56. Vaqiə

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Vaqiə 56.1Baş verəcək olan baş verəndə,إِذَا وَقَعَتِ الْوَاقِعَةُiza vaqa‘ati lvaqi‘atu
Vaqiə 56.2onun baş verdiyini yalan sayan olmayacaq.لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌlaysa livaq‘atiha kazibatun
Vaqiə 56.3O, alçaldacaq və ucaldacaq.خَافِضَةٌ رَّافِعَةٌxafidatun rrafi‘atun
Vaqiə 56.4Yer şiddətlə sarsılanda,إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّاiza ruccati l’ardu raccan
Vaqiə 56.5dağlar ovulub dağılanda,وَبُسَّتِ الْجِبَالُ بَسًّاvabussati lcibalu bassan
Vaqiə 56.6səpələnmiş toza dönəndəفَكَانَتْ هَبَاءً مُّنبَثًّاfakanat haba’an mmunbassan
Vaqiə 56.7siz üç dəstəyə ayrılacaqsınız.وَكُنتُمْ أَزْوَاجًا ثَلَاثَةًvakuntum azvacan salasatan
Vaqiə 56.8Sağ tərəfdəkilər! Kimdir sağ tərəfdəkilər?فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِfa’ashabu lmaymanati ma ashabu lmaymanati
Vaqiə 56.9Sol tərəfdəkilər! Kimdir sol tərəfdəkilər?وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِva’ashabu lmaş’amati ma ashabu lmaş’amati
Vaqiə 56.10Öndə gedənlər isə öndə gedənlərdir.وَالسَّابِقُونَ السَّابِقُونَvassabiquna ssabiquna
Vaqiə 56.11Onlar yaxınlaşdırılanlardır,أُولَـٰئِكَ الْمُقَرَّبُونَula’ika lmuqarrabuna
Vaqiə 56.12nemət bağlarındadırlar.فِي جَنَّاتِ النَّعِيمِfi cannati nna‘imi
Vaqiə 56.13Əvvəlkilərdən bir dəstə,ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَsullatun mmina l’avvalina
Vaqiə 56.14sonrakılardan isə az sayda kəs.وَقَلِيلٌ مِّنَ الْآخِرِينَvaqalilun mmina laxirina
Vaqiə 56.15Naxışlı taxtlar üstündəعَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ‘ala sururin mmavdunatin
Vaqiə 56.16üz-üzə söykənəcəklər.مُّتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَmuttaki’ina ‘alayha mutaqabilina
Vaqiə 56.17Ətraflarında əbədi gənclər dolaşacaqlar,يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَyatufu ‘alayhim vildanun mmuxalladuna
Vaqiə 56.18qədəhlər, kuzələr və axar bulaqdan doldurulmuş bir camla.بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍbi’akvabin va’abariqa vaka’sin mmin mma‘inin
Vaqiə 56.19Ondan nə başları ağrıyacaq, nə də sərxoş olacaqlar.لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَla yusadda‘una ‘anha vala yunzifuna
Vaqiə 56.20Seçdikləri meyvələrlə,وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَvafakihatin mmimma yataxayyaruna
Vaqiə 56.21könüllərinin istədiyi quş əti ilə.وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَvalahmi tayrin mmimma yaştahuna
Vaqiə 56.22İrigözlülər də var,وَحُورٌ عِينٌvahurun ‘inun
Vaqiə 56.23saxlanılmış incilər kimi.كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِka’amsali llu’lu’i lmaknuni
Vaqiə 56.24Etdiklərinin qarşılığı olaraq.جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَcaza’an bima kanu ya‘maluna
Vaqiə 56.25Orada nə boş söz, nə də günaha salan söz eşidəcəklər.لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًاla yasma‘una fiha lağvan vala ta’siman
Vaqiə 56.26Yalnız «Salam, salam!» deyiləcək.إِلَّا قِيلًا سَلَامًا سَلَامًاilla qilan salaman salaman
