26. Şairlər

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Şairlər 26.2Bunlar açıq-aydın kitabın ayələridir.تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِtilka ayatu lkitabi lmubini
Şairlər 26.3Onlar iman gətirmirlər deyə, az qala özünü həlak edəcəksən.لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَla‘allaka baxi‘un nnafsaka alla yakunu mu’minina
Şairlər 26.4İstəsək, göydən üzərlərinə bir nişanə endirərik və boyunları onun qarşısında əyilmiş qalar.إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَin nnaşa’ nunazzil ‘alayhim mmina ssama’i ayatan fazallat a‘naquhum laha xadi‘ina
Şairlər 26.5Rəhmandan onlara nə vaxt yeni bir xatırlatma gəlsə, ondan üz döndərirlər.وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَvama ya’tihim mmin zikrin mmina rrahmani muhdasin illa kanu ‘anhu mu‘ridina
Şairlər 26.6Onu yalan saydılar. Məsxərəyə qoyduqları şeyin xəbərləri tezliklə onlara gələcək.فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَfaqad kazzabu fasaya’tihim anba’u ma kanu bihi yastahzi’una
Şairlər 26.7Yerə baxmadılarmı? Orada hər gözəl növdən nə qədər bitki yetişdirdik!أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍavalam yarav ila l’ardi kam anbatna fiha min kulli zavcin karimin
Şairlər 26.8Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَinna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.9Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.10Bir vaxt Rəbbin Musaya səsləndi: «Zalım qövmün yanına get,وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَva’iz nada rabbuka musa ani ti lqavma zzalimina
Şairlər 26.11Fironun qövmünün yanına. Məgər çəkinməyəcəklər?»قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَqavma fir‘avna ala yattaquna
Şairlər 26.12Dedi: «Ey Rəbbim! Məni yalan sayacaqlarından qorxuram.قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِqala rabbi inni axafu an yukazzibuni
Şairlər 26.13Köksüm daralır, dilim açılmır. Haruna da göndər.وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَvayadiqu sadri vala yantaliqu lisani fa’arsil ila haruna
Şairlər 26.14Onların qarşısında bir günahım da var, məni öldürəcəklərindən qorxuram».وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُونِvalahum ‘alayya zanbun fa’axafu an yaqtuluni
Şairlər 26.15Dedi: «Xeyr! İkiniz də nişanələrimizlə gedin. Biz sizinləyik, dinləyirik.قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَqala kalla fazhaba biayatina inna ma‘akum mmustami‘una
Şairlər 26.16Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik.فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَfa’tiya fir‘avna faqula inna rasulu rabbi l‘alamina
Şairlər 26.17İsrail oğullarını bizimlə göndər”».أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَan arsil ma‘ana bani isra’ila
Şairlər 26.18Dedi: «Səni aramızda uşaq ikən böyütmədikmi? Ömrünün neçə ilini aramızda keçirmədinmi?قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَqala alam nurabbika fina validan valabista fina min ‘umurika sinina
Şairlər 26.19Elədiyin o işi də elədin. Sən nankorlardansan».وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنتَ مِنَ الْكَافِرِينَvafa‘alta fa‘lataka llati fa‘alta va’anta mina lkafirina
Şairlər 26.20Dedi: «Mən onu o vaxt yolumu azmış halda etdim.قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَqala fa‘altuha izan va’ana mina ddallina
Şairlər 26.21Sizdən qorxanda yanınızdan qaçdım. Rəbbim mənə hökm bəxş etdi və məni elçilərdən etdi.فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَfafarartu minkum lamma xiftukum favahaba li rabbi hukman vaca‘alani mina lmursalina
Şairlər 26.22İsrail oğullarını kölələşdirməyin başıma qaxdığın bir nemətdirmi?»وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَvatilka ni‘matun tamunnuha ‘alayya an ‘abbadtta bani isra’ila
Şairlər 26.23Firon dedi: «Aləmlərin Rəbbi nədir?»قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَqala fir‘avnu vama rabbu l‘alamina
Şairlər 26.24Dedi: «Əgər yəqinliklə inanırsınızsa, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir».قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَqala rabbu ssamavati val’ardi vama baynahuma in kuntum mmuqinina
Şairlər 26.25Ətrafındakılara dedi: «Eşitmirsinizmi?»قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَqala liman havlahu ala tastami‘una
Şairlər 26.26Dedi: «O, həm sizin Rəbbiniz, həm də əvvəlki atalarınızın Rəbbidir».قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَqala rabbukum varabbu aba’ikumu l’avvalina
