39. Zümrələr

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Zümrələr 39.1Kitab qüdrətli və hikmət sahibi Allahdan endirilmişdir.تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِtanzilu lkitabi mina llahi l‘azizi lhakimi
Zümrələr 39.2Biz Kitabı sənə haqq ilə endirdik. Elə isə dini yalnız Allaha məxsus tutaraq Ona qulluq et.إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَinna anzalna ilayka lkitaba bilhaqqi fa‘budi llaha muxlisan llahu ddina
Zümrələr 39.3Bilin ki, xalis din Allahındır. Ondan başqa himayədarlar tutanlar deyirlər: «Biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə qulluq edirik». İxtilafa düşdükləri məsələlərdə Allah onların arasında hökm verəcək. Allah yalançı və nankor kəsi doğru yola yönəltməz.أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌala lillahi ddinu lxalisu vallazina ttaxazu min dunihi avliya’a ma na‘buduhum illa liyuqarribuna ila llahi zulfa inna llaha yahkumu baynahum fi ma hum fihi yaxtalifuna inna llaha la yahdi man huva kazibun kaffarun
Zümrələr 39.4Allah övlad edinmək istəsəydi, yaratdıqları arasından istədiyini seçərdi. O, bundan uzaqdır. O, tək və hər şeyə hökm edən Allahdır.لَّوْ أَرَادَ اللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُlav arada llahu an yattaxiza valadan llastafa mimma yaxluqu ma yaşa’u subhanahu huva llahu lvahidu lqahharu
Zümrələr 39.5Göyləri və yeri haqq ilə yaratdı. Gecəni gündüzün üstünə, gündüzü də gecənin üstünə sarıyır. Günəşi və ayı Öz hökmünə tabe etdi. Hər biri müəyyən bir vaxta qədər axıb gedir. Bilin ki, O, qüdrətlidir, çox bağışlayandır.خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُxalaqa ssamavati val’arda bilhaqqi yukavviru llayla ‘ala nnahari vayukavviru nnahara ‘ala llayli vasaxxara şşamsa valqamara kullun yacri li’acalin mmusamman ala huva l‘azizu lğaffaru
Zümrələr 39.6Sizi bir candan yaratdı, sonra onun yoldaşını da ondan var etdi. Sizin üçün ev heyvanlarından səkkiz tay endirdi. Analarınızın bətnində, üç qaranlıq içində sizi mərhələ-mərhələ yaradır. Budur Rəbbiniz Allah. Hökmranlıq Onundur. Ondan başqa ilah yoxdur. Elə isə necə döndərilirsiniz?خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ ۚ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِّن بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَxalaqakum mmin nnafsin vahidatin summa ca‘ala minha zavcaha va’anzala lakum mmina l’an‘ami samaniyata azvacin yaxluqukum fi butuni ummahatikum xalqan mmin ba‘di xalqin fi zulumatin salasin zalikumu llahu rabbukum lahu lmulku la ilaha illa huva fa’anna tusrafuna
Zümrələr 39.7İnkar etsəniz, Allahın sizə ehtiyacı yoxdur. O, qullarının inkarına razı olmaz. Şükür etsəniz, bundan razı qalar. Yük daşıyan heç kəs başqasının yükünü daşımaz. Sonra Rəbbinizə dönəcəksiniz. O, etdiklərinizi sizə xəbər verəcək. O, kökslərdə olanı bilir.إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِin takfuru fa’inna llaha ğaniyyun ‘ankum vala yarda li‘ibadihi lkufra va’in taşkuru yardahu lakum vala taziru vaziratun vizra uxra summa ila rabbikum mmarci‘ukum fayunabbi’ukum bima kuntum ta‘maluna innahu ‘alimun bizati ssuduri