Vaqiə 56.27Sağ tərəfdəkilər! Kimdir sağ tərəfdəkilər?وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِva’ashabu lyamini ma ashabu lyamini
Vaqiə 56.28Tikansız sidr ağacları arasında,فِي سِدْرٍ مَّخْضُودٍfi sidrin mmaxdudin
Vaqiə 56.29salxımları üst-üstə düzülmüş banan ağacları arasında,وَطَلْحٍ مَّنضُودٍvatalhin mmandudin
Vaqiə 56.30uzanıb gedən kölgədə,وَظِلٍّ مَّمْدُودٍvazillin mmamdudin
Vaqiə 56.31axıb tökülən suyun yanında,وَمَاءٍ مَّسْكُوبٍvama’in mmaskubin
Vaqiə 56.32bol meyvə arasında olacaqlar.وَفَاكِهَةٍ كَثِيرَةٍvafakihatin kasiratin
Vaqiə 56.33O meyvələr nə tükənər, nə də qadağan edilər.لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍla maqtu‘atin vala mamnu‘atin
Vaqiə 56.34Ucaldılmış döşəklər üstündə olacaqlar.وَفُرُشٍ مَّرْفُوعَةٍvafuruşin mmarfu‘atin
Vaqiə 56.35Onları, həqiqətən, Biz yaratdıq,إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءًinna anşa’nahunna inşa’an
Vaqiə 56.36onları bakirə etdik,فَجَعَلْنَاهُنَّ أَبْكَارًاfaca‘alnahunna abkaran
Vaqiə 56.37sevgi dolu və bir-birinə tay,عُرُبًا أَتْرَابًا‘uruban atraban
Vaqiə 56.38sağ tərəfdəkilər üçün.لِّأَصْحَابِ الْيَمِينِli’ashabi lyamini
Vaqiə 56.39Əvvəlkilərdən bir dəstə,ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَsullatun mmina l’avvalina
Vaqiə 56.40sonrakılardan da bir dəstə.وَثُلَّةٌ مِّنَ الْآخِرِينَvasullatun mmina laxirina
Vaqiə 56.41Sol tərəfdəkilər! Kimdir sol tərəfdəkilər?وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِva’ashabu şşimali ma ashabu şşimali
Vaqiə 56.42Onlar içə işləyən istinin və qaynar suyun içində,فِي سَمُومٍ وَحَمِيمٍfi samumin vahamimin
Vaqiə 56.43qapqara tüstüdən bir kölgənin altında olacaqlar.وَظِلٍّ مِّن يَحْمُومٍvazillin mmin yahmumin
Vaqiə 56.44O kölgə nə sərindir, nə də xoş.لَّا بَارِدٍ وَلَا كَرِيمٍla baridin vala karimin
Vaqiə 56.45Çünki onlar bundan əvvəl nemət içində azğınlaşmışdılar.إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَinnahum kanu qabla zalika mutrafina
Vaqiə 56.46Böyük günahda inad edirdilər.وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِvakanu yusirruna ‘ala lhinsi l‘azimi
Vaqiə 56.47Deyirdilər: «Ölüb torpaq və sümük olandan sonra doğrudanmı dirildiləcəyik?وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَvakanu yaquluna a’iza mitna vakunna turaban va‘izaman a’inna lamab‘usuna
Vaqiə 56.48Keçmiş atalarımız da?»أَوَآبَاؤُنَا الْأَوَّلُونَavaba’una l’avvaluna
Vaqiə 56.49De: «Əvvəlkilər də, sonrakılar daقُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَqul inna l’avvalina valaxirina
Vaqiə 56.50bəlli bir günün müəyyən edilmiş vaxtında mütləq toplanacaqlar».لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍlamacmu‘una ila miqati yavmin mma‘lumin
Vaqiə 56.51Sonra siz, ey azmış, yalan sayan kəslər,ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَsumma innakum ayyuha ddalluna lmukazzibuna
Vaqiə 56.52mütləq zəqqum ağacından yeyəcəksiniz.لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍlakiluna min şacarin mmin zaqqumin
Vaqiə 56.53Qarınlarınızı onunla dolduracaqsınız.فَمَالِئُونَ مِنْهَا الْبُطُونَfamali’una minha lbutuna
Vaqiə 56.54Üstündən qaynar su içəcəksiniz.فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِfaşaribuna ‘alayhi mina lhamimi
