərlər 21.2Rəbbindən onlara hər dəfə yeni bir xatırlatma gələndə onu oynaya-oynaya dinləyirlər.مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَma ya’tihim mmin zikrin mmin rrabbihim mmuhdasin illa stama‘uhu vahum yal‘abuna
Peyğəmbərlər 21.3Qəlbləri əyləncəyə dalıb. Zülm edənlər gizlicə pıçıldaşdılar: «Bu da sizin kimi bir insandan başqa nədir? Göz görə-görə sehrin ardıncamı gedəcəksiniz?»لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَـٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَlahiyatan qulubuhum va’asarru nnacva llazina zalamu hal haza illa başarun mmislukum afata’tuna ssihra va’antum tubsiruna
Peyğəmbərlər 21.4Dedi: «Rəbbim göydə və yerdə deyilən sözü bilir. Eşidən də, bilən də Odur».قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُqala rabbi ya‘lamu lqavla fi ssama’i val’ardi vahuva ssami‘u l‘alimu
Peyğəmbərlər 21.5Gah «Qarışıq yuxulardır», gah «Onu uydurub», gah da «O, şairdir» dedilər. «Elə isə əvvəlkilərin göndərildiyi kimi bizə də bir nişanə gətirsin».بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَbal qalu adğasu ahlamin bali ftarahu bal huva şa‘irun falya’tina biayatin kama ursila l’avvaluna
Peyğəmbərlər 21.6Onlardan əvvəl həlak etdiyimiz şəhərlərdən heç biri iman gətirmədi. İndi bunlarmı iman gətirəcəklər?مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَma amanat qablahum mmin qaryatin ahlaknaha afahum yu’minuna
Peyğəmbərlər 21.7Səndən əvvəl də yalnız vəhy etdiyimiz kəsləri göndərdik. Bilmirsinizsə, xatırlatma əhlindən soruşun.وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَvama arsalna qablaka illa ricalan nnuhi ilayhim fas’alu ahla zzikri in kuntum la ta‘lamuna
Peyğəmbərlər 21.8Onları yemək yeməyən bədənlər etmədik. Onlar əbədi də qalmadılar.وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَvama ca‘alnahum casadan lla ya’kuluna tta‘ama vama kanu xalidina
Peyğəmbərlər 21.9Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. Onları və istədiyimiz kəsləri qurtardıq, həddi aşanları isə həlak etdik.ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَsumma sadaqnahumu lva‘da fa’ancaynahum vaman nnaşa’u va’ahlakna lmusrifina
Peyğəmbərlər 21.10Sizə içində sizdən bəhs edilən bir kitab endirdik. Məgər düşünmürsünüz?لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَlaqad anzalna ilaykum kitaban fihi zikrukum afala ta‘qiluna
Peyğəmbərlər 21.11Neçə-neçə zalım şəhəri yerlə-yeksan edib ardınca başqa bir qövm yaratdıq.وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَvakam qasamna min qaryatin kanat zalimatan va’anşa’na ba‘daha qavman axarina
Peyğəmbərlər 21.12Əzabımızı hiss edən kimi oradan qaçmağa başladılar.فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَfalamma ahassu ba’sana iza hum mminha yarkuduna
Peyğəmbərlər 21.13«Qaçmayın! Nemət içində yaşadığınız yerlərə və evlərinizə qayıdın. Bəlkə sizdən soruşarlar».لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَla tarkudu varci‘u ila ma utriftum fihi vamasakinikum la‘allakum tus’aluna
Peyğəmbərlər 21.14Dedilər: «Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq».قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَqalu ya vaylana inna kunna zalimina
Peyğəmbərlər 21.15Onları biçilmiş əkinə, sönmüş oda döndərənədək bu fəryadları kəsilmədi.فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَfama zalat ttilka da‘vahum hatta ca‘alnahum hasidan xamidina
Peyğəmbərlər 21.16Göyü, yeri və onların arasında olanları oyun üçün yaratmadıq.وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَvama xalaqna ssama’a val’arda vama baynahuma la‘ibina
Peyğəmbərlər 21.17Əyləncə istəsəydik və belə bir iş görəsi olsaydıq, onu Öz qatımızdan götürərdik.لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَlav aradna an nnattaxiza lahvan llattaxaznahu min lladunna in kunna fa‘ilina
Peyğəmbərlər 21.18Əksinə, haqqı batilin üstünə atırıq. Haqq onun başını əzir və bir də baxırsan ki, batil yox olub. Dediklərinizə görə vay halınıza!بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَbal naqzifu bilhaqqi ‘ala lbatili fayadmağuhu fa’iza huva zahiqun valakumu lvaylu mimma tasifuna
Peyğəmbərlər 21.19Göylərdə və yerdə kim varsa, Onundur. Onun hüzurunda olanlar Ona qulluq etməkdən təkəbbürlə boyun qaçırmazlar və yorulmazlar.وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَvalahu man fi ssamavati val’ardi vaman ‘indahu la yastakbiruna ‘an ‘ibadatihi vala yastahsiruna
Peyğəmbərlər 21.20Gecə-gündüz usanmadan təsbih edirlər.يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَyusabbihuna llayla vannahara la yafturuna
Peyğəmbərlər 21.21Yoxsa yer üzündən ilahlar götürüblər ki, onlar ölüləri dirildirlər?أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَami ttaxazu alihatan mmina l’ardi hum yunşiruna
Peyğəmbərlər 21.22O ikisində Allahdan başqa ilahlar olsaydı, hər ikisi pozulardı. Ərşin Rəbbi Allah onların aid etdiklərindən pakdır.لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَlav kana fihima alihatun illa llahu lafasadata fasubhana llahi rabbi l‘arşi ‘amma yasifuna
Peyğəmbərlər 21.23O, etdiyindən sorğu-sual olunmaz. Onlar isə sorğu-sual olunacaqlar.لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَla yus’alu ‘amma yaf‘alu vahum yus’aluna
Peyğəmbərlər 21.24Yoxsa Ondan başqa ilahlar götürüblər? De: «Dəlilinizi gətirin. Bu, mənimlə olanların və məndən əvvəlkilərin zikridir». Əslində, onların çoxu haqqı bilmir, buna görə də üz döndərirlər.أَمِ اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَـٰذَا ذِكْرُ مَن مَّعِيَ وَذِكْرُ مَن قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَami ttaxazu min dunihi alihatan qul hatu burhanakum haza zikru man mma‘iya vazikru man qabli bal aksaruhum la ya‘lamuna lhaqqa fahum mmu‘riduna
Peyğəmbərlər 21.25Səndən əvvəl elə bir elçi göndərmədik ki, ona «Məndən başqa ilah yoxdur, Mənə qulluq edin» deyə vəhy etməyək.وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِvama arsalna min qablika min rrasulin illa nuhi ilayhi annahu la ilaha illa ana fa‘buduni
Peyğəmbərlər 21.26«Rəhman övlad götürdü» dedilər. O pakdır! Əksinə, onlar hörmətə layiq görülmüş qullardır.وَقَالُوا اتَّخَذَ الرَّحْمَـٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُّكْرَمُونَvaqalu ttaxaza rrahmanu valadan subhanahu bal ‘ibadun mmukramuna
Peyğəmbərlər 21.27Sözdə Ondan qabağa keçməzlər. Onun əmri ilə iş görərlər.لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَla yasbiqunahu bilqavli vahum bi’amrihi ya‘maluna
Peyğəmbərlər 21.28O, onların önlərində və arxalarında olanı bilir. Onun razı qaldığı kəsdən başqası üçün şəfaət etməzlər. Ondan qorxub titrəyərlər.يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَya‘lamu ma bayna aydihim vama xalfahum vala yaşfa‘una illa limani rtada vahum mmin xaşyatihi muşfiquna
Peyğəmbərlər 21.29Onlardan kim «Ondan başqa mən də bir ilaham» desə, onu cəhənnəmlə cəzalandırarıq. Zalımları belə cəzalandırırıq.وَمَن يَقُلْ مِنْهُمْ إِنِّي إِلَـٰهٌ مِّن دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَvaman yaqul minhum inni ilahun mmin dunihi fazalika naczihi cahannama kazalika naczi zzalimina
Peyğəmbərlər 21.30İnkar edənlər görmədilərmi ki, göylər və yer bitişik idi, Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq? Yenə də iman gətirmirlərmi?أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَavalam yara llazina kafaru anna ssamavati val’arda kanata ratqan fafataqnahuma vaca‘alna mina lma’i kulla şay’in hayyin afala yu’minuna
Peyğəmbərlər 21.31Yer onları silkələməsin deyə orada möhkəm dağlar yaratdıq. Yol tapa bilsinlər deyə orada geniş yollar açdıq.وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ يَهْتَدُونَvaca‘alna fi l’ardi ravasiya an tamida bihim vaca‘alna fiha ficacan subulan lla‘allahum yahtaduna
Peyğəmbərlər 21.32Göyü qorunan bir tavan etdik. Onlar isə onun nişanələrindən üz döndərirlər.وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَّحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَvaca‘alna ssama’a saqfan mmahfuzan vahum ‘an ayatiha mu‘riduna
Peyğəmbərlər 21.33Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Hər biri bir orbitdə üzür.وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَvahuva llazi xalaqa llayla vannahara vaşşamsa valqamara kullun fi falakin yasbahuna
Peyğəmbərlər 21.34Səndən əvvəl heç bir insana ölümsüzlük vermədik. Sən ölsən, onlar əbədi qalacaqlarmı?وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَvama ca‘alna libaşarin mmin qablika lxulda afa’in mmitta fahumu lxaliduna
Peyğəmbərlər 21.35Hər can ölümü dadacaq. Sizi şərlə də, xeyirlə də sınayırıq. Siz Bizə qaytarılacaqsınız.كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَkullu nafsin za’iqatu lmavti vanablukum bişşarri valxayri fitnatan va’ilayna turca‘una
Peyğəmbərlər 21.36İnkar edənlər səni gördükdə ancaq ələ salırlar: «İlahlarınızı dilinə dolayan budurmu?» Halbuki onlar Rəhmanın zikrini inkar edirlər.وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُم بِذِكْرِ الرَّحْمَـٰنِ هُمْ كَافِرُونَva’iza raka llazina kafaru in yattaxizunaka illa huzuvan ahaza llazi yazkuru alihatakum vahum bizikri rrahmani hum kafiruna
Peyğəmbərlər 21.37İnsan tələskənlikdən yaradılıb. Nişanələrimi sizə göstərəcəyəm. Məni tələsdirməyin.خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِxuliqa l’insanu min ‘acalin sa’urikum ayati fala tasta‘ciluni
Peyğəmbərlər 21.38Deyirlər: «Doğru deyirsinizsə, bu vəd nə vaxt yerinə yetəcək?»وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَvayaquluna mata haza lva‘du in kuntum sadiqina
Peyğəmbərlər 21.39Kaş inkar edənlər odu nə üzlərindən, nə də arxalarından dəf edə bilməyəcəkləri və onlara yardım edilməyəcəyi vaxtı biləydilər!لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ النَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَlav ya‘lamu llazina kafaru hina la yakuffuna ‘an vucuhihimu nnara vala ‘an zuhurihim vala hum yunsaruna
Peyğəmbərlər 21.40Əksinə, o, qəfildən gəlib onları çaşbaş qoyacaq. Nə onu geri qaytara biləcəklər, nə də onlara möhlət veriləcək.بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَbal ta’tihim bağtatan fatabhatuhum fala yastati‘una raddaha vala hum yunzaruna
Peyğəmbərlər 21.41Səndən əvvəlki elçiləri də ələ saldılar. Onları ələ salanları məsxərəyə qoyduqları şey bürüdü.وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَvalaqadi stuhzi’a birusulin mmin qablika fahaqa billazina saxiru minhum mma kanu bihi yastahzi’una
Peyğəmbərlər 21.42De: «Gecə-gündüz sizi Rəhmandan kim qoruyar?» Onlar isə Rəbbinin xatırlatmasından üz döndərirlər.قُلْ مَن يَكْلَؤُكُم بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَـٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَqul man yakla’ukum billayli vannahari mina rrahmani bal hum ‘an zikri rabbihim mmu‘riduna
Peyğəmbərlər 21.43Yoxsa Bizə qarşı onları qoruyacaq ilahları var? Onlar özlərinə belə kömək edə bilməzlər və Bizdən himayə görməzlər.أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَam lahum alihatun tamna‘uhum mmin dunina la yastati‘una nasra anfusihim vala hum mminna yushabuna
Peyğəmbərlər 21.44Əksinə, bunlara da, atalarına da nemətlər verdik, ömürləri uzandı. Yeri kənarlarından əskiltdiyimizi görmürlərmi? Üstün gələn onlarmı olacaq?بَلْ مَتَّعْنَا هَـٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَbal matta‘na ha’ula’i vaba’ahum hatta tala ‘alayhimu l‘umuru afala yaravna anna na’ti l’arda nanqusuha min atrafiha afahumu lğalibuna
Peyğəmbərlər 21.45De: «Sizi yalnız vəhy ilə xəbərdar edirəm». Karlar xəbərdar edildikdə çağırışı eşitməzlər.قُلْ إِنَّمَا أُنذِرُكُم بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنذَرُونَqul innama unzirukum bilvahyi vala yasma‘u ssummu ddu‘a’a iza ma yunzaruna
Peyğəmbərlər 21.46Rəbbinin əzabından bir əsinti onlara toxunsa, mütləq deyəcəklər: «Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq».وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَvala’in mmassathum nafhatun mmin ‘azabi rabbika layaqulunna ya vaylana inna kunna zalimina
Peyğəmbərlər 21.47Qiyamət günü ədalət tərəzilərini quracağıq. Heç bir kəsə zərrə qədər də zülm edilməyəcək. Xardal dənəsi ağırlığında olsa belə, onu gətirəcəyik. Hesabı görməyə Biz yetərik.وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَvanada‘u lmavazina lqista liyavmi lqiyamati fala tuzlamu nafsun şay’an va’in kana misqala habbatin mmin xardalin atayna biha vakafa bina hasibina
Peyğəmbərlər 21.48Musaya və Haruna Furqanı, Allahdan çəkinənlər üçün bir işıq və xatırlatma verdik.وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِّلْمُتَّقِينَvalaqad atayna musa vaharuna lfurqana vadiya’an vazikran llilmuttaqina
Peyğəmbərlər 21.49Onlar Rəbbini görmədən Ondan qorxar, o Saatdan da ürpənərlər.الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَهُم مِّنَ السَّاعَةِ مُشْفِقُونَallazina yaxşavna rabbahum bilğaybi vahum mmina ssa‘ati muşfiquna
Peyğəmbərlər 21.50Bu da endirdiyimiz bərəkətli bir xatırlatmadır. İndi siz onu inkar edirsiniz?وَهَـٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَاهُ ۚ أَفَأَنتُمْ لَهُ مُنكِرُونَvahaza zikrun mmubarakun anzalnahu afa’antum lahu munkiruna
Peyğəmbərlər 21.51İbrahimə daha əvvəl doğrunu ayırd etmək qabiliyyəti verdik. Biz onu tanıyırdıq.وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِن قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَvalaqad atayna ibrahima ruşdahu min qablu vakunna bihi ‘alimina
Peyğəmbərlər 21.52Bir vaxt atasına və qövmünə dedi: «Yanından ayrılmadığınız bu heykəllər nədir?»إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَـٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَiz qala li’abihi vaqavmihi ma hazihi ttamasilu llati antum laha ‘akifuna
Peyğəmbərlər 21.53Dedilər: «Atalarımızı bunlara qulluq edən gördük».قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَqalu vacadna aba’ana laha ‘abidina
Peyğəmbərlər 21.54Dedi: «Doğrudan da, həm siz, həm də atalarınız açıq-aydın azğınlıq içində olmusunuz».قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُّبِينٍqala laqad kuntum antum vaba’ukum fi dalalin mmubinin
Peyğəmbərlər 21.55Dedilər: «Bizə haqqı gətirmisən, yoxsa oyun oynayırsan?»قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنتَ مِنَ اللَّاعِبِينَqalu aci’tana bilhaqqi am anta mina lla‘ibina
Peyğəmbərlər 21.56Dedi: «Xeyr, sizin Rəbbiniz göylərin və yerin Rəbbidir, onları yaradan Odur. Mən də buna şahid olanlardanam».قَالَ بَل رَّبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُم مِّنَ الشَّاهِدِينَqala bal rrabbukum rabbu ssamavati val’ardi llazi fatarahunna va’ana ‘ala zalikum mmina şşahidina
Peyğəmbərlər 21.57«Allaha and olsun, dönüb getdikdən sonra bütlərinizə mütləq bir hiylə quracağam».وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُم بَعْدَ أَن تُوَلُّوا مُدْبِرِينَvatallahi la’akidanna asnamakum ba‘da an tuvallu mudbirina
Peyğəmbərlər 21.58Beləcə, ən böyük bütdən başqa hamısını parça-parça etdi ki, bəlkə ona üz tutsunlar.فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَfaca‘alahum cuzazan illa kabiran llahum la‘allahum ilayhi yarci‘una
Peyğəmbərlər 21.59Dedilər: «İlahlarımıza bunu kim edib? O, doğrudan da, zalımlardandır».قَالُوا مَن فَعَلَ هَـٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَqalu man fa‘ala haza bialihatina innahu lamina zzalimina
Peyğəmbərlər 21.60Dedilər: «Onları dilinə dolayan bir gənc eşitdik. Ona İbrahim deyirlər».قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُqalu sami‘na fatan yazkuruhum yuqalu lahu ibrahimu
Peyğəmbərlər 21.61Dedilər: «Onu camaatın gözü qabağına gətirin, bəlkə şahidlik edələr».قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَqalu fa’tu bihi ‘ala a‘yuni nnasi la‘allahum yaşhaduna
Peyğəmbərlər 21.62Dedilər: «Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?»قَالُوا أَأَنتَ فَعَلْتَ هَـٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُqalu a’anta fa‘alta haza bialihatina ya ibrahimu
Peyğəmbərlər 21.63Dedi: «Əksinə, bunu onların bu böyüyü edib. Danışa bilirlərsə, onlardan soruşun».قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَـٰذَا فَاسْأَلُوهُمْ إِن كَانُوا يَنطِقُونَqala bal fa‘alahu kabiruhum haza fas’aluhum in kanu yantiquna
Peyğəmbərlər 21.64Özlərinə qayıdıb dedilər: «Əsl zalım elə sizsiniz».فَرَجَعُوا إِلَىٰ أَنفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنتُمُ الظَّالِمُونَfaraca‘u ila anfusihim faqalu innakum antumu zzalimuna
Peyğəmbərlər 21.65Sonra başıaşağı çevrildilər: «Bunların danışmadığını sən də bilirsən».ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَـٰؤُلَاءِ يَنطِقُونَsumma nukisu ‘ala ru’usihim laqad ‘alimta ma ha’ula’i yantiquna
Peyğəmbərlər 21.66Dedi: «Allahı qoyub sizə heç bir fayda da, zərər də verə bilməyən şeylərəmi qulluq edirsiniz?قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْqala afata‘buduna min duni llahi ma la yanfa‘ukum şay’an vala yadurrukum
Peyğəmbərlər 21.67Uf sizə də, Allahı qoyub qulluq etdiklərinizə də! Məgər düşünmürsünüz?»أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَuffin llakum valima ta‘buduna min duni llahi afala ta‘qiluna
Peyğəmbərlər 21.68Dedilər: «Bir iş görəcəksinizsə, onu yandırın və ilahlarınıza kömək edin».قَالُوا حَرِّقُوهُ وَانصُرُوا آلِهَتَكُمْ إِن كُنتُمْ فَاعِلِينَqalu harriquhu vansuru alihatakum in kuntum fa‘ilina
Peyğəmbərlər 21.69Dedik: «Ey od! İbrahim üçün sərinlik və salamatlıq ol».قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَqulna ya naru kuni bardan vasalaman ‘ala ibrahima
Peyğəmbərlər 21.70Ona hiylə qurmaq istədilər, Biz isə onları ən çox ziyana uğrayanlara çevirdik.وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَva’aradu bihi kaydan faca‘alnahumu l’axsarina
Peyğəmbərlər 21.71Onu və Lutu qurtarıb aləmlər üçün bərəkət verdiyimiz yerə çatdırdıq.وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَvanaccaynahu valutan ila l’ardi llati barakna fiha lil‘alamina
Peyğəmbərlər 21.72Ona İshaqı, üstəlik, Yaqubu da bəxş etdik. Hamısını əməlisaleh etdik.وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَالِحِينَvavahabna lahu ishaqa vaya‘quba nafilatan vakullan ca‘alna salihina
Peyğəmbərlər 21.73Onları əmrimizlə yol göstərən öndərlər etdik. Onlara xeyirli işlər görməyi, namazı qılmağı və zəkatı verməyi vəhy etdik. Onlar Bizə qulluq edirdilər.وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاءَ الزَّكَاةِ ۖ وَكَانُوا لَنَا عَابِدِينَvaca‘alnahum a’immatan yahduna bi’amrina va’avhayna ilayhim fi‘la lxayrati va’iqama ssalati va’ita’a zzakati vakanu lana ‘abidina
Peyğəmbərlər 21.74Luta da hökm və bilik verdik. Onu çirkin işlər görən şəhərdən qurtardıq. Onlar pis, itaətdən çıxmış bir qövm idilər.وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَت تَّعْمَلُ الْخَبَائِثَ ۗ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَvalutan ataynahu hukman va‘ilman vanaccaynahu mina lqaryati llati kanat tta‘malu lxaba’isa innahum kanu qavma sav’in fasiqina
Peyğəmbərlər 21.75Onu mərhəmətimizə qovuşdurduq. O, əməlisalehlərdən idi.وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا ۖ إِنَّهُ مِنَ الصَّالِحِينَva’adxalnahu fi rahmatina innahu mina ssalihina
Peyğəmbərlər 21.76Bir vaxt Nuh daha əvvəl səslənmişdi. Çağırışına cavab verib onu və ailəsini böyük sıxıntıdan qurtardıq.وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِvanuhan iz nada min qablu fastacabna lahu fanaccaynahu va’ahlahu mina lkarbi l‘azimi
Peyğəmbərlər 21.77Ayələrimizi yalan sayan qövmə qarşı ona yardım etdik. Onlar pis bir qövm idilər. Hamısını suda boğduq.وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَvanasarnahu mina lqavmi llazina kazzabu biayatina innahum kanu qavma sav’in fa’ağraqnahum acma‘ina
Peyğəmbərlər 21.78Bir vaxt Davud və Süleyman qövmün qoyunlarının gecə girib otladığı əkin barədə hökm verirdilər. Biz onların hökmünə şahid idik.وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَvadavuda vasulaymana iz yahkumani fi lharsi iz nafaşat fihi ğanamu lqavmi vakunna lihukmihim şahidina
Peyğəmbərlər 21.79Məsələni Süleymana anlatdıq. Hər birinə hökm və bilik verdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə təsbih etsinlər. Bunları edən Biz idik.فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَfafahhamnaha sulaymana vakullan atayna hukman va‘ilman vasaxxarna ma‘a davuda lcibala yusabbihna vattayra vakunna fa‘ilina
Peyğəmbərlər 21.80Sizi döyüşlərinizdə qorusun deyə ona sizin üçün zireh düzəltməyi öyrətdik. Şükür edəcəksinizmi?وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّن بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَاكِرُونَva‘allamnahu san‘ata labusin llakum lituhsinakum mmin ba’sikum fahal antum şakiruna
Peyğəmbərlər 21.81Süleymana da şiddətlə əsən küləyi ram etdik. Onun əmri ilə bərəkət verdiyimiz yerə doğru əsərdi. Biz hər şeyi bilirdik.وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَvalisulaymana rriha ‘asifatan tacri bi’amrihi ila l’ardi llati barakna fiha vakunna bikulli şay’in ‘alimina
Peyğəmbərlər 21.82Şeytanlardan onun üçün suya dalanlar və bundan başqa işlər görənlər də vardı. Onları göz altında saxlayan Biz idik.وَمِنَ الشَّيَاطِينِ مَن يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَvamina şşayatini man yağusuna lahu vaya‘maluna ‘amalan duna zalika vakunna lahum hafizina
Peyğəmbərlər 21.83Bir vaxt Əyyub Rəbbinə səsləndi: «Mənə sıxıntı üz verib. Sən mərhəmətlilərin ən mərhəmətlisisən».وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَva’ayyuba iz nada rabbahu anni massaniya ddurru va’anta arhamu rrahimina
Peyğəmbərlər 21.84Çağırışına cavab verdik və üzləşdiyi sıxıntını aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və qulluq edənlərə bir xatırlatma olaraq ailəsini və onlarla birlikdə bir o qədərini ona verdik.فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَfastacabna lahu fakaşafna ma bihi min durrin vataynahu ahlahu vamislahum mma‘ahum rahmatan mmin ‘indina vazikra lil‘abidina
Peyğəmbərlər 21.85İsmayılı, İdrisi və Zülkifli də an. Hamısı səbir edənlərdən idi.وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِّنَ الصَّابِرِينَva’isma‘ila va’idrisa vaza lkifli kullun mmina ssabirina
Peyğəmbərlər 21.86Onları mərhəmətimizə qovuşdurduq. Onlar əməlisalehlərdən idilər.وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُم مِّنَ الصَّالِحِينَva’adxalnahum fi rahmatina innahum mmina ssalihina
Peyğəmbərlər 21.87Bir vaxt Zünnun qəzəbli halda gedib onu darlığa salmayacağımızı sandı. Qaranlıqlar içində səsləndi: «Səndən başqa ilah yoxdur. Sən paksan! Mən zalımlardan oldum».وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَن لَّا إِلَـٰهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَvaza nnuni iz zzahaba muğadiban fazanna an llan nnaqdira ‘alayhi fanada fi zzulumati an lla ilaha illa anta subhanaka inni kuntu mina zzalimina
Peyğəmbərlər 21.88Çağırışına cavab verdik və onu qəm-qüssədən qurtardıq. Möminləri belə qurtarırıq.فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ ۚ وَكَذَٰلِكَ نُنجِي الْمُؤْمِنِينَfastacabna lahu vanaccaynahu mina lğammi vakazalika nunci lmu’minina
Peyğəmbərlər 21.89Bir vaxt Zəkəriyya Rəbbinə səsləndi: «Ey Rəbbim! Məni tək qoyma. Sən varislərin ən xeyirlisisən».وَزَكَرِيَّا إِذْ نَادَىٰ رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَvazakariyya iz nada rabbahu rabbi la tazarni fardan va’anta xayru lvarisina
Peyğəmbərlər 21.90Çağırışına cavab verib ona Yəhyanı bəxş etdik və onun üçün həyat yoldaşının halını düzəltdik. Onlar xeyirli işlərə tələsər, ümid və qorxu ilə Bizi çağırar, qarşımızda boyun əyərdilər.فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ ۚ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا لَنَا خَاشِعِينَfastacabna lahu vavahabna lahu yahya va’aslahna lahu zavcahu innahum kanu yusari‘una fi lxayrati vayad‘unana rağaban varahaban vakanu lana xaşi‘ina
Peyğəmbərlər 21.91İffətini qoruyanı da an. Ona Öz ruhumuzdan üfürdük və onu da, oğlunu da aləmlər üçün bir nişanə etdik.وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِّلْعَالَمِينَvallati ahsanat farcaha fanafaxna fiha min rruhina vaca‘alnaha vabnaha ayatan llil‘alamina
Peyğəmbərlər 21.92Bu sizin ümmətinizdir, bir tək ümmət. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə qulluq edin.إِنَّ هَـٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِinna hazihi ummatukum ummatan vahidatan va’ana rabbukum fa‘buduni
Peyğəmbərlər 21.93Onlar öz işlərini aralarında parçaladılar. Hamısı Bizə qayıdacaq.وَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَvataqatta‘u amrahum baynahum kullun ilayna raci‘una
Peyğəmbərlər 21.94Kim mömin olaraq yaxşı işlər görsə, onun səyi danılmayacaq. Biz onu yazırıq.فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَfaman ya‘mal mina ssalihati vahuva mu’minun fala kufrana lisa‘yihi va’inna lahu katibuna
Peyğəmbərlər 21.95Həlak etdiyimiz bir şəhərin geri qayıtmaması mümkün deyil.وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَvaharamun ‘ala qaryatin ahlaknaha annahum la yarci‘una
Peyğəmbərlər 21.96Nəhayət, Yəcuc və Məcucun qarşısı açılıb onlar hər təpədən axışandaحَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَhatta iza futihat ya’cucu vama’cucu vahum mmin kulli hadabin yansiluna
Peyğəmbərlər 21.97və haqq vəd yaxınlaşanda bir də baxarsan ki, inkar edənlərin gözləri bərələ qalıb: «Vay halımıza! Biz bundan qafil idik. Yox, biz zalım olmuşuq».وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِّنْ هَـٰذَا بَلْ كُنَّا ظَالِمِينَvaqtaraba lva‘du lhaqqu fa’iza hiya şaxisatun absaru llazina kafaru ya vaylana qad kunna fi ğaflatin mmin haza bal kunna zalimina
Peyğəmbərlər 21.98Cəhənnəmin yanacağı siz və Allahı qoyub qulluq etdiklərinizdir. Oraya girəcəksiniz.إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَinnakum vama ta‘buduna min duni llahi hasabu cahannama antum laha variduna
Peyğəmbərlər 21.99Bunlar ilah olsaydılar, oraya girməzdilər. Hamısı orada əbədi qalacaq.لَوْ كَانَ هَـٰؤُلَاءِ آلِهَةً مَّا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَlav kana ha’ula’i alihatan mma varaduha vakullun fiha xaliduna
Peyğəmbərlər 21.100Orada iniltiləri olacaq və orada heç nə eşitməyəcəklər.لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَlahum fiha zafirun vahum fiha la yasma‘una
Peyğəmbərlər 21.101Ən gözəl qarşılığı onlar üçün öncədən müəyyən etdiyimiz kəslər ondan uzaq tutulacaqlar.إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَىٰ أُولَـٰئِكَ عَنْهَا مُبْعَدُونَinna llazina sabaqat lahum mminna lhusna ula’ika ‘anha mub‘aduna
Peyğəmbərlər 21.102Onun uğultusunu eşitməyəcəklər. Könüllərinin istədiyi şeylər içində əbədi qalacaqlar.لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُونَla yasma‘una hasisaha vahum fi ma ştahat anfusuhum xaliduna
Peyğəmbərlər 21.103Ən böyük vahimə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayacaqlar: «Sizə vəd edilən gününüz budur».لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَـٰذَا يَوْمُكُمُ الَّذِي كُنتُمْ تُوعَدُونَla yahzunuhumu lfaza‘u l’akbaru vatatalaqqahumu lmala’ikatu haza yavmukumu llazi kuntum tu‘aduna
Peyğəmbərlər 21.104O gün göyü yazılı bir tumarı bükən kimi bükəcəyik. İlk yaradılışa necə başlamışdıqsa, onu eləcə təkrar edəcəyik. Bu, üzərimizə götürdüyümüz bir vəddir. Biz bunu, əlbəttə, edəcəyik.يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَyavma natvi ssama’a katayyi ssicilli lilkutubi kama bada’na avvala xalqin nnu‘iduhu va‘dan ‘alayna inna kunna fa‘ilina
Peyğəmbərlər 21.105Zikrdən sonra Zəburda yazdıq ki, yerə əməlisaleh qullarım varis olacaqlar.وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَvalaqad katabna fi zzaburi min ba‘di zzikri anna l’arda yarisuha ‘ibadiya ssalihuna
Peyğəmbərlər 21.106Bunda qulluq edən bir qövm üçün yetərli bir bildiriş var.إِنَّ فِي هَـٰذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَinna fi haza labalağan lliqavmin ‘abidina
Peyğəmbərlər 21.107Səni yalnız aləmlərə mərhəmət olaraq göndərdik.وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَvama arsalnaka illa rahmatan llil‘alamina
Peyğəmbərlər 21.108De: «Mənə yalnız bu vəhy olunur ki, ilahınız tək bir ilahdır. Elə isə təslim olursunuzmu?»قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَqul innama yuha ilayya annama ilahukum ilahun vahidun fahal antum mmuslimuna
Peyğəmbərlər 21.109Üz döndərsələr, de: «Hamınıza eyni qaydada xəbər verdim. Sizə vəd olunan yaxındırmı, uzaqdırmı, bilmirəm.فَإِن تَوَلَّوْا فَقُلْ آذَنتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَfa’in tavallav faqul azantukum ‘ala sava’in va’in adri aqaribun am ba‘idun mma tu‘aduna
Peyğəmbərlər 21.110O, açıq deyilən sözü də, gizlətdiyinizi də bilir.إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَinnahu ya‘lamu lcahra mina lqavli vaya‘lamu ma taktumuna
Peyğəmbərlər 21.111Bilmirəm, bəlkə bu, sizin üçün bir sınaq və bir vaxta qədər faydalanmaqdır».وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ إِلَىٰ حِينٍva’in adri la‘allahu fitnatun llakum vamata‘un ila hinin
Peyğəmbərlər 21.112Dedi: «Ey Rəbbim! Haqq ilə hökm et. Rəbbimiz Rəhmandır. Dediklərinizə qarşı kömək dilənən Odur».قَالَ رَبِّ احْكُم بِالْحَقِّ ۗ وَرَبُّنَا الرَّحْمَـٰنُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَqala rabbi hkum bilhaqqi varabbuna rrahmanu lmusta‘anu ‘ala ma tasifuna