Şairlər 26.27Dedi: «Sizə göndərilən elçiniz, doğrudan da, dəlidir».قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌqala inna rasulakumu llazi ursila ilaykum lamacnunun
Şairlər 26.28Dedi: «Əgər düşünürsünüzsə, O, şərqin, qərbin və onların arasında olanların Rəbbidir».قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُمْ تَعْقِلُونَqala rabbu lmaşriqi valmağribi vama baynahuma in kuntum ta‘qiluna
Şairlər 26.29Dedi: «Məndən başqa bir ilah tutsan, səni mütləq zindana salacağam».قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَـٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَqala la’ini ttaxazta ilahan ğayri la’ac‘alannaka mina lmascunina
Şairlər 26.30Dedi: «Sənə açıq-aydın bir şey gətirsəm də?»قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُّبِينٍqala avalav ci’tuka bişay’in mmubinin
Şairlər 26.31Dedi: «Doğru söyləyənlərdənsənsə, onu gətir».قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَqala fa’ti bihi in kunta mina ssadiqina
Şairlər 26.32Əsasını atdı. Bir anda o, açıq-aşkar bir ilana çevrildi.فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌfa’alqa ‘asahu fa’iza hiya su‘banun mmubinun
Şairlər 26.33Əlini çıxardı. Baxanlara bir anda ağappaq göründü.وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَvanaza‘a yadahu fa’iza hiya bayda’u linnazirina
Şairlər 26.34Ətrafındakı öndərlərə dedi: «Bu, doğrudan da, mahir bir sehrbazdır.قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَـٰذَا لَسَاحِرٌ عَلِيمٌqala lilmala’i havlahu inna haza lasahirun ‘alimun
Şairlər 26.35Sehri ilə sizi yurdunuzdan çıxarmaq istəyir. Nə buyurursunuz?»يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَyuridu an yuxricakum mmin ardikum bisihrihi famaza ta’muruna
Şairlər 26.36Dedilər: «Onu və qardaşını gözlət, şəhərlərə adam toplayanlar göndər.قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَqalu arcih va’axahu vab‘as fi lmada’ini haşirina
Şairlər 26.37Bütün mahir sehrbazları sənin yanına gətirsinlər».يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍya’tuka bikulli sahharin ‘alimin
Şairlər 26.38Sehrbazlar bəlli bir günün müəyyən vaxtında toplandılar.فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍfacumi‘a ssaharatu limiqati yavmin mma‘lumin
Şairlər 26.39Camaata deyildi: «Siz də toplaşacaqsınızmı?وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَvaqila linnasi hal antum mmuctami‘una
Şairlər 26.40Sehrbazlar qalib gəlsələr, bəlkə onların ardınca gedərik».لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الْغَالِبِينَla‘allana nattabi‘u ssaharata in kanu humu lğalibina
Şairlər 26.41Sehrbazlar gələndə Firona dedilər: «Qalib gələn biz olsaq, bizə mükafat veriləcəkmi?»فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَfalamma ca’a ssaharatu qalu lifir‘avna a’inna lana la’acran in kunna nahnu lğalibina
Şairlər 26.42Dedi: «Bəli, onda yaxın tutulanlardan olacaqsınız».قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَqala na‘am va’innakum izan llamina lmuqarrabina
Şairlər 26.43Musa onlara dedi: «Atacaqlarınızı atın».قَالَ لَهُم مُّوسَىٰ أَلْقُوا مَا أَنتُم مُّلْقُونَqala lahum mmusa alqu ma antum mmulquna
Şairlər 26.44İplərini və əsalarını atıb dedilər: «Fironun qüdrətinə and olsun, mütləq biz qalib gələcəyik».فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَfa’alqav hibalahum va‘isiyyahum vaqalu bi‘izzati fir‘avna inna lanahnu lğalibuna
Şairlər 26.45Musa da əsasını atdı. Bir də gördülər ki, onların uydurduqlarını udur.فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَfa’alqa musa ‘asahu fa’iza hiya talqafu ma ya’fikuna
Şairlər 26.46Sehrbazlar səcdəyə qapandılar.فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَfa’ulqiya ssaharatu sacidina
Şairlər 26.47Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik,قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَqalu amanna birabbi l‘alamina
Şairlər 26.48Musanın və Harunun Rəbbinə».رَبِّ مُوسَىٰ وَهَارُونَrabbi musa vaharuna
Şairlər 26.49Dedi: «Mən sizə izin verməmiş ona iman gətirdiniz? O, sizə sehri öyrədən başçınızdır. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam».قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَqala amantum lahu qabla an azana lakum innahu lakabirukumu llazi ‘allamakumu ssihra falasavfa ta‘lamuna la’uqatti‘anna aydiyakum va’arculakum mmin xilafin vala’usallibannakum acma‘ina
Şairlər 26.50Dedilər: «Zərəri yoxdur. Biz Rəbbimizə dönəcəyik.قَالُوا لَا ضَيْرَ ۖ إِنَّا إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَqalu la dayra inna ila rabbina munqalibuna