Vaqiə 56.55Susuz dəvələr içən kimi içəcəksiniz.فَشَارِبُونَ شُرْبَ الْهِيمِfaşaribuna şurba lhimi
Vaqiə 56.56Haqq-hesab günü onlara verilən ikram budur.هَـٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِhaza nuzuluhum yavma ddini
Vaqiə 56.57Sizi Biz yaratdıq. Niyə təsdiq etmirsiniz?نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَnahnu xalaqnakum falavla tusaddiquna
Vaqiə 56.58Axıtdığınızı gördünüzmü?أَفَرَأَيْتُم مَّا تُمْنُونَafara’aytum mma tumnuna
Vaqiə 56.59Onu siz yaradırsınız, yoxsa yaradan Bizik?أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَa’antum taxluqunahu am nahnu lxaliquna
Vaqiə 56.60Aranızda ölümü Biz müəyyən etdik. Bizim qarşımızı alan olmazنَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَnahnu qaddarna baynakumu lmavta vama nahnu bimasbuqina
Vaqiə 56.61yerinizə bənzərlərinizi gətirməkdə və sizi bilmədiyiniz şəkildə var etməkdə.عَلَىٰ أَن نُّبَدِّلَ أَمْثَالَكُمْ وَنُنشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ‘ala an nnubaddila amsalakum vanunşi’akum fi ma la ta‘lamuna
Vaqiə 56.62İlk yaradılışı artıq bilirsiniz. Niyə öyüd almırsınız?وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَvalaqad ‘alimtumu nnaş’ata l’ula falavla tazakkaruna
Vaqiə 56.63Əkdiyinizi gördünüzmü?أَفَرَأَيْتُم مَّا تَحْرُثُونَafara’aytum mma tahrusuna
Vaqiə 56.64Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?أَأَنتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَa’antum tazra‘unahu am nahnu zzari‘una
Vaqiə 56.65İstəsəydik, onu quru çör-çöpə çevirərdik, siz də çaşıb qalardınız:لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَlav naşa’u laca‘alnahu hutaman fazaltum tafakkahuna
Vaqiə 56.66«Doğrudan da, ziyana düşdük.إِنَّا لَمُغْرَمُونَinna lamuğramuna
Vaqiə 56.67Hətta məhrum qaldıq».بَلْ نَحْنُ مَحْرُومُونَbal nahnu mahrumuna
Vaqiə 56.68İçdiyiniz suyu gördünüzmü?أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَafara’aytumu lma’a llazi taşrabuna
Vaqiə 56.69Onu buluddan siz endirdiniz, yoxsa endirən Bizik?أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَa’antum anzaltumuhu mina lmuzni am nahnu lmunziluna
Vaqiə 56.70İstəsəydik, onu acı edərdik. Niyə şükür etmirsiniz?لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَlav naşa’u ca‘alnahu ucacan falavla taşkuruna
Vaqiə 56.71Yandırdığınız odu gördünüzmü?أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَafara’aytumu nnara llati turuna
Vaqiə 56.72Onun ağacını siz var etdiniz, yoxsa var edən Bizik?أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِئُونَa’antum anşa’tum şacarataha am nahnu lmunşi’una
Vaqiə 56.73Biz onu bir xatırlatma və çöldə qalanlar üçün faydalı etdik.نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِّلْمُقْوِينَnahnu ca‘alnaha tazkiratan vamata‘an llilmuqvina
Vaqiə 56.74Elə isə əzəmətli Rəbbinin adını təsbih et.فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِfasabbih bismi rabbika l‘azimi
Vaqiə 56.75Xeyr, ulduzların yerlərinə and içirəm!فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِfala uqsimu bimavaqi‘i nnucumi
Vaqiə 56.76Bilsəniz, bu, həqiqətