49. Otaqlar

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Otaqlar 49.1Ey iman gətirənlər! Allahın və elçisinin önünə keçməyin. Allaha qarşı təqvalı olun. Allah eşidəndir, biləndir.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌya ayyuha llazina amanu la tuqaddimu bayna yadayi llahi varasulihi vattaqu llaha inna llaha sami‘un ‘alimun
Otaqlar 49.2Ey iman gətirənlər! Səsinizi nəbinin səsindən yuxarı qaldırmayın, bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın. Yoxsa özünüz də bilmədən əməlləriniz boşa çıxar.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَya ayyuha llazina amanu la tarfa‘u asvatakum favqa savti nnabiyyi vala tacharu lahu bilqavli kacahri ba‘dikum liba‘din an tahbata a‘malukum va’antum la taş‘uruna
Otaqlar 49.3Allahın elçisinin yanında səslərini alçaldanlar Allahın ürəklərini təqva üçün sınadığı kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat var.إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِندَ رَسُولِ اللَّهِ أُولَـٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌinna llazina yağudduna asvatahum ‘inda rasuli llahi ula’ika llazina mtahana llahu qulubahum littaqva lahum mmağfiratun va’acrun ‘azimun
Otaqlar 49.4Sənə otaqların arxasından səslənənlərin çoxu düşünüb anlamır.إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِن وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَinna llazina yunadunaka min vara’i lhucurati aksaruhum la ya‘qiluna
Otaqlar 49.5Sən onların yanına çıxana qədər səbir etsəydilər, bu, onlar üçün daha xeyirli olardı. Allah çox bağışlayandır, mərhəmətlidir.وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌvalav annahum sabaru hatta taxruca ilayhim lakana xayran llahum vallahu ğafurun rrahimun
Otaqlar 49.6Ey iman gətirənlər! Yoldan çıxmış bir kəs sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə zərər yetirər, sonra etdiyinizə peşman olarsınız.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَya ayyuha llazina amanu in ca’akum fasiqun binaba’in fatabayyanu an tusibu qavman bicahalatin fatusbihu ‘ala ma fa‘altum nadimina
Otaqlar 49.7Bilin ki, Allahın elçisi aranızdadır. Bir çox işdə sizə uysaydı, çətinliyə düşərdiniz. Lakin Allah imanı sizə sevdirdi, onu ürəklərinizdə gözəlləşdirdi, inkarı, yoldan çıxmağı və itaətsizliyi sizə çirkin göstərdi. Doğru yolda olanlar məhz onlardır.وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِّنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَـٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَـٰئِكَ هُمُ الرَّاشِدُونَva‘lamu anna fikum rasula llahi lav yuti‘ukum fi kasirin mmina l’amri la‘anittum valakinna llaha habbaba ilaykumu l’imana vazayyanahu fi qulubikum vakarraha ilaykumu lkufra valfusuqa val‘isyana ula’ika humu rraşiduna
Otaqlar 49.8Bu, Allahdan bir lütf və nemətdir. Allah biləndir, hikmət sahibidir.فَضْلًا مِّنَ اللَّهِ وَنِعْمَةً ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌfadlan mmina llahi vani‘matan vallahu ‘alimun hakimun
Otaqlar 49.9Möminlərdən iki dəstə bir-biri ilə döyüşsə, aralarını düzəldin. Biri o birinə hücum etsə, hücum edən dəstə Allahın əmrinə qayıdana qədər onunla döyüşün. Qayıtsa, aralarını ədalətlə düzəldin və ədalətli olun. Allah ədalətli davrananları sevər.وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِن فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَva’in ta’ifatani mina lmu’minina qtatalu fa’aslihu baynahuma fa’in bağat ihdahuma ‘ala l’uxra faqatilu llati tabği hatta tafi’a ila amri llahi fa’in fa’at fa’aslihu baynahuma bil‘adli va’aqsitu inna llaha yuhibbu lmuqsitina
Otaqlar 49.10Möminlər qardaşdırlar. Elə isə iki qardaşınızın arasını düzəldin və Allaha qarşı təqvalı olun ki, sizə mərhəmət göstərilsin.إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَinnama lmu’minuna ixvatun fa’aslihu bayna axavaykum vattaqu llaha la‘allakum turhamuna
Otaqlar 49.11Ey iman gətirənlər! Bir qövm o biri qövmü ələ salmasın, bəlkə də, ələ salınanlar onlardan daha xeyirlidirlər. Qadınlar da başqa qadınları ələ salmasınlar, bəlkə də, ələ salınanlar onlardan daha xeyirlidirlər. Bir-birinizi qınamayın, bir-birinizi pis ləqəblərlə çağırmayın. İmandan sonra «yoldan çıxmış» adı nə pisdir! Tövbə etməyənlər zalımlardır.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰ أَن يَكُونُوا خَيْرًا مِّنْهُمْ وَلَا نِسَاءٌ مِّن نِّسَاءٍ عَسَىٰ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَya ayyuha llazina amanu la yasxar qavmun mmin qavmin ‘asa an yakunu xayran mminhum vala nisa’un mmin nnisa’in ‘asa an yakunna xayran mminhunna vala talmizu anfusakum vala tanabazu bil’alqabi bi’sa lismu lfusuqu ba‘da l’imani vaman llam yatub fa’ula’ika humu zzalimuna
Otaqlar 49.12Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin, çünki bəzi zənlər günahdır. Bir-birinizin gizli işlərini araşdırmayın və bir-birinizin qeybətini etməyin. Sizdən biri ölmüş qardaşının ətini yemək istəyərmi? Bundan iyrənirsiniz. Allaha qarşı təqvalı olun. Allah tövbələri çox qəbul edəndir, mərhəmətlidir.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌya ayyuha llazina amanu ctanibu kasiran mmina zzanni inna ba‘da zzanni ismun vala tacassasu vala yağtab bba‘dukum ba‘dan ayuhibbu ahadukum an ya’kula lahma axihi maytan fakarihtumuhu vattaqu llaha inna llaha tavvabun rrahimun
Otaqlar 49.13Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən dəyərliniz ən təqvalı olanınızdır. Allah biləndir, xəbərdardır.يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌya ayyuha nnasu inna xalaqnakum mmin zakarin va’unsa vaca‘alnakum şu‘uban vaqaba’ila lita‘arafu inna akramakum ‘inda llahi atqakum inna llaha ‘alimun xabirun
Otaqlar 49.14Bədəvilər «İman gətirdik» dedilər. De: «Siz iman gətirmədiniz. “Təslim olduq” deyin. İman hələ ürəklərinizə girməyib. Allaha və elçisinə itaət etsəniz, əməllərinizdən heç nəyi əskiltməz. Allah çox bağışlayandır, mərhəmətlidir».قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُل لَّمْ تُؤْمِنُوا وَلَـٰكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌqalati l’a‘rabu amanna qul llam tu’minu valakin qulu aslamna valamma yadxuli l’imanu fi qulubikum va’in tuti‘u llaha varasulahu la yalitkum mmin a‘malikum şay’an inna llaha ğafurun rrahimun
Otaqlar 49.15Möminlər yalnız Allaha və elçisinə iman gətirib sonra şübhəyə düşməyən, malları və canları ilə Allah yolunda cihad edən kəslərdir. Doğru danışanlar məhz onlardır.إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ ۚ أُولَـٰئِكَ هُمُ الصَّادِقُونَinnama lmu’minuna llazina amanu billahi varasulihi summa lam yartabu vacahadu bi’amvalihim va’anfusihim fi sabili llahi ula’ika humu ssadiquna
Otaqlar 49.16De: «Dininizi Allahamı öyrədirsiniz? Halbuki Allah göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyi bilir».قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌqul atu‘allimuna llaha bidinikum vallahu ya‘lamu ma fi ssamavati vama fi l’ardi vallahu bikulli şay’in ‘alimun
Otaqlar 49.17Təslim olmalarını sənə minnət bilirlər. De: «Təslim olmağınızı mənə minnət bilməyin. Doğru danışırsınızsa, bilin ki, sizi imana yönəltməklə Allah sizə lütf edib».يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا ۖ قُل لَّا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُم ۖ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِن كُنتُمْ صَادِقِينَyamunnuna ‘alayka an aslamu qul lla tamunnu ‘alayya islamakum bali llahu yamunnu ‘alaykum an hadakum lil’imani in kuntum sadiqina
Otaqlar 49.18Allah göylərin və yerin qeybini bilir. Allah etdiklərinizi görür.إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَinna llaha ya‘lamu ğayba ssamavati val’ardi vallahu basirun bima ta‘maluna