Zümrələr 39.8İnsana bir zərər toxunanda Rəbbinə üz tutub dua edir. Sonra Rəbbi ona Öz qatından bir nemət bəxş edəndə əvvəl nə üçün dua etdiyini unudur və Onun yolundan azdırmaq üçün Allaha taylar qoşur. De: «İnkarınla bir az da kef sür. Sən od əhlindənsən».وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِva’iza massa l’insana durrun da‘a rabbahu muniban ilayhi summa iza xavvalahu ni‘matan mminhu nasiya ma kana yad‘u ilayhi min qablu vaca‘ala lillahi andadan lliyudilla ‘an sabilihi qul tamatta‘ bikufrika qalilan innaka min ashabi nnari
Zümrələr 39.9Bəs gecənin saatlarında səcdə edərək və ayaq üstə duraraq itaət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətini uman kəs necə? De: «Bilənlərlə bilməyənlər bir olarmı?» Yalnız ağıl sahibləri öyüd alarlar.أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِamman huva qanitun ana’a llayli sacidan vaqa’iman yahzaru laxirata vayarcu rahmata rabbihi qul hal yastavi llazina ya‘lamuna vallazina la ya‘lamuna innama yatazakkaru ulu l’albabi
Zümrələr 39.10De: «Ey iman gətirən qullarım! Rəbbinizə qarşı təqvalı olun. Bu dünyada yaxşılıq edənlərə yaxşılıq var. Allahın yeri genişdir. Səbir edənlərin mükafatı hesabsız veriləcək».قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍqul ya ‘ibadi llazina amanu ttaqu rabbakum lillazina ahsanu fi hazihi ddunya hasanatun va’ardu llahi vasi‘atun innama yuvaffa ssabiruna acrahum biğayri hisabin
Zümrələr 39.11De: «Mənə dini yalnız Allaha məxsus tutaraq Ona qulluq etmək əmr olundu.قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَqul inni umirtu an a‘buda llaha muxlisan llahu ddina
Zümrələr 39.12Müsəlmanların ilki olmaq da mənə əmr olundu».وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَva’umirtu li’an akuna avvala lmuslimina
Zümrələr 39.13De: «Rəbbimə asi olsam, böyük bir günün əzabından qorxuram».قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍqul inni axafu in ‘asaytu rabbi ‘azaba yavmin ‘azimin
Zümrələr 39.14De: «Dinimi yalnız Ona məxsus tutaraq Allaha qulluq edirəm».قُلِ اللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُ دِينِيquli llaha a‘budu muxlisan llahu dini
Zümrələr 39.15Siz də Ondan başqa istədiyinizə qulluq edin. De: «Uduzanlar qiyamət günü özlərini və ailələrini itirənlərdir. Bilin ki, açıq-aşkar itki budur».فَاعْبُدُوا مَا شِئْتُم مِّن دُونِهِ ۗ قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُfa‘budu ma şi’tum mmin dunihi qul inna lxasirina llazina xasiru anfusahum va’ahlihim yavma lqiyamati ala zalika huva lxusranu lmubinu
Zümrələr 39.16Onların üstündə oddan kölgəliklər, altında da kölgəliklər var. Allah qullarını bununla qorxudur: «Ey qullarım! Mənə qarşı təqvalı olun».لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ النَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ ۚ ذَٰلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ ۚ يَا عِبَادِ فَاتَّقُونِlahum mmin favqihim zulalun mmina nnari vamin tahtihim zulalun zalika yuxavvifu llahu bihi ‘ibadahu ya ‘ibadi fattaquni
Zümrələr 39.17Tağuta qulluq etməkdən çəkinib Allaha üz tutanlara müjdə var. Qullarıma müjdə ver.وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِvallazina ctanabu ttağuta an ya‘buduha va’anabu ila llahi lahumu lbuşra fabaşşir ‘ibadi
Zümrələr 39.18Onlar sözü dinləyib onun ən gözəlinə uyarlar. Allahın doğru yola yönəltdiyi kəslər onlardır. Ağıl sahibləri də onlardır.الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ ۚ أُولَـٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ ۖ وَأُولَـٰئِكَ هُمْ أُولُو الْأَلْبَابِallazina yastami‘una lqavla fayattabi‘una ahsanahu ula’ika llazina hadahumu llahu va’ula’ika hum ulu l’albabi