Şairlər 26.51İlk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik».إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَن كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَinna natma‘u an yağfira lana rabbuna xatayana an kunna avvala lmu’minina
Şairlər 26.52Musaya vəhy etdik: «Qullarımı gecə yola çıxar. Arxanızca gələcəklər».وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُم مُّتَّبَعُونَva’avhayna ila musa an asri bi‘ibadi innakum mmuttaba‘una
Şairlər 26.53Firon şəhərlərə adam toplayanlar göndərdi:فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَfa’arsala fir‘avnu fi lmada’ini haşirina
Şairlər 26.54«Bunlar sayca az bir dəstədir.إِنَّ هَـٰؤُلَاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَinna ha’ula’i laşirzimatun qaliluna
Şairlər 26.55Onlar bizi qəzəbləndirirlər.وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَva’innahum lana lağa’izuna
Şairlər 26.56Biz isə hamılıqla tədbirliyik».وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَva’inna lacami‘un haziruna
Şairlər 26.57Beləcə onları bağlardan və bulaqlardan çıxardıq,فَأَخْرَجْنَاهُم مِّن جَنَّاتٍ وَعُيُونٍfa’axracnahum mmin cannatin va‘uyunin
Şairlər 26.58xəzinələrdən və şərəfli bir məskəndən.وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍvakunuzin vamaqamin karimin
Şairlər 26.59Belə oldu. İsrail oğullarını bunlara varis etdik.كَذَٰلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَkazalika va’avrasnaha bani isra’ila
Şairlər 26.60Günəş doğanda onların arxasınca düşdülər.فَأَتْبَعُوهُم مُّشْرِقِينَfa’atba‘uhum mmuşriqina
Şairlər 26.61İki dəstə bir-birini görəndə Musanın yoldaşları dedilər: «Mütləq yaxalanacağıq».فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَىٰ إِنَّا لَمُدْرَكُونَfalamma tara’a lcam‘ani qala ashabu musa inna lamudrakuna
Şairlər 26.62Dedi: «Xeyr! Rəbbim mənimlədir, mənə yol göstərəcək».قَالَ كَلَّا ۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِqala kalla inna ma‘iya rabbi sayahdini
Şairlər 26.63Musaya «Əsanla dənizə vur» deyə vəhy etdik. Dəniz yarıldı və hər parçası nəhəng bir dağ kimi oldu.فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِب بِّعَصَاكَ الْبَحْرَ ۖ فَانفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِfa’avhayna ila musa ani drib bbi‘asaka lbahra fanfalaqa fakana kullu firqin kattavdi l‘azimi
Şairlər 26.64O birilərini də oraya yaxınlaşdırdıq.وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَva’azlafna samma laxarina
Şairlər 26.65Musanı və onunla olanların hamısını qurtardıq.وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُ أَجْمَعِينَva’ancayna musa vaman mma‘ahu acma‘ina
Şairlər 26.66Sonra o birilərini suda boğduq.ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَsumma ağraqna laxarina
Şairlər 26.67Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَinna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.68Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.69Onlara İbrahimin xəbərini oxu.وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَvatlu ‘alayhim naba’a ibrahima
Şairlər 26.70Bir vaxt atasına və qövmünə dedi: «Nəyə qulluq edirsiniz?»إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَiz qala li’abihi vaqavmihi ma ta‘buduna
Şairlər 26.71Dedilər: «Bütlərə qulluq edirik və onlara bağlı qalırıq».قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَqalu na‘budu asnaman fanazallu laha ‘akifina
Şairlər 26.72Dedi: «Onları çağıranda sizi eşidirlərmi?قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَqala hal yasma‘unakum iz tad‘una
Şairlər 26.73Ya sizə fayda, ya da zərər verirlərmi?»أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَav yanfa‘unakum av yadurruna
Şairlər 26.74Dedilər: «Xeyr, atalarımızın belə etdiyini gördük».قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَqalu bal vacadna aba’ana kazalika yaf‘aluna
Şairlər 26.75Dedi: «Qulluq etdiklərinizi gördünüzmü,قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَqala afara’aytum mma kuntum ta‘buduna
Şairlər 26.76sizin və qədim atalarınızın qulluq etdiklərini?أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَantum vaba’ukumu l’aqdamuna
Şairlər 26.77Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir.فَإِنَّهُمْ عَدُوٌّ لِّي إِلَّا رَبَّ الْعَالَمِينَfa’innahum ‘aduvvun lli illa rabba l‘alamina
Şairlər 26.78Məni yaradan Odur. Mənə yol göstərən də Odur.الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِallazi xalaqani fahuva yahdini
Şairlər 26.79Mənə yemək verən də, içirən də Odur.وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِvallazi huva yut‘imuni vayasqini
Şairlər 26.80Xəstələnəndə mənə şəfa verən Odur.وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِva’iza maridtu fahuva yaşfini
Şairlər 26.81Məni öldürəcək, sonra da dirildəcək olan Odur.وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِvallazi yumituni summa yuhyini
Şairlər 26.82Haqq-hesab günü xətamı bağışlayacağına ümid etdiyim də Odur.وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِvallazi atma‘u an yağfira li xati’ati yavma ddini
Şairlər 26.83Ey Rəbbim! Mənə hökm bəxş et və məni əməlisalehlərə qat.رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَrabbi hab li hukman va’alhiqni bissalihina
Şairlər 26.84Sonrakılar arasında mənə doğruluqla anılan bir ad ver.وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَvac‘al lli lisana sidqin fi laxirina
Şairlər 26.85Məni nemət cənnətinin varislərindən et.وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِvac‘alni min varasati cannati nna‘imi
Şairlər 26.86Atamı bağışla. O, azanlardan idi.وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَvağfir li’abi innahu kana mina ddallina
Şairlər 26.87Dirildiləcəkləri gün məni rüsvay etmə.وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَvala tuxzini yavma yub‘asuna
Şairlər 26.88O gün nə mal-dövlət, nə də oğullar fayda verər.يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَyavma la yanfa‘u malun vala banuna
Şairlər 26.89Yalnız Allaha sağlam qəlblə gələn kəs istisnadır».إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍilla man ata llaha biqalbin salimin
Şairlər 26.90Cənnət Allahdan çəkinənlərə yaxınlaşdırılacaq.وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَva’uzlifati lcannatu lilmuttaqina
Şairlər 26.91Cəhənnəm də azğınlara göstəriləcək.وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَvaburrizati lcahimu lilğavina
Şairlər 26.92Onlara deyiləcək: «Hanı sizin qulluq etdiklərinizوَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَvaqila lahum ayna ma kuntum ta‘buduna
Şairlər 26.93— Allahdan başqa? Onlar sizə kömək edirlərmi, ya özlərinə kömək edə bilirlərmi?»مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَmin duni llahi hal yansurunakum av yantasiruna
Şairlər 26.94Onlar da, azğınlar da oraya üzüstə atılacaqlar,فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَfakubkibu fiha hum valğavuna
Şairlər 26.95İblisin qoşunlarının hamısı da.وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَvacunudu iblisa acma‘una
Şairlər 26.96Orada çəkişərkən deyəcəklər:قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَqalu vahum fiha yaxtasimuna
Şairlər 26.97«Allaha and olsun, biz açıq-aydın azğınlıq içində idik,تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍtallahi in kunna lafi dalalin mmubinin
Şairlər 26.98sizi aləmlərin Rəbbi ilə bir tutanda.إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَiz nusavvikum birabbi l‘alamina
Şairlər 26.99Bizi ancaq günahkarlar azdırdılar.وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَvama adallana illa lmucrimuna
Şairlər 26.100İndi bizim şəfaət edənlərimiz yoxdur,فَمَا لَنَا مِن شَافِعِينَfama lana min şafi‘ina
Şairlər 26.101bir can dostumuz da yoxdur.وَلَا صَدِيقٍ حَمِيمٍvala sadiqin hamimin
Şairlər 26.102Kaş bir də geri dönəydik, möminlərdən olaydıq!»فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَfalav anna lana karratan fanakuna mina lmu’minina
Şairlər 26.103Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَinna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.104Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.105Nuhun qövmü elçiləri yalan saydı.كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَkazzabat qavmu nuhini lmursalina
Şairlər 26.106Bir vaxt qardaşları Nuh onlara dedi: «Məgər çəkinməyəcəksiniz?إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَiz qala lahum axuhum nuhun ala tattaquna
Şairlər 26.107Mən sizin üçün etibarlı bir elçiyəm.إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌinni lakum rasulun aminun
Şairlər 26.108Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.109Bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verər.وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَvama as’alukum ‘alayhi min acrin in acriya illa ‘ala rabbi l‘alamina
Şairlər 26.110Elə isə Allahdan çəkinin və mənə itaət edin».فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.111Dedilər: «Ən aşağı tutulanlar sənin ardınca getdiyi halda sənəmi inanaq?»قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَqalu anu’minu laka vattaba‘aka l’arzaluna
Şairlər 26.112Dedi: «Onların nə etdiklərindən mənim nə xəbərim var?قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَqala vama ‘ilmi bima kanu ya‘maluna
Şairlər 26.113Onların hesabını yalnız Rəbbim görər. Kaş bunu anlayaydınız!إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّي ۖ لَوْ تَشْعُرُونَin hisabuhum illa ‘ala rabbi lav taş‘uruna
Şairlər 26.114Mən möminləri qovası deyiləm.وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَvama ana bitaridi lmu’minina
Şairlər 26.115Mən yalnız açıq-aydın xəbərdarlıq edənəm».إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌin ana illa nazirun mmubinun
Şairlər 26.116Dedilər: «Ey Nuh! Əl çəkməsən, mütləq daşqalaq edilənlərdən olacaqsan».قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَqalu la’in llam tantahi ya nuhu latakunanna mina lmarcumina
Şairlər 26.117Dedi: «Ey Rəbbim! Qövmüm məni yalan saydı.قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِqala rabbi inna qavmi kazzabuni
Şairlər 26.118Mənimlə onların arasında açıq hökm ver. Məni və yanımdakı möminləri qurtar».فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ الْمُؤْمِنِينَfaftah bayni vabaynahum fathan vanaccini vaman mma‘iya mina lmu’minina
Şairlər 26.119Biz də onu və onunla olanları dolu gəmidə qurtardıq.فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِfa’ancaynahu vaman mma‘ahu fi lfulki lmaşhuni
Şairlər 26.120Sonra geridə qalanları suda boğduq.ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَsumma ağraqna ba‘du lbaqina
Şairlər 26.121Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَinna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.122Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.123Ad qövmü elçiləri yalan saydı.كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَkazzabat ‘aduni lmursalina
Şairlər 26.124Bir vaxt qardaşları Hud onlara dedi: «Məgər çəkinməyəcəksiniz?إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَiz qala lahum axuhum hudun ala tattaquna
Şairlər 26.125Mən sizin üçün etibarlı bir elçiyəm.إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌinni lakum rasulun aminun
Şairlər 26.126Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.127Bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verər.وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَvama as’alukum ‘alayhi min acrin in acriya illa ‘ala rabbi l‘alamina
Şairlər 26.128Hər yüksəklikdə boş yerə bir nişanəmi ucaldırsınız?أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَatabnuna bikulli ri‘in ayatan ta‘basuna
Şairlər 26.129Əbədi qalacaqmış kimi möhkəm tikililərmi qurursunuz?وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَvatattaxizuna masani‘a la‘allakum taxluduna
Şairlər 26.130Birini yaxalayanda da zorbalar kimi yaxalayırsınız.وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَva’iza bataştum bataştum cabbarina
Şairlər 26.131Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.132Bildiyiniz şeylərlə sizə dayaq Olandan çəkinin.وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَvattaqu llazi amaddakum bima ta‘lamuna
Şairlər 26.133Sizə heyvanlar və oğullar,أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَamaddakum bi’an‘amin vabanina
Şairlər 26.134bağlar və bulaqlar verib.وَجَنَّاتٍ وَعُيُونٍvacannatin va‘uyunin
Şairlər 26.135Mən sizin üçün böyük bir günün əzabından qorxuram».إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍinni axafu ‘alaykum ‘azaba yavmin ‘azimin
Şairlər 26.136Dedilər: «Öyüd versən də, öyüd verənlərdən olmasan da, bizim üçün birdir.قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الْوَاعِظِينَqalu sava’un ‘alayna ava‘azta am lam takun mmina lva‘izina
Şairlər 26.137Bu, əvvəlkilərin adətindən başqa bir şey deyil.إِنْ هَـٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَin haza illa xuluqu l’avvalina
Şairlər 26.138Bizə əzab verilməyəcək».وَمَا نَحْنُ بِمُعَذَّبِينَvama nahnu bimu‘azzabina
Şairlər 26.139Onu yalan saydılar, Biz də onları həlak etdik. Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَfakazzabuhu fa’ahlaknahum inna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.140Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.141Səmud qövmü elçiləri yalan saydı.كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَkazzabat samudu lmursalina
Şairlər 26.142Bir vaxt qardaşları Saleh onlara dedi: «Məgər çəkinməyəcəksiniz?إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَiz qala lahum axuhum salihun ala tattaquna
Şairlər 26.143Mən sizin üçün etibarlı bir elçiyəm.إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌinni lakum rasulun aminun
Şairlər 26.144Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.145Bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verər.وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَvama as’alukum ‘alayhi min acrin in acriya illa ‘ala rabbi l‘alamina
Şairlər 26.146Elə buradaca əmin-amanlıq içində qalacağınızı sanırsınızmı,أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَatutrakuna fi ma hahuna aminina
Şairlər 26.147bağların və bulaqların arasında,فِي جَنَّاتٍ وَعُيُونٍfi cannatin va‘uyunin
Şairlər 26.148əkinlərin və salxımları yumşaq xurma ağaclarının arasında?وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌvazuru‘in vanaxlin tal‘uha hadimun
Şairlər 26.149Dağları yonub məharətlə evlər düzəldirsiniz.وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَvatanhituna mina lcibali buyutan farihina
Şairlər 26.150Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.151Həddi aşanların əmrinə uymayın.وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَvala tuti‘u amra lmusrifina
Şairlər 26.152Onlar yer üzündə fitnə-fəsad törədir, heç nəyi düzəltmirlər».الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَallazina yufsiduna fi l’ardi vala yuslihuna
Şairlər 26.153Dedilər: «Sən ancaq ovsunlananlardansan.قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَqalu innama anta mina lmusahharina
Şairlər 26.154Sən də bizim kimi bir insansan. Doğru söyləyənlərdənsənsə, bir nişanə gətir».مَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَma anta illa başarun mmisluna fa’ti biayatin in kunta mina ssadiqina
Şairlər 26.155Dedi: «Budur, bir dişi dəvə. Onun su içmək haqqı var, sizin də bəlli bir gündə su içmək haqqınız var.قَالَ هَـٰذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍqala hazihi naqatun llaha şirbun valakum şirbu yavmin mma‘lumin
Şairlər 26.156Ona pisliklə toxunmayın, yoxsa sizi böyük bir günün əzabı yaxalayar».وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍvala tamassuha bisu’in faya’xuzakum ‘azabu yavmin ‘azimin
Şairlər 26.157Onu kəsdilər, sonra peşman oldular.فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَfa‘aqaruha fa’asbahu nadimina
Şairlər 26.158Əzab onları yaxaladı. Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَfa’axazahumu l‘azabu inna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.159Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.160Lutun qövmü elçiləri yalan saydı.كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَkazzabat qavmu lutini lmursalina
Şairlər 26.161Bir vaxt qardaşları Lut onlara dedi: «Məgər çəkinməyəcəksiniz?إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَiz qala lahum axuhum lutun ala tattaquna
Şairlər 26.162Mən sizin üçün etibarlı bir elçiyəm.إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌinni lakum rasulun aminun
Şairlər 26.163Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.164Bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verər.وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَvama as’alukum ‘alayhi min acrin in acriya illa ‘ala rabbi l‘alamina
Şairlər 26.165Aləmlər içindən kişilərəmi üz tutursunuz?أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَata’tuna zzukrana mina l‘alamina
Şairlər 26.166Rəbbinizin sizin üçün yaratdığı həyat yoldaşlarınızı isə qoyub gedirsiniz? Əksinə, siz həddi aşan bir qövmsünüz».وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَاجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَvatazaruna ma xalaqa lakum rabbukum mmin azvacikum bal antum qavmun ‘aduna
Şairlər 26.167Dedilər: «Ey Lut! Əl çəkməsən, mütləq qovulanlardan olacaqsan».قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَqalu la’in llam tantahi ya lutu latakunanna mina lmuxracina
Şairlər 26.168Dedi: «Mən sizin əməlinizə nifrət edənlərdənəm.قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَqala inni li‘amalikum mmina lqalina
Şairlər 26.169Ey Rəbbim! Məni və ailəmi onların etdiklərindən qurtar».رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَrabbi naccini va’ahli mimma ya‘maluna
Şairlər 26.170Biz də onu və bütün ailəsini qurtardıq,فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَfanaccaynahu va’ahlahu acma‘ina
Şairlər 26.171geridə qalan yaşlı bir qadından başqa.إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَilla ‘acuzan fi lğabirina
Şairlər 26.172Sonra o birilərini yerlə-yeksan etdik.ثُمَّ دَمَّرْنَا الْآخَرِينَsumma dammarna laxarina
Şairlər 26.173Üstlərinə bir yağış yağdırdıq. Xəbərdar edilənlərin yağışı necə də pis oldu!وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنذَرِينَva’amtarna ‘alayhim mmataran fasa’a mataru lmunzarina
Şairlər 26.174Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَinna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.175Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.176Əykə əhli elçiləri yalan saydı.كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَkazzaba ashabu l’aykati lmursalina
Şairlər 26.177Bir vaxt Şüeyb onlara dedi: «Məgər çəkinməyəcəksiniz?إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَiz qala lahum şu‘aybun ala tattaquna
Şairlər 26.178Mən sizin üçün etibarlı bir elçiyəm.إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌinni lakum rasulun aminun
Şairlər 26.179Elə isə Allahdan çəkinin və mənə itaət edin.فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِfattaqu llaha va’ati‘uni
Şairlər 26.180Bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verər.وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَvama as’alukum ‘alayhi min acrin in acriya illa ‘ala rabbi l‘alamina
Şairlər 26.181Ölçünü tam tutun və əskik ölçənlərdən olmayın.أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَavfu lkayla vala takunu mina lmuxsirina
Şairlər 26.182Düzgün tərəzi ilə çəkin.وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِvazinu bilqistasi lmustaqimi
Şairlər 26.183İnsanlara məxsus olanı əskiltməyin. Yer üzündə fitnə-fəsad törədib qarışıqlıq salmayın.وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَvala tabxasu nnasa aşya’ahum vala ta‘sav fi l’ardi mufsidina
Şairlər 26.184Sizi və əvvəlki nəsilləri Yaradandan çəkinin».وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَvattaqu llazi xalaqakum valcibillata l’avvalina
Şairlər 26.185Dedilər: «Sən ancaq ovsunlananlardansan.قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَqalu innama anta mina lmusahharina
Şairlər 26.186Sən də bizim kimi bir insansan. Səni yalançılardan sayırıq.وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَvama anta illa başarun mmisluna va’in nnazunnuka lamina lkazibina
Şairlər 26.187Doğru söyləyənlərdənsənsə, üstümüzə göydən parçalar endir».فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَاءِ إِن كُنتَ مِنَ الصَّادِقِينَfa’asqit ‘alayna kisafan mmina ssama’i in kunta mina ssadiqina
Şairlər 26.188Dedi: «Nə etdiyinizi Rəbbim daha yaxşı bilir».قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَqala rabbi a‘lamu bima ta‘maluna
Şairlər 26.189Onu yalan saydılar və kölgə gününün əzabı onları yaxaladı. Bu, həqiqətən, böyük bir günün əzabı idi.فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍfakazzabuhu fa’axazahum ‘azabu yavmi zzullati innahu kana ‘azaba yavmin ‘azimin
Şairlər 26.190Bunda, həqiqətən, bir nişanə var. Amma onların çoxu iman gətirmədi.إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَinna fi zalika layatan vama kana aksaruhum mmu’minina
Şairlər 26.191Rəbbin, həqiqətən, yenilməzdir, mərhəmətlidir.وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُva’inna rabbaka lahuva l‘azizu rrahimu
Şairlər 26.192Bu, həqiqətən, aləmlərin Rəbbindən endiriləndir.وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَva’innahu latanzilu rabbi l‘alamina
Şairlər 26.193Etibarlı Ruh onunla endi,نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُnazala bihi rruhu l’aminu
Şairlər 26.194sənin qəlbinə, xəbərdarlıq edənlərdən olasan deyə,عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ‘ala qalbika litakuna mina lmunzirina
Şairlər 26.195açıq-aydın ərəb dilində.بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍbilisanin ‘arabiyyin mmubinin
Şairlər 26.196O, əvvəlkilərin kitablarında da var.وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَva’innahu lafi zuburi l’avvalina
Şairlər 26.197İsrail oğullarının alimlərinin bunu bilməsi onlara bir nişanə deyilmi?أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَavalam yakun llahum ayatan an ya‘lamahu ‘ulama’u bani isra’ila
Şairlər 26.198Onu ərəb olmayanlardan birinə endirsəydik,وَلَوْ نَزَّلْنَاهُ عَلَىٰ بَعْضِ الْأَعْجَمِينَvalav nazzalnahu ‘ala ba‘di l’a‘camina
Şairlər 26.199o da onu onlara oxusaydı, yenə ona iman gətirməzdilər.فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَfaqara’ahu ‘alayhim mma kanu bihi mu’minina
Şairlər 26.200Onu günahkarların qəlblərinə beləcə yeritdik.كَذَٰلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَkazalika salaknahu fi qulubi lmucrimina
Şairlər 26.201Ağrılı əzabı görməyincə ona iman gətirməzlər.لَا يُؤْمِنُونَ بِهِ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَla yu’minuna bihi hatta yaravu l‘azaba l’alima
Şairlər 26.202Əzab onlara özləri də duymadan qəfildən gələcək.فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَfaya’tiyahum bağtatan vahum la yaş‘uruna
Şairlər 26.203Onda deyəcəklər: «Bizə möhlət veriləcəkmi?»فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَfayaqulu hal nahnu munzaruna
Şairlər 26.204Əzabımızın tez gəlməsinimi istəyirlər?أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَafabi‘azabina yasta‘ciluna
Şairlər 26.205Düşün, onları illərlə nemətlərdən yararlandırsaq,أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَafara’ayta in mmatta‘nahum sinina
Şairlər 26.206sonra da onlara vəd edilən başlarına gəlsə,ثُمَّ جَاءَهُم مَّا كَانُوا يُوعَدُونَsumma ca’ahum mma kanu yu‘aduna
Şairlər 26.207yararlandıqları nemətlərin onlara nə faydası olacaq?مَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَma ağna ‘anhum mma kanu yumatta‘una
Şairlər 26.208Xəbərdarlıq edənləri olmayan heç bir şəhəri həlak etmədik.وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَvama ahlakna min qaryatin illa laha munziruna
Şairlər 26.209Bu, bir xatırlatma idi. Biz zülm edən deyildik.ذِكْرَىٰ وَمَا كُنَّا ظَالِمِينَzikra vama kunna zalimina
Şairlər 26.210Onunla şeytanlar enməyiblər.وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُvama tanazzalat bihi şşayatinu
Şairlər 26.211Bu onlara yaraşmaz və buna gücləri də çatmaz.وَمَا يَنبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَvama yanbaği lahum vama yastati‘una
Şairlər 26.212Onlar eşitməkdən uzaq tutulublar.إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَinnahum ‘ani ssam‘i lama‘zuluna
Şairlər 26.213Allahla yanaşı başqa bir ilahı çağırma, yoxsa əzab verilənlərdən olarsan.فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَfala tad‘u ma‘a llahi ilahan axara fatakuna mina lmu‘azzabina
Şairlər 26.214Ən yaxın qohumlarını xəbərdar et.وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَva’anzir ‘aşirataka l’aqrabina
Şairlər 26.215Ardınca gələn möminlərə qanadını endir.وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَvaxfid canahaka limani ttaba‘aka mina lmu’minina
Şairlər 26.216Sənə asi olsalar, de: «Mən sizin etdiklərinizdən uzağam».فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَfa’in ‘asavka faqul inni bari’un mmimma ta‘maluna
Şairlər 26.217Yenilməz və Mərhəmətli olana təvəkkül et.وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِvatavakkal ‘ala l‘azizi rrahimi
Şairlər 26.218O, ayağa qalxdığın zaman səni də görür,الَّذِي يَرَاكَ حِينَ تَقُومُallazi yaraka hina taqumu
Şairlər 26.219səcdə edənlər arasında dolaşdığını da.وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَvataqallubaka fi ssacidina
Şairlər 26.220Həqiqətən, eşidən də, bilən də Odur.إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُinnahu huva ssami‘u l‘alimu
Şairlər 26.221Şeytanların kimin üzərinə endiyini sizə xəbər verimmi?هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ الشَّيَاطِينُhal unabbi’ukum ‘ala man tanazzalu şşayatinu
Şairlər 26.222Onlar hər yalan uyduran günahkarın üzərinə enirlər.تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍtanazzalu ‘ala kulli affakin asimin
Şairlər 26.223Qulaq asırlar və onların çoxu yalançıdır.يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَyulquna ssam‘a va’aksaruhum kazibuna
Şairlər 26.224Şairlərin isə ardınca azğınlar gedirlər.وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَvaşşu‘ara’u yattabi‘uhumu lğavuna
Şairlər 26.225Görmürsənmi ki, onlar hər vadidə sərgərdan gəzirlərأَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَalam tara annahum fi kulli vadin yahimuna
Şairlər 26.226və etmədiklərini söyləyirlər?وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَva’annahum yaquluna ma la yaf‘aluna
Şairlər 26.227İman gətirən, yaxşı işlər görən, Allahı çox anan və zülmə uğradıqdan sonra özlərini müdafiə edənlər istisnadır. Zülm edənlər tezliklə hara dönəcəklərini biləcəklər.إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا ۗ وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَilla llazina amanu va‘amilu ssalihati vazakaru llaha kasiran vantasaru min ba‘di ma zulimu vasaya‘lamu llazina zalamu ayya munqalabin yanqalibuna