Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Əhvalat 28.1Ta, Sin, Mim.طسمta sin mimƏhvalat 28.2Bunlar açıq-aydın kitabın ayələridir.تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِtilka ayatu lkitabi lmubiniƏhvalat 28.3İman gətirən bir qövm üçün Musa ilə Fironun xəbərindən sənə haqq ilə oxuyuruq.نَتْلُو عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَnatlu ‘alayka min nnaba’i musa vafir‘avna bilhaqqi liqavmin yu’minunaƏhvalat 28.4Firon yer üzündə təkəbbür göstərdi və əhalisini dəstələrə böldü. Onlardan bir dəstəni gücsüz qoyur, oğullarını boğazlayır, qadınlarını isə sağ saxlayırdı. O, fitnə-fəsad törədənlərdən idi.إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ ۚ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَinna fir‘avna ‘ala fi l’ardi vaca‘ala ahlaha şiya‘an yastad‘ifu ta’ifatan mminhum yuzabbihu abna’ahum vayastahyi nisa’ahum innahu kana mina lmufsidinaƏhvalat 28.5Biz isə yer üzündə gücsüz qoyulanlara lütf etmək, onları öndər etmək, onları varis etmək istəyirdik.وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَvanuridu an nnamunna ‘ala llazina stud‘ifu fi l’ardi vanac‘alahum a’immatan vanac‘alahumu lvarisinaƏhvalat 28.6Onlara yer üzündə mövqe vermək, Firona, Hamana və qoşunlarına onlardan qorxduqları şeyi göstərmək istəyirdik.وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا يَحْذَرُونَvanumakkina lahum fi l’ardi vanuriya fir‘avna vahamana vacunudahuma minhum mma kanu yahzarunaƏhvalat 28.7Musanın anasına vəhy etdik: «Onu əmizdir. Onun üçün qorxduqda onu suya at. Qorxma, kədərlənmə. Biz onu sənə qaytaracaq və elçilərdən edəcəyik».وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَva’avhayna ila ummi musa an ardi‘ihi fa’iza xifti ‘alayhi fa’alqihi fi lyammi vala taxafi vala tahzani inna radduhu ilayki vaca‘iluhu mina lmursalinaƏhvalat 28.8Fironun ailəsi onu tapıb götürdü ki, axırda o, onlara düşmən və qəm olsun. Firon, Haman və qoşunları, doğrudan da, xəta edənlərdən idilər.فَالْتَقَطَهُ آلُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا كَانُوا خَاطِئِينَfaltaqatahu alu fir‘avna liyakuna lahum ‘aduvvan vahazanan inna fir‘avna vahamana vacunudahuma kanu xati’inaƏhvalat 28.9Fironun həyat yoldaşı dedi: «Həm mənim, həm də sənin üçün göz nurudur. Onu öldürməyin. Bəlkə bizə faydası dəyər, ya da onu övladlığa götürərik». Onlar isə duymurdular.وَقَالَتِ امْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِّي وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰ أَن يَنفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَvaqalati mra’atu fir‘avna qurratu ‘aynin lli valaka la taqtuluhu ‘asa an yanfa‘ana av nattaxizahu valadan vahum la yaş‘urunaƏhvalat 28.10Musanın anasının qəlbi bomboş qaldı. Möminlərdən olsun deyə qəlbini möhkəmləndirməsəydik, az qala onu açıb deyəcəkdi.وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَارِغًا ۖ إِن كَادَتْ لَتُبْدِي بِهِ لَوْلَا أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ الْمُؤْمِنِينَva’asbaha fu’adu ummi musa fariğan in kadat latubdi bihi lavla an rrabatna ‘ala qalbiha litakuna mina lmu’mininaƏhvalat 28.11Onun bacısına «İzini sür» dedi. O da onlar duymadan kənardan onu izlədi.وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَvaqalat li’uxtihi qussihi fabasurat bihi ‘an cunubin vahum la yaş‘urunaƏhvalat 28.12Daha əvvəl ona süd verən anaları haram etmişdik. Dedi: «Sizin üçün ona baxacaq və yaxşılığını istəyəcək bir ailəni sizə göstərimmi?»وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَvaharramna ‘alayhi lmaradi‘a min qablu faqalat hal adullukum ‘ala ahli baytin yakfulunahu lakum vahum lahu nasihunaƏhvalat 28.13Beləcə onu anasına qaytardıq ki, gözü rahatlıq tapsın, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Amma onların çoxu bilmir.فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَfaradadnahu ila ummihi kay taqarra ‘aynuha vala tahzana valita‘lama anna va‘da llahi haqqun valakinna aksarahum la ya‘lamunaƏhvalat 28.14Yetkinlik çağına çatıb kamilləşəndə ona hökm və bilik verdik. Yaxşılıq edənlərə belə qarşılıq veririk.وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَىٰ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَvalamma balağa aşuddahu vastava ataynahu hukman va‘ilman vakazalika naczi lmuhsininaƏhvalat 28.15Əhalisinin xəbərsiz olduğu bir vaxt şəhərə girdi. Orada vuruşan iki nəfərə rast gəldi. Biri onun tərəfdarlarından, o biri düşmənlərindən idi. Öz tərəfdarı düşməninə qarşı ondan kömək istədi. Musa ona bir yumruq vurub həyatına son qoydu. Dedi: «Bu, şeytanın işindəndir. O, açıq-aşkar azdıran bir düşməndir».وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَـٰذَا مِن شِيعَتِهِ وَهَـٰذَا مِنْ عَدُوِّهِ ۖ فَاسْتَغَاثَهُ الَّذِي مِن شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَـٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ إِنَّهُ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌvadaxala lmadinata ‘ala hini ğaflatin mmin ahliha favacada fiha raculayni yaqtatilani haza min şi‘atihi vahaza min ‘aduvvihi fastağasahu llazi min şi‘atihi ‘ala llazi min ‘aduvvihi favakazahu musa faqada ‘alayhi qala haza min ‘amali şşaytani innahu ‘aduvvun mmudillun mmubinunƏhvalat 28.16Dedi: «Ey Rəbbim! Mən özümə zülm etdim, məni bağışla». Onu bağışladı. Çox bağışlayan da, mərhəmətli olan da Odur.قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُqala rabbi inni zalamtu nafsi fağfir li fağafara lahu innahu huva lğafuru rrahimuƏhvalat 28.17Dedi: «Ey Rəbbim! Mənə bəxş etdiyin nemətə görə günahkarlara bir daha arxa durmayacağam».قَالَ رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِّلْمُجْرِمِينَqala rabbi bima an‘amta ‘alayya falan akuna zahiran llilmucriminaƏhvalat 28.18Şəhərdə qorxu içində, ətrafına göz qoyaraq səhəri açdı. Bir də gördü ki, dünən ondan yardım istəyən yenə kömək üçün ona səslənir. Musa ona dedi: «Sən, doğrudan da, açıq-aşkar yolunu azmış birisən».فَأَصْبَحَ فِي الْمَدِينَةِ خَائِفًا يَتَرَقَّبُ فَإِذَا الَّذِي اسْتَنصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ ۚ قَالَ لَهُ مُوسَىٰ إِنَّكَ لَغَوِيٌّ مُّبِينٌfa’asbaha fi lmadinati xa’ifan yataraqqabu fa’iza llazi stansarahu bil’amsi yastasrixuhu qala lahu musa innaka lağaviyyun mmubinunƏhvalat 28.19Hər ikisinin düşməni olan kəsi yaxalamaq istəyəndə dedi: «Ey Musa! Dünən bir canı öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən ancaq yer üzündə zorba olmaq istəyirsən, düzəldənlərdən olmaq istəmirsən».فَلَمَّا أَنْ أَرَادَ أَن يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَا مُوسَىٰ أَتُرِيدُ أَن تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّا أَن تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ الْمُصْلِحِينَfalamma an arada an yabtişa billazi huva ‘aduvvun llahuma qala ya musa aturidu an taqtulani kama qatalta nafsan bil’amsi in turidu illa an takuna cabbaran fi l’ardi vama turidu an takuna mina lmuslihinaƏhvalat 28.20Şəhərin uzaq başından bir kəs tələsik gəldi. Dedi: «Ey Musa! Öndərlər səni öldürmək üçün barəndə məsləhətləşirlər. Çıx get! Mən sənin xeyrini istəyənlərdənəm».وَجَاءَ رَجُلٌ مِّنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَا مُوسَىٰ إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّي لَكَ مِنَ النَّاصِحِينَvaca’a raculun mmin aqsa lmadinati yas‘a qala ya musa inna lmala’a ya’tamiruna bika liyaqtuluka faxruc inni laka mina nnasihinaƏhvalat 28.21Qorxu içində, ətrafına göz qoyaraq oradan çıxdı. Dedi: «Ey Rəbbim! Məni zalım qövmdən qurtar».فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَfaxaraca minha xa’ifan yataraqqabu qala rabbi naccini mina lqavmi zzaliminaƏhvalat 28.22Mədyənə tərəf üz tutanda dedi: «Ümid edirəm ki, Rəbbim mənə düz yolu göstərər».وَلَمَّا تَوَجَّهَ تِلْقَاءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّي أَن يَهْدِيَنِي سَوَاءَ السَّبِيلِvalamma tavaccaha tilqa’a madyana qala ‘asa rabbi an yahdiyani sava’a ssabiliƏhvalat 28.23Mədyənin suyuna çatanda orada heyvanlarını sulayan bir dəstə adam gördü. Onlardan kənarda heyvanlarını saxlayan iki qadın gördü. Dedi: «Sizə nə olub?» İkisi də dedi: «Çobanlar çəkilib getməyincə sulamırıq. Atamız isə çox yaşlıdır».وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِي حَتَّىٰ يُصْدِرَ الرِّعَاءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌvalamma varada ma’a madyana vacada ‘alayhi ummatan mmina nnasi yasquna vavacada min dunihimu mra’atayni tazudani qala ma xatbukuma qalata la nasqi hatta yusdira rri‘a’u va’abuna şayxun kabirunƏhvalat 28.24Onların heyvanlarını suladı, sonra kölgəyə çəkilib dedi: «Ey Rəbbim! Mənə endirdiyin hər xeyrə möhtacam».فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰ إِلَى الظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌfasaqa lahuma summa tavalla ila zzilli faqala rabbi inni lima anzalta ilayya min xayrin faqirunƏhvalat 28.25İkisindən biri utana-utana yeriyib onun yanına gəldi. Dedi: «Atam bizim üçün heyvanları sulamağının əvəzini vermək üçün səni çağırır». Onun yanına gəlib başına gələnləri danışanda dedi: «Qorxma, zalım qövmdən qurtulmusan».فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَاءَهُ وَقَصَّ عَلَيْهِ الْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمِينَfaca’athu ihdahuma tamşi ‘ala stihya’in qalat inna abi yad‘uka liyacziyaka acra ma saqayta lana falamma ca’ahu vaqassa ‘alayhi lqasasa qala la taxaf nacavta mina lqavmi zzaliminaƏhvalat 28.26İkisindən biri dedi: «Atacan! Onu işə götür. İşə götürə biləcəyin ən yaxşı kəs güclü və etibarlı olandır».قَالَتْ إِحْدَاهُمَا يَا أَبَتِ اسْتَأْجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُqalat ihdahuma ya abati sta’cirhu inna xayra mani sta’carta lqaviyyu l’aminuƏhvalat 28.27Dedi: «Bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm, bir şərtlə ki, səkkiz il mənim üçün işləyəsən. On ilə tamamlasan, o da səndən olar. Sənə çətinlik yaratmaq istəmirəm. Allah istəsə, məni əməlisalehlərdən görəcəksən».قَالَ إِنِّي أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ابْنَتَيَّ هَاتَيْنِ عَلَىٰ أَن تَأْجُرَنِي ثَمَانِيَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَ ۖ وَمَا أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ مِنَ الصَّالِحِينَqala inni uridu an unkihaka ihda bnatayya hatayni ‘ala an ta’curani samaniya hicacin fa’in atmamta ‘aşran famin ‘indika vama uridu an aşuqqa ‘alayka sataciduni in şa’a llahu mina ssalihinaƏhvalat 28.28Dedi: «Bu, mənimlə sənin arandadır. İki müddətdən hansını tamamlasam, mənə qarşı haqsızlıq edilməsin. Allah dediklərimizə vəkildir».قَالَ ذَٰلِكَ بَيْنِي وَبَيْنَكَ ۖ أَيَّمَا الْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَانَ عَلَيَّ ۖ وَاللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌqala zalika bayni vabaynaka ayyama l’acalayni qadaytu fala ‘udvana ‘alayya vallahu ‘ala ma naqulu vakilunƏhvalat 28.29Musa müddəti tamamlayıb ailəsi ilə yola çıxanda Tur tərəfdə bir od gördü. Ailəsinə dedi: «Gözləyin, mən bir od gördüm. Bəlkə oradan sizə bir xəbər, ya da bir köz gətirim ki, isinəsiniz».فَلَمَّا قَضَىٰ مُوسَى الْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِن جَانِبِ الطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِّنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَfalamma qada musa l’acala vasara bi’ahlihi anasa min canibi tturi naran qala li’ahlihi mkusu inni anastu naran lla‘alli atikum mminha bixabarin av cazvatin mmina nnari la‘allakum tastalunaƏhvalat 28.30Oda çatanda vadinin sağ sahilindəki bərəkətli yerdə, ağacdan səslənildi: «Ey Musa! Mən aləmlərin Rəbbi Allaham.فَلَمَّا أَتَاهَا نُودِيَ مِن شَاطِئِ الْوَادِ الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَن يَا مُوسَىٰ إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَfalamma ataha nudiya min şati’i lvadi l’aymani fi lbuq‘ati lmubarakati mina şşacarati an ya musa inni ana llahu rabbu l‘alaminaƏhvalat 28.31Əsanı at!» Əsanın ilan kimi qıvrıldığını görəndə üz döndərib qaçdı, geri də dönmədi. «Ey Musa! Yaxın gəl, qorxma. Sən əmin-amanlıqda olanlardansan.وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ الْآمِنِينَva’an alqi ‘asaka falamma raha tahtazzu ka’annaha cannun valla mudbiran valam yu‘aqqib ya musa aqbil vala taxaf innaka mina lamininaƏhvalat 28.32Əlini qoynuna sal. Heç bir qüsur olmadan ağappaq çıxacaq. Qorxudan qanadını özünə sıx. Bu ikisi Firona və öndərlərinə Rəbbindən iki dəlildir. Onlar itaətdən çıxmış bir qövmdür».اسْلُكْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ وَاضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ ۖ فَذَانِكَ بُرْهَانَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَusluk yadaka fi caybika taxruc bayda’a min ğayri su’in vadmum ilayka canahaka mina rrahbi fazanika burhanani min rrabbika ila fir‘avna vamala’ihi innahum kanu qavman fasiqinaƏhvalat 28.33Dedi: «Ey Rəbbim! Onlardan bir canı öldürmüşəm. Məni öldürəcəklərindən qorxuram.قَالَ رَبِّ إِنِّي قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَن يَقْتُلُونِqala rabbi inni qataltu minhum nafsan fa’axafu an yaqtuluniƏhvalat 28.34Qardaşım Harunun dili mənimkindən daha səlisdir. Onu mənimlə birlikdə bir köməkçi olaraq göndər ki, məni təsdiqləsin. Məni yalan sayacaqlarından qorxuram».وَأَخِي هَارُونُ هُوَ أَفْصَحُ مِنِّي لِسَانًا فَأَرْسِلْهُ مَعِيَ رِدْءًا يُصَدِّقُنِي ۖ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِva’axi harunu huva afsahu minni lisanan fa’arsilhu ma‘iya rid’an yusaddiquni inni axafu an yukazzibuniƏhvalat 28.35Dedi: «Qardaşınla qolunu gücləndirəcəyik və ikinizə də elə bir güc verəcəyik ki, sizə əlləri çatmayacaq. Nişanələrimizlə siz ikiniz də, sizin ardınızca gedənlər də qalib gələcəksiniz».قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَانًا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِآيَاتِنَا أَنتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغَالِبُونَqala sanaşuddu ‘adudaka bi’axika vanac‘alu lakuma sultanan fala yasiluna ilaykuma biayatina antuma vamani ttaba‘akuma lğalibunaƏhvalat 28.36Musa onlara açıq-aydın nişanələrimizlə gələndə dedilər: «Bu, uydurulmuş bir sehrdən başqa bir şey deyil. Biz bunu əvvəlki atalarımızdan eşitməmişik».فَلَمَّا جَاءَهُم مُّوسَىٰ بِآيَاتِنَا بَيِّنَاتٍ قَالُوا مَا هَـٰذَا إِلَّا سِحْرٌ مُّفْتَرًى وَمَا سَمِعْنَا بِهَـٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَfalamma ca’ahum mmusa biayatina bayyinatin qalu ma haza illa sihrun mmuftaran vama sami‘na bihaza fi aba’ina l’avvalinaƏhvalat 28.37Musa dedi: «Öz qatından doğru yol göstəricisi ilə gələnin kim olduğunu və yurdun aqibətinin kimə qalacağını Rəbbim daha yaxşı bilir. Zalımlar nicat tapmazlar».وَقَالَ مُوسَىٰ رَبِّي أَعْلَمُ بِمَن جَاءَ بِالْهُدَىٰ مِنْ عِندِهِ وَمَن تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَvaqala musa rabbi a‘lamu biman ca’a bilhuda min ‘indihi vaman takunu lahu ‘aqibatu ddari innahu la yuflihu zzalimunaƏhvalat 28.38Firon dedi: «Ey öndərlər! Sizin üçün məndən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün gil üzərində od yandır və mənə uca bir tikili qur. Bəlkə Musanın ilahına doğru qalxa bildim. Mən onu yalançılardan sayıram».وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ فَاجْعَل لِّي صَرْحًا لَّعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَvaqala fir‘avnu ya ayyuha lmala’u ma ‘alimtu lakum mmin ilahin ğayri fa’avqid li ya hamanu ‘ala ttini fac‘al lli sarhan lla‘alli attali‘u ila ilahi musa va’inni la’azunnuhu mina lkazibinaƏhvalat 28.39O da, qoşunları da yer üzündə haqsız yerə təkəbbür göstərdilər və Bizə qaytarılmayacaqlarını sandılar.وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَvastakbara huva vacunuduhu fi l’ardi biğayri lhaqqi vazannu annahum ilayna la yurca‘unaƏhvalat 28.40Onu da, qoşunlarını da yaxalayıb dənizə atdıq. Bax gör, zalımların aqibəti necə oldu!فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَfa’axaznahu vacunudahu fanabaznahum fi lyammi fanzur kayfa kana ‘aqibatu zzaliminaƏhvalat 28.41Onları oda çağıran öndərlər etdik. Qiyamət günü onlara yardım edilməyəcək.وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ ۖ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَvaca‘alnahum a’immatan yad‘una ila nnari vayavma lqiyamati la yunsarunaƏhvalat 28.42Bu dünyada arxalarınca bir lənət göndərdik. Qiyamət günü də çirkin hala salınanlardan olacaqlar.وَأَتْبَعْنَاهُمْ فِي هَـٰذِهِ الدُّنْيَا لَعْنَةً ۖ وَيَوْمَ الْقِيَامَةِ هُم مِّنَ الْمَقْبُوحِينَva’atba‘nahum fi hazihi ddunya la‘natan vayavma lqiyamati hum mmina lmaqbuhinaƏhvalat 28.43Əvvəlki nəsilləri həlak etdikdən sonra Musaya kitabı insanlar üçün göz açan dəlillər, yol göstəricisi və mərhəmət olaraq verdik ki, bəlkə öyüd alsınlar.وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِن بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَىٰ بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُمْ يَتَذَكَّرُونَvalaqad atayna musa lkitaba min ba‘di ma ahlakna lquruna l’ula basa’ira linnasi vahudan varahmatan lla‘allahum yatazakkarunaƏhvalat 28.44Musaya əmri çatdırdığımız vaxt sən qərb tərəfdə deyildin. Şahidlərdən də deyildin.وَمَا كُنتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَىٰ مُوسَى الْأَمْرَ وَمَا كُنتَ مِنَ الشَّاهِدِينَvama kunta bicanibi lğarbiyyi iz qadayna ila musa l’amra vama kunta mina şşahidinaƏhvalat 28.45Amma Biz nəsillər yaratdıq və onların üzərindən uzun zaman keçdi. Sən Mədyən əhli arasında yaşayıb onlara ayələrimizi oxumurdun. Lakin göndərən Biz idik.وَلَـٰكِنَّا أَنشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَـٰكِنَّا كُنَّا مُرْسِلِينَvalakinna anşa’na qurunan fatatavala ‘alayhimu l‘umuru vama kunta saviyan fi ahli madyana tatlu ‘alayhim ayatina valakinna kunna mursilinaƏhvalat 28.46Səsləndiyimiz vaxt sən Turun yanında deyildin. Bu, Rəbbindən bir mərhəmətdir ki, səndən əvvəl özlərinə xəbərdarlıq edən gəlməmiş bir qövmü xəbərdar edəsən. Bəlkə öyüd alalar.وَمَا كُنتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَـٰكِن رَّحْمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَvama kunta bicanibi tturi iz nadayna valakin rrahmatan mmin rrabbika litunzira qavman mma atahum mmin nnazirin mmin qablika la‘allahum yatazakkarunaƏhvalat 28.47Yoxsa öz əllərinin öncədən göndərdiklərinə görə başlarına bir müsibət gəlsəydi, deyərdilər: «Ey Rəbbimiz! Bizə bir elçi göndərsəydin, ayələrinə uyaydıq və möminlərdən olaydıq».وَلَوْلَا أَن تُصِيبَهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَvalavla an tusibahum mmusibatun bima qaddamat aydihim fayaqulu rabbana lavla arsalta ilayna rasulan fanattabi‘a ayatika vanakuna mina lmu’mininaƏhvalat 28.48Öz qatımızdan onlara haqq gələndə dedilər: «Musaya verilənin bənzəri ona da verilməli deyildimi?» Məgər əvvəllər Musaya veriləni inkar etməmişdilər? «Bir-birini dəstəkləyən iki sehr» dedilər və «İkisini də inkar edirik» dedilər.فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَىٰ ۚ أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَىٰ مِن قَبْلُ ۖ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَfalamma ca’ahumu lhaqqu min ‘indina qalu lavla utiya misla ma utiya musa avalam yakfuru bima utiya musa min qablu qalu sihrani tazahara vaqalu inna bikullin kafirunaƏhvalat 28.49De: «Doğru söyləyirsinizsə, Allahın qatından bu ikisindən daha yaxşı yol göstərən bir kitab gətirin, mən də ona uyum».قُلْ فَأْتُوا بِكِتَابٍ مِّنْ عِندِ اللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِن كُنتُمْ صَادِقِينَqul fa’tu bikitabin mmin ‘indi llahi huva ahda minhuma attabi‘hu in kuntum sadiqinaƏhvalat 28.50Sənə cavab verməsələr, bil ki, yalnız öz həvəslərinə uyurlar. Allahdan bir yol göstəricisi olmadan öz həvəsinə uyandan daha çox azmış kim ola bilər? Allah zalım qövmü doğru yola yönəltməz.فَإِن لَّمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِّنَ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَfa’in llam yastacibu laka fa‘lam annama yattabi‘una ahva’ahum vaman adallu mimmani ttaba‘a havahu biğayri hudan mmina llahi inna llaha la yahdi lqavma zzaliminaƏhvalat 28.51Öyüd alsınlar deyə sözü onlara çatdırdıq.وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَvalaqad vassalna lahumu lqavla la‘allahum yatazakkarunaƏhvalat 28.52Ondan əvvəl kitab verdiklərimiz ona iman gətirirlər.الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِن قَبْلِهِ هُم بِهِ يُؤْمِنُونَallazina ataynahumu lkitaba min qablihi hum bihi yu’minunaƏhvalat 28.53Onlara oxunanda deyirlər: «Ona iman gətirdik. Bu, Rəbbimizdən gələn haqdır. Biz ondan əvvəl də təslim olanlardan idik».وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِن رَّبِّنَا إِنَّا كُنَّا مِن قَبْلِهِ مُسْلِمِينَva’iza yutla ‘alayhim qalu amanna bihi innahu lhaqqu min rrabbina inna kunna min qablihi musliminaƏhvalat 28.54Səbir etdiklərinə görə onların mükafatı iki dəfə veriləcək. Onlar pisliyi yaxşılıqla dəf edir və onlara verdiyimiz ruzidən xərcləyirlər.أُولَـٰئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَula’ika yu’tavna acrahum mmarratayni bima sabaru vayadra’una bilhasanati ssayyi’ata vamimma razaqnahum yunfiqunaƏhvalat 28.55Boş söz eşidəndə ondan üz döndərib deyirlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə. Sizə salam olsun. Biz cahilləri axtarmırıq».وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَva’iza sami‘u llağva a‘radu ‘anhu vaqalu lana a‘maluna valakum a‘malukum salamun ‘alaykum la nabtaği lcahilinaƏhvalat 28.56Sən sevdiyini doğru yola yönəldə bilməzsən. Allah isə istədiyini doğru yola yönəldir. O, doğru yolu tapanları daha yaxşı bilir.إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَـٰكِنَّ اللَّهَ يَهْدِي مَن يَشَاءُ ۚ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَinnaka la tahdi man ahbabta valakinna llaha yahdi man yaşa’u vahuva a‘lamu bilmuhtadinaƏhvalat 28.57Dedilər: «Səninlə birlikdə doğru yola uysaq, yurdumuzdan qoparılıb çıxarılacağıq». Məgər onları Öz qatımızdan ruzi olaraq hər cür məhsulun gətirildiyi təhlükəsiz, toxunulmaz bir yerdə məskun etmədikmi? Amma onların çoxu bilmir.وَقَالُوا إِن نَّتَّبِعِ الْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا آمِنًا يُجْبَىٰ إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِّزْقًا مِّن لَّدُنَّا وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَvaqalu in nnattabi‘i lhuda ma‘aka nutaxattaf min ardina avalam numakkin llahum haraman aminan yucba ilayhi samaratu kulli şay’in rrizqan mmin lladunna valakinna aksarahum la ya‘lamunaƏhvalat 28.58Bolluq içində azğınlaşmış neçə-neçə şəhəri həlak etdik. Budur onların yurdları. Onlardan sonra orada çox az məskunlaşılıb. Varis olan Biz idik.وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَن مِّن بَعْدِهِمْ إِلَّا قَلِيلًا ۖ وَكُنَّا نَحْنُ الْوَارِثِينَvakam ahlakna min qaryatin batirat ma‘işataha fatilka masakinuhum lam tuskan mmin ba‘dihim illa qalilan vakunna nahnu lvarisinaƏhvalat 28.59Rəbbin şəhərlərin mərkəzinə ayələrimizi onlara oxuyan bir elçi göndərməyincə o şəhərləri həlak etməz. Biz şəhərləri ancaq əhalisi zalım olduqda həlak edirik.وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِي الْقُرَىٰ إِلَّا وَأَهْلُهَا ظَالِمُونَvama kana rabbuka muhlika lqura hatta yab‘asa fi ummiha rasulan yatlu ‘alayhim ayatina vama kunna muhliki lqura illa va’ahluha zalimunaƏhvalat 28.60Sizə nə verilibsə, dünya həyatının neməti və bəzəyidir. Allahın qatındakı isə daha xeyirli və daha qalıcıdır. Məgər düşünmürsünüz?وَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ ۚ أَفَلَا تَعْقِلُونَvama utitum mmin şay’in famata‘u lhayati ddunya vazinatuha vama ‘inda llahi xayrun va’abqa afala ta‘qilunaƏhvalat 28.61Gözəl bir vəd verdiyimiz və ona qovuşacaq kəs, dünya həyatının nemətlərindən yararlandırdığımız, sonra Qiyamət günü hüzura gətirilənlərdən olan kəs kimidirmi?أَفَمَن وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَن مَّتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَafaman va‘adnahu va‘dan hasanan fahuva laqihi kaman mmatta‘nahu mata‘a lhayati ddunya summa huva yavma lqiyamati mina lmuhdarinaƏhvalat 28.62O gün onlara səslənib deyəcək: «Mənə şərik olduğunu iddia etdikləriniz hanı?»وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَvayavma yunadihim fayaqulu ayna şuraka’iya llazina kuntum taz‘umunaƏhvalat 28.63Barələrində söz gerçəkləşmiş kəslər deyəcəklər: «Ey Rəbbimiz! Azdırdıqlarımız bunlardır. Özümüz necə azmışdıqsa, onları da elə azdırdıq. Sənin hüzurunda onlardan uzaq olduğumuzu bildiririk. Onlar bizə qulluq etmirdilər».قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَـٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَqala llazina haqqa ‘alayhimu lqavlu rabbana ha’ula’i llazina ağvayna ağvaynahum kama ğavayna tabarra’na ilayka ma kanu iyyana ya‘budunaƏhvalat 28.64Onlara «Şəriklərinizi çağırın» deyiləcək. Onları çağıracaqlar, amma cavab verməyəcəklər və əzabı görəcəklər. Kaş doğru yolu tapmış olaydılar!وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَvaqila d‘u şuraka’akum fada‘avhum falam yastacibu lahum vara’avu l‘azaba lav annahum kanu yahtadunaƏhvalat 28.65O gün onlara səslənib deyəcək: «Elçilərə nə cavab verdiniz?»وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَvayavma yunadihim fayaqulu maza acabtumu lmursalinaƏhvalat 28.66O gün xəbərlər onlara qaranlıq qalacaq və onlar bir-birindən soruşmayacaqlar.فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَfa‘amiyat ‘alayhimu l’anba’u yavma’izin fahum la yatasa’alunaƏhvalat 28.67Tövbə edən, iman gətirən və yaxşı iş görən kəs isə bəlkə nicat tapanlardan olar.فَأَمَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَىٰ أَن يَكُونَ مِنَ الْمُفْلِحِينَfa’amma man taba vamana va‘amila salihan fa‘asa an yakuna mina lmuflihinaƏhvalat 28.68Rəbbin istədiyini yaradır və seçir. Seçim onlara aid deyil. Allah onların şərik qoşduqlarından pakdır, ucadır.وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَvarabbuka yaxluqu ma yaşa’u vayaxtaru ma kana lahumu lxiyaratu subhana llahi vata‘ala ‘amma yuşrikunaƏhvalat 28.69Rəbbin onların kökslərinin gizlətdiyini də, özlərinin üzə çıxardığını da bilir.وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَvarabbuka ya‘lamu ma tukinnu suduruhum vama yu‘linunaƏhvalat 28.70O, Allahdır. Ondan başqa ilah yoxdur. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və Ona qaytarılacaqsınız.وَهُوَ اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَvahuva llahu la ilaha illa huva lahu lhamdu fi l’ula valaxirati valahu lhukmu va’ilayhi turca‘unaƏhvalat 28.71De: «Bir düşünün, Allah gecəni Qiyamət gününədək üzərinizdə davamlı etsə, Allahdan başqa hansı ilah sizə işıq gətirər? Məgər eşitmirsiniz?»قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ اللَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِضِيَاءٍ ۖ أَفَلَا تَسْمَعُونَqul ara’aytum in ca‘ala llahu ‘alaykumu llayla sarmadan ila yavmi lqiyamati man ilahun ğayru llahi ya’tikum bidiya’in afala tasma‘unaƏhvalat 28.72De: «Bir düşünün, Allah gündüzü Qiyamət gününədək üzərinizdə davamlı etsə, Allahdan başqa hansı ilah sizə içində dincələcəyiniz bir gecə gətirər? Məgər görmürsünüz?»قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَqul ara’aytum in ca‘ala llahu ‘alaykumu nnahara sarmadan ila yavmi lqiyamati man ilahun ğayru llahi ya’tikum bilaylin taskununa fihi afala tubsirunaƏhvalat 28.73Mərhəmətindən sizə gecəni və gündüzü verdi ki, dincələsiniz, Onun lütfündən pay axtarasınız və bəlkə şükür edəsiniz.وَمِن رَّحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَvamin rrahmatihi ca‘ala lakumu llayla vannahara litaskunu fihi valitabtağu min fadlihi vala‘allakum taşkurunaƏhvalat 28.74O gün onlara səslənib deyəcək: «Mənə şərik olduğunu iddia etdikləriniz hanı?»وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَvayavma yunadihim fayaqulu ayna şuraka’iya llazina kuntum taz‘umunaƏhvalat 28.75Hər ümmətdən bir şahid çıxarıb deyəcəyik: «Dəlilinizi gətirin». Onda haqqın Allaha məxsus olduğunu biləcəklər və uydurduqları şeylər yoxa çıxacaq.وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَvanaza‘na min kulli ummatin şahidan faqulna hatu burhanakum fa‘alimu anna lhaqqa lillahi vadalla ‘anhum mma kanu yaftarunaƏhvalat 28.76Qarun Musanın qövmündən idi. Onlara qarşı həddini aşdı. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir dəstəyə belə ağır gəlirdi. Qövmü ona dedi: «Lovğalanma! Allah lovğalananları sevməz.إِنَّ قَارُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَinna qaruna kana min qavmi musa fabağa ‘alayhim vataynahu mina lkunuzi ma inna mafatihahu latanu’u bil‘usbati uli lquvvati iz qala lahu qavmuhu la tafrah inna llaha la yuhibbu lfarihinaƏhvalat 28.77Allahın sənə verdikləri ilə axirət yurdunu axtar, dünyadan payını da unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətmək istəmə. Allah fitnə-fəsad törədənləri sevməz».وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا ۖ وَأَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَvabtaği fima ataka llahu ddara laxirata vala tansa nasibaka mina ddunya va’ahsin kama ahsana llahu ilayka vala tabği lfasada fi l’ardi inna llaha la yuhibbu lmufsidinaƏhvalat 28.78Dedi: «Bu, mənə yalnız özümdə olan biliyə görə verilib». Məgər Allahın ondan əvvəlki nəsillərdən ondan daha güclü və daha çox sərvət toplamış kəsləri həlak etdiyini bilmirdimi? Günahkarlardan günahları soruşulmaz.قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ عِندِي ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِ مِنَ الْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا ۚ وَلَا يُسْأَلُ عَن ذُنُوبِهِمُ الْمُجْرِمُونَqala innama utituhu ‘ala ‘ilmin ‘indi avalam ya‘lam anna llaha qad ahlaka min qablihi mina lquruni man huva aşaddu minhu quvvatan va’aksaru cam‘an vala yus’alu ‘an zunubihimu lmucrimunaƏhvalat 28.79Zinətləri içində qövmünün qabağına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilənin bənzəri bizim də olaydı! O, doğrudan da, böyük pay sahibidir».فَخَرَجَ عَلَىٰ قَوْمِهِ فِي زِينَتِهِ ۖ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍfaxaraca ‘ala qavmihi fi zinatihi qala llazina yuriduna lhayata ddunya ya layta lana misla ma utiya qarunu innahu lazu hazzin ‘aziminƏhvalat 28.80Bilik verilənlər isə dedilər: «Vay halınıza! İman gətirib yaxşı iş görən kəs üçün Allahın mükafatı daha xeyirlidir. Buna ancaq səbir edənlər qovuşarlar».وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَvaqala llazina utu l‘ilma vaylakum savabu llahi xayrun lliman amana va‘amila salihan vala yulaqqaha illa ssabirunaƏhvalat 28.81Onu da, evini də yerə batırdıq. Allaha qarşı ona kömək edəcək heç bir dəstəsi olmadı. Özü də özünü qurtara bilmədi.فَخَسَفْنَا بِهِ وَبِدَارِهِ الْأَرْضَ فَمَا كَانَ لَهُ مِن فِئَةٍ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مِنَ الْمُنتَصِرِينَfaxasafna bihi vabidarihi l’arda fama kana lahu min fi’atin yansurunahu min duni llahi vama kana mina lmuntasirinaƏhvalat 28.82Dünən onun yerində olmağı arzulayanlar səhər deyirdilər: «Deməli, Allah qullarından istədiyinə bol ruzi verir, istədiyinə də az verir. Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Deməli, inkar edənlər nicat tapmazlar».وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ ۖ لَوْلَا أَن مَّنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَva’asbaha llazina tamannav makanahu bil’amsi yaquluna vayka’anna llaha yabsutu rrizqa liman yaşa’u min ‘ibadihi vayaqdiru lavla an mmanna llahu ‘alayna laxasafa bina vayka’annahu la yuflihu lkafirunaƏhvalat 28.83O axirət yurdunu yer üzündə üstünlük və fitnə-fəsad istəməyənlər üçün ayırırıq. Aqibət Allahdan çəkinənlərindir.تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَtilka ddaru laxiratu nac‘aluha lillazina la yuriduna ‘uluvvan fi l’ardi vala fasadan val‘aqibatu lilmuttaqinaƏhvalat 28.84Kim yaxşılıqla gəlsə, onun üçün bundan daha xeyirlisi var. Kim pisliklə gəlsə, pis iş görənlər yalnız etdiklərinin qarşılığını alacaqlar.مَن جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا ۖ وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى الَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ إِلَّا مَا كَانُوا يَعْمَلُونَman ca’a bilhasanati falahu xayrun mminha vaman ca’a bissayyi’ati fala yucza llazina ‘amilu ssayyi’ati illa ma kanu ya‘malunaƏhvalat 28.85Qur’anı sənə vacib edən səni mütləq dönüş yerinə qaytaracaq. De: «Rəbbim kimin doğru yol göstəricisi ilə gəldiyini və kimin açıq-aşkar azğınlıq içində olduğunu daha yaxşı bilir».إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُل رَّبِّي أَعْلَمُ مَن جَاءَ بِالْهُدَىٰ وَمَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍinna llazi farada ‘alayka lqurana laradduka ila ma‘adin qul rrabbi a‘lamu man ca’a bilhuda vaman huva fi dalalin mmubininƏhvalat 28.86Kitabın sənə veriləcəyini ummurdun. O, Rəbbindən bir mərhəmət olaraq verildi. Elə isə inkar edənlərə arxa durma.وَمَا كُنتَ تَرْجُو أَن يُلْقَىٰ إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِّلْكَافِرِينَvama kunta tarcu an yulqa ilayka lkitabu illa rahmatan mmin rrabbika fala takunanna zahiran llilkafirinaƏhvalat 28.87Allahın ayələri sənə endirildikdən sonra səni onlardan döndərməsinlər. Rəbbinə çağır və şərik qoşanlardan olma.وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَvala yasuddunnaka ‘an ayati llahi ba‘da iz unzilat ilayka vad‘u ila rabbika vala takunanna mina lmuşrikinaƏhvalat 28.88Allahla yanaşı başqa bir ilahı çağırma. Ondan başqa ilah yoxdur. Onun Üzü istisna olmaqla hər şey həlak olacaq. Hökm Onundur və Ona qaytarılacaqsınız.وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ ۘ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَvala tad‘u ma‘a llahi ilahan axara la ilaha illa huva kullu şay’in halikun illa vachahu lahu lhukmu va’ilayhi turca‘una