Zümrələr 39.19Haqqında əzab hökmü qüvvəyə minən kəsi sənmi qurtaracaqsan? Od içində olanı sənmi qurtaracaqsan?أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ الْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي النَّارِafaman haqqa ‘alayhi kalimatu l‘azabi afa’anta tunqizu man fi nnari
Zümrələr 39.20Rəbbinə qarşı təqvalı olanlar üçün isə altından çaylar axan, üst-üstə tikilmiş otaqlar var. Bu, Allahın vədidir. Allah vədindən dönməz.لَـٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَlakini llazina ttaqav rabbahum lahum ğurafun mmin favqiha ğurafun mmabniyyatun tacri min tahtiha l’anharu va‘da llahi la yuxlifu llahu lmi‘ada
Zümrələr 39.21Görmədinmi ki, Allah göydən su endirdi, onu yerin içindəki bulaqlara axıtdı, sonra onunla müxtəlif rəngli əkinlər bitirdi? Sonra əkin quruyur, onu saralmış görürsən. Sonra onu qırıntıya çevirir. Bunda ağıl sahibləri üçün xatırlatma var.أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُّخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِalam tara anna llaha anzala mina ssama’i ma’an fasalakahu yanabi‘a fi l’ardi summa yuxricu bihi zar‘an mmuxtalifan alvanuhu summa yahicu fatarahu musfarran summa yac‘aluhu hutaman inna fi zalika lazikra li’uli l’albabi
Zümrələr 39.22Bəs Allahın köksünü İslama açdığı və Rəbbindən bir nur üzərində olan kəs necə? Allahı anmağa qarşı ürəkləri sərtləşənlərin vay halına! Onlar açıq-aşkar azğınlıq içindədirlər.أَفَمَن شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِ ۚ فَوَيْلٌ لِّلْقَاسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ اللَّهِ ۚ أُولَـٰئِكَ فِي ضَلَالٍ مُّبِينٍafaman şaraha llahu sadrahu lil’islami fahuva ‘ala nurin mmin rrabbihi favaylun llilqasiyati qulubuhum mmin zikri llahi ula’ika fi dalalin mmubinin
Zümrələr 39.23Allah sözün ən gözəlini, hissələri bir-birinə bənzəyən və təkrarlanan bir kitab olaraq endirdi. Rəbbindən qorxanların dərisi ondan ürpəşir. Sonra dəriləri də, ürəkləri də Allahı anmaqla yumşalır. Bu, Allahın göstərdiyi doğru yoldur. Allah onunla istədiyini doğru yola yönəldir. Allah kimi azdırsa, ona yol göstərən olmaz.اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَن يَشَاءُ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍallahu nazzala ahsana lhadisi kitaban mmutaşabihan mmasaniya taqşa‘irru minhu culudu llazina yaxşavna rabbahum summa talinu culuduhum vaqulubuhum ila zikri llahi zalika huda llahi yahdi bihi man yaşa’u vaman yudlili llahu fama lahu min hadin
Zümrələr 39.24Bəs qiyamət günü dəhşətli əzabdan üzü ilə qorunmağa çalışan kəs necə? Zalımlara deyiləcək: «Qazandıqlarınızı dadın».أَفَمَن يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنتُمْ تَكْسِبُونَafaman yattaqi bivachihi su’a l‘azabi yavma lqiyamati vaqila lizzalimina zuqu ma kuntum taksibuna
Zümrələr 39.25Onlardan əvvəlkilər də yalan saydılar. Əzab onlara heç duymadıqları yerdən gəldi.كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَkazzaba llazina min qablihim fa’atahumu l‘azabu min haysu la yaş‘uruna
Zümrələr 39.26Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər!فَأَذَاقَهُمُ اللَّهُ الْخِزْيَ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَfa’azaqahumu llahu lxizya fi lhayati ddunya vala‘azabu laxirati akbaru lav kanu ya‘lamuna
Zümrələr 39.27Biz bu Qur’anda insanlar üçün hər cür misal çəkdik ki, öyüd alsınlar.وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَـٰذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَvalaqad darabna linnasi fi haza lqurani min kulli masalin lla‘allahum yatazakkaruna
Zümrələr 39.28Bu, heç bir əyriliyi olmayan ərəbcə bir Qur’andır ki, təqvalı olsunlar.قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَquranan ‘arabiyyan ğayra zi ‘ivacin lla‘allahum yattaquna
Zümrələr 39.29Allah bir misal çəkir: bir-biri ilə çəkişən ortaqlara məxsus bir kəslə yalnız bir nəfərə məxsus olan başqa bir kəs. Bu ikisinin halı bir olarmı? Həmd Allaha məxsusdur. Lakin onların çoxu bilmir.ضَرَبَ اللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَاءُ مُتَشَاكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَdaraba llahu masalan rraculan fihi şuraka’u mutaşakisuna varaculan salaman lliraculin hal yastaviyani masalani lhamdu lillahi bal aksaruhum la ya‘lamuna
Zümrələr 39.30Sən də öləcəksən, onlar da öləcəklər.إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَinnaka mayyitun va’innahum mmayyituna
Zümrələr 39.31Sonra qiyamət günü Rəbbinizin hüzurunda çəkişəcəksiniz.ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَsumma innakum yavma lqiyamati ‘inda rabbikum taxtasimuna
Zümrələr 39.32Allah haqqında yalan danışandan və doğru söz ona çatanda onu yalan sayandan daha zalım kim ola bilər? Cəhənnəmdə inkar edənlərə yer yoxdurmu?فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَfaman azlamu mimman kazaba ‘ala llahi vakazzaba bissidqi iz ca’ahu alaysa fi cahannama masvan llilkafirina
Zümrələr 39.33Doğru sözü gətirənlər və onu təsdiqləyənlər təqva sahibləridir.وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَـٰئِكَ هُمُ الْمُتَّقُونَvallazi ca’a bissidqi vasaddaqa bihi ula’ika humu lmuttaquna
Zümrələr 39.34Rəbblərinin yanında istədikləri hər şey onlarındır. Yaxşılıq edənlərin qarşılığı budur.لَهُم مَّا يَشَاءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَlahum mma yaşa’una ‘inda rabbihim zalika caza’u lmuhsinina
Zümrələr 39.35Allah etdiklərinin ən pisini örtsün və onlara etdiklərinin ən gözəlinə görə mükafat versin deyə.لِيُكَفِّرَ اللَّهُ عَنْهُمْ أَسْوَأَ الَّذِي عَمِلُوا وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَliyukaffira llahu ‘anhum asva’a llazi ‘amilu vayacziyahum acrahum bi’ahsani llazi kanu ya‘maluna
Zümrələr 39.36Allah Öz quluna yetməzmi? Onlar səni Allahdan başqaları ilə qorxudurlar. Allah kimi azdırsa, ona yol göstərən olmaz.أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ ۖ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِن دُونِهِ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍalaysa llahu bikafin ‘abdahu vayuxavvifunaka billazina min dunihi vaman yudlili llahu fama lahu min hadin
Zümrələr 39.37Allah kimi doğru yola yönəltsə, onu azdıran olmaz. Məgər Allah qüdrətli və intiqam sahibi deyilmi?وَمَن يَهْدِ اللَّهُ فَمَا لَهُ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انتِقَامٍvaman yahdi llahu fama lahu min mmudillin alaysa llahu bi‘azizin zi ntiqamin
Zümrələr 39.38Onlardan «Göyləri və yeri kim yaradıb?» deyə soruşsan, mütləq «Allah» deyəcəklər. De: «Allahdan başqa çağırdıqlarınıza baxın. Allah mənə bir zərər yetirmək istəsə, onlar Onun yetirdiyi zərəri aradan qaldıra bilərlərmi? Mənə mərhəmət göstərmək istəsə, Onun mərhəmətinə mane ola bilərlərmi?» De: «Mənə Allah yetər. Təvəkkül edənlər Ona təvəkkül edərlər».وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلْ أَفَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ ۚ قُلْ حَسْبِيَ اللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَvala’in sa’altahum mman xalaqa ssamavati val’arda layaqulunna llahu qul afara’aytum mma tad‘una min duni llahi in aradaniya llahu bidurrin hal hunna kaşifatu durrihi av aradani birahmatin hal hunna mumsikatu rahmatihi qul hasbiya llahu ‘alayhi yatavakkalu lmutavakkiluna
Zümrələr 39.39De: «Ey qövmüm! Öz halınıza uyğun iş görün. Mən də işimi görürəm. Tezliklə biləcəksiniz,قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَqul ya qavmi ‘malu ‘ala makanatikum inni ‘amilun fasavfa ta‘lamuna
Zümrələr 39.40kimi rüsvay edəcək əzabın yaxalayacağını və kimin üzərinə davamlı əzabın enəcəyini».مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌman ya’tihi ‘azabun yuxzihi vayahillu ‘alayhi ‘azabun mmuqimun
Zümrələr 39.41Biz Kitabı sənə insanlar üçün haqq ilə endirdik. Kim doğru yola gəlsə, öz xeyrinədir. Kim azsa, yalnız öz zərərinə azar. Sən onların vəkili deyilsən.إِنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ ۖ فَمَنِ اهْتَدَىٰ فَلِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍinna anzalna ‘alayka lkitaba linnasi bilhaqqi famani htada falinafsihi vaman dalla fa’innama yadillu ‘alayha vama anta ‘alayhim bivakilin
Zümrələr 39.42Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə yuxuda alır. Ölümünə hökm verdiklərini saxlayır, o birilərini müəyyən bir vaxta qədər buraxır. Bunda düşünən bir qövm üçün dəlillər var.اللَّهُ يَتَوَفَّى الْأَنفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ فَيُمْسِكُ الَّتِي قَضَىٰ عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَىٰ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَallahu yatavaffa l’anfusa hina mavtiha vallati lam tamut fi manamiha fayumsiku llati qada ‘alayha lmavta vayursilu l’uxra ila acalin mmusamman inna fi zalika layatin lliqavmin yatafakkaruna
Zümrələr 39.43Yoxsa Allahdan başqa şəfaətçilər tutublar? De: «Onlar heç nəyə sahib olmasalar və düşünməsələr də?»أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَami ttaxazu min duni llahi şufa‘a’a qul avalav kanu la yamlikuna şay’an vala ya‘qiluna
Zümrələr 39.44De: «Şəfaət bütünlüklə Allahındır. Göylərin və yerin hökmranlığı Onundur. Sonra Ona qaytarılacaqsınız».قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَqul llillahi şşafa‘atu cami‘an llahu mulku ssamavati val’ardi summa ilayhi turca‘una
Zümrələr 39.45Yalnız Allahın adı çəkiləndə axirətə iman gətirməyənlərin ürəkləri iyrənib daralır. Ondan başqalarının adı çəkiləndə isə dərhal sevinirlər.وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ ۖ وَإِذَا ذُكِرَ الَّذِينَ مِن دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَva’iza zukira llahu vahdahu şma’azzat qulubu llazina la yu’minuna bilaxirati va’iza zukira llazina min dunihi iza hum yastabşiruna
Zümrələr 39.46De: «Ey göyləri və yeri yaradan, qeybi və görünəni bilən Allahım! Qullarının ixtilafa düşdükləri məsələlərdə onların arasında Sən hökm verəcəksən».قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَquli llahumma fatira ssamavati val’ardi ‘alima lğaybi vaşşahadati anta tahkumu bayna ‘ibadika fi ma kanu fihi yaxtalifuna
Zümrələr 39.47Yer üzündə nə varsa hamısı və bir o qədəri də zülm edənlərin olsaydı, qiyamət günü dəhşətli əzabdan qurtulmaq üçün onu fidyə verərdilər. Allah tərəfindən onlara heç ummadıqları şeylər üzə çıxacaq.وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِن سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَبَدَا لَهُم مِّنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَvalav anna lillazina zalamu ma fi l’ardi cami‘an vamislahu ma‘ahu laftadav bihi min su’i l‘azabi yavma lqiyamati vabada lahum mmina llahi ma lam yakunu yahtasibuna
Zümrələr 39.48Qazandıqlarının pis nəticələri onlara görünəcək və ələ saldıqları şey onları bürüyəcək.وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَvabada lahum sayyi’atu ma kasabu vahaqa bihim mma kanu bihi yastahzi’una
Zümrələr 39.49İnsana bir zərər toxunanda Bizə dua edir. Sonra ona Öz qatımızdan bir nemət bəxş edəndə deyir: «Bu, mənə yalnız bilik sayəsində verilib». Əslində bu, bir sınaqdır, lakin onların çoxu bilmir.فَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ ۚ بَلْ هِيَ فِتْنَةٌ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَfa’iza massa l’insana durrun da‘ana summa iza xavvalnahu ni‘matan mminna qala innama utituhu ‘ala ‘ilmin bal hiya fitnatun valakinna aksarahum la ya‘lamuna
Zümrələr 39.50Onlardan əvvəlkilər də bunu demişdilər. Qazandıqları onlara fayda vermədi.قَدْ قَالَهَا الَّذِينَ مِن قَبْلِهِمْ فَمَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَqad qalaha llazina min qablihim fama ağna ‘anhum mma kanu yaksibuna
Zümrələr 39.51Qazandıqlarının pis nəticələri onları yaxaladı. Bunlardan zülm edənləri də qazandıqlarının pis nəticələri yaxalayacaq. Onlar qarşısını ala bilməzlər.فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا ۚ وَالَّذِينَ ظَلَمُوا مِنْ هَـٰؤُلَاءِ سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُم بِمُعْجِزِينَfa’asabahum sayyi’atu ma kasabu vallazina zalamu min ha’ula’i sayusibuhum sayyi’atu ma kasabu vama hum bimu‘cizina
Zümrələr 39.52Bilmirlərmi ki, Allah istədiyinin ruzisini genişləndirər, istədiyininkini daraldar? Bunda iman gətirən bir qövm üçün ayələr var.أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَavalam ya‘lamu anna llaha yabsutu rrizqa liman yaşa’u vayaqdiru inna fi zalika layatin lliqavmin yu’minuna
Zümrələr 39.53De: «Ey özlərinə qarşı həddi aşmış qullarım! Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayır. O, çox bağışlayandır, mərhəmətlidir».قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُqul ya ‘ibadiya llazina asrafu ‘ala anfusihim la taqnatu min rrahmati llahi inna llaha yağfiru zzunuba cami‘an innahu huva lğafuru rrahimu
Zümrələr 39.54Rəbbinizə üz tutun, əzab sizə gəlməmiş Ona təslim olun. Sonra sizə kömək edilməz.وَأَنِيبُوا إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَva’anibu ila rabbikum va’aslimu lahu min qabli an ya’tiyakumu l‘azabu summa la tunsaruna
Zümrələr 39.55Siz heç xəbər tutmadan əzab qəfil gəlməmiş Rəbbinizdən sizə endirilənin ən gözəlinə uyun.وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنتُمْ لَا تَشْعُرُونَvattabi‘u ahsana ma unzila ilaykum mmin rrabbikum mmin qabli an ya’tiyakumu l‘azabu bağtatan va’antum la taş‘uruna
Zümrələr 39.56Yoxsa bir kəs deyər: «Allah qarşısında etdiyim səhlənkarlığa görə vay halıma! Mən, doğrudan da, ələ salanlardan idim».أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَan taqula nafsun ya hasrata ‘ala ma farrattu fi canbi llahi va’in kuntu lamina ssaxirina
Zümrələr 39.57Yaxud deyər: «Allah məni doğru yola yönəltsəydi, mən də təqva sahiblərindən olardım».أَوْ تَقُولَ لَوْ أَنَّ اللَّهَ هَدَانِي لَكُنتُ مِنَ الْمُتَّقِينَav taqula lav anna llaha hadani lakuntu mina lmuttaqina
Zümrələr 39.58Yaxud əzabı görəndə deyər: «Kaş geri dönə biləydim, yaxşılıq edənlərdən olaydım».أَوْ تَقُولَ حِينَ تَرَى الْعَذَابَ لَوْ أَنَّ لِي كَرَّةً فَأَكُونَ مِنَ الْمُحْسِنِينَav taqula hina tara l‘azaba lav anna li karratan fa’akuna mina lmuhsinina
Zümrələr 39.59Xeyr, ayələrim sənə gəldi. Sən onları yalan saydın, təkəbbür göstərdin və inkar edənlərdən oldun.بَلَىٰ قَدْ جَاءَتْكَ آيَاتِي فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنتَ مِنَ الْكَافِرِينَbala qad ca’atka ayati fakazzabta biha vastakbarta vakunta mina lkafirina
Zümrələr 39.60Qiyamət günü Allah haqqında yalan danışanların üzlərinin qaraldığını görəcəksən. Cəhənnəmdə təkəbbür göstərənlərə yer yoxdurmu?وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُوا عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَvayavma lqiyamati tara llazina kazabu ‘ala llahi vucuhuhum mmusvaddatun alaysa fi cahannama masvan llilmutakabbirina
Zümrələr 39.61Allah təqva sahiblərini qazandıqları uğurla qurtaracaq. Onlara pislik toxunmaz və onlar kədərlənməzlər.وَيُنَجِّي اللَّهُ الَّذِينَ اتَّقَوْا بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ السُّوءُ وَلَا هُمْ يَحْزَنُونَvayunacci llahu llazina ttaqav bimafazatihim la yamassuhumu ssu’u vala hum yahzanuna
Zümrələr 39.62Allah hər şeyin yaradıcısıdır. O, hər şeyə vəkildir.اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌallahu xaliqu kulli şay’in vahuva ‘ala kulli şay’in vakilun
Zümrələr 39.63Göylərin və yerin açarları Onundur. Allahın ayələrini inkar edənlər uduzanlardır.لَّهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَlahu maqalidu ssamavati val’ardi vallazina kafaru biayati llahi ula’ika humu lxasiruna
Zümrələr 39.64De: «Ey cahillər! Mənə Allahdan başqasına qulluq etməyi əmr edirsiniz?»قُلْ أَفَغَيْرَ اللَّهِ تَأْمُرُونِّي أَعْبُدُ أَيُّهَا الْجَاهِلُونَqul afağayra llahi ta’murunni a‘budu ayyuha lcahiluna
Zümrələr 39.65Sənə də, səndən əvvəlkilərə də vəhy olundu: «Allaha şərik qoşsan, əməlin mütləq boşa çıxar və sən uduzanlardan olarsan».وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَvalaqad uhiya ilayka va’ila llazina min qablika la’in aşrakta layahbatanna ‘amaluka valatakunanna mina lxasirina
Zümrələr 39.66Yalnız Allaha qulluq et və şükür edənlərdən ol.بَلِ اللَّهَ فَاعْبُدْ وَكُن مِّنَ الشَّاكِرِينَbali llaha fa‘bud vakun mmina şşakirina
Zümrələr 39.67Onlar Allahı layiqincə dəyərləndirmədilər. Qiyamət günü bütün yer üzü Onun ovcunda olacaq, göylər də Onun sağ əli ilə büküləcək. O, onların qoşduqları şəriklərdən uzaq və ucadır.وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَvama qadaru llaha haqqa qadrihi val’ardu cami‘an qabdatuhu yavma lqiyamati vassamavatu matviyyatun biyaminihi subhanahu vata‘ala ‘amma yuşrikuna
Zümrələr 39.68Sura üfürüləcək. Allahın istədiklərindən başqa göylərdə və yerdə olan hər kəs huşunu itirəcək. Sonra ona bir daha üfürüləcək. Bir də görəcəksən ki, onlar ayağa qalxıb baxırlar.وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاءَ اللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَvanufixa fi ssuri fasa‘iqa man fi ssamavati vaman fi l’ardi illa man şa’a llahu summa nufixa fihi uxra fa’iza hum qiyamun yanzuruna
Zümrələr 39.69Yer Rəbbinin nuru ilə işıqlanacaq. Kitab qoyulacaq, nəbilər və şahidlər gətiriləcək. Aralarında haqq ilə hökm veriləcək, onlara haqsızlıq edilməyəcək.وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَva’aşraqati l’ardu binuri rabbiha vavudi‘a lkitabu vaci’a binnabiyyina vaşşuhada’i vaqudiya baynahum bilhaqqi vahum la yuzlamuna
Zümrələr 39.70Hər kəsə etdiyinin qarşılığı tam veriləcək. O, onların nə etdiklərini daha yaxşı bilir.وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَvavuffiyat kullu nafsin mma ‘amilat vahuva a‘lamu bima yaf‘aluna
Zümrələr 39.71İnkar edənlər dəstə-dəstə Cəhənnəmə sürüləcəklər. Oraya çatanda qapıları açılacaq və gözətçiləri deyəcəklər: «İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan və sizi bu gününüzlə qarşılaşacağınız barədə xəbərdar edən elçilər gəlmədimi?» Onlar: «Bəli, gəldilər», deyəcəklər. Lakin əzab hökmü inkar edənlər üçün gerçəkləşdi.وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا بَلَىٰ وَلَـٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَvasiqa llazina kafaru ila cahannama zumaran hatta iza ca’uha futihat abvabuha vaqala lahum xazanatuha alam ya’tikum rusulun mminkum yatluna ‘alaykum ayati rabbikum vayunzirunakum liqa’a yavmikum haza qalu bala valakin haqqat kalimatu l‘azabi ‘ala lkafirina
Zümrələr 39.72Deyiləcək: «Cəhənnəmin qapılarından girin, orada əbədi qalacaqsınız». Təkəbbür göstərənlərin qalacağı yer necə də pisdir!قِيلَ ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَqila dxulu abvaba cahannama xalidina fiha fabi’sa masva lmutakabbirina
Zümrələr 39.73Rəbbinə qarşı təqvalı olanlar da dəstə-dəstə Cənnətə aparılacaqlar. Oraya çatanda qapıları açılacaq və gözətçiləri deyəcəklər: «Sizə salam olsun! Tərtəmiz oldunuz. Əbədi qalmaq üçün oraya girin».وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَvasiqa llazina ttaqav rabbahum ila lcannati zumaran hatta iza ca’uha vafutihat abvabuha vaqala lahum xazanatuha salamun ‘alaykum tibtum fadxuluha xalidina
Zümrələr 39.74Onlar deyəcəklər: «Bizə verdiyi vədi yerinə yetirən və bizi yer üzünə varis edən Allaha həmd olsun. Cənnətdə istədiyimiz yerdə məskən salırıq». Əməl edənlərin mükafatı necə də gözəldir!وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَنَا وَعْدَهُ وَأَوْرَثَنَا الْأَرْضَ نَتَبَوَّأُ مِنَ الْجَنَّةِ حَيْثُ نَشَاءُ ۖ فَنِعْمَ أَجْرُ الْعَامِلِينَvaqalu lhamdu lillahi llazi sadaqana va‘dahu va’avrasana l’arda natabavva’u mina lcannati haysu naşa’u fani‘ma acru l‘amilina
Zümrələr 39.75Mələkləri Ərşi dövrəyə alıb Rəbbinə həmd edərək Onu təsbih etdiklərini görəcəksən. Aralarında haqq ilə hökm veriləcək və deyiləcək: «Həmd aləmlərin Rəbbi Allaha məxsusdur».وَتَرَى الْمَلَائِكَةَ حَافِّينَ مِنْ حَوْلِ الْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَقِيلَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَvatara lmala’ikata haffina min havli l‘arşi yusabbihuna bihamdi rabbihim vaqudiya baynahum bilhaqqi vaqila lhamdu lillahi rabbi l‘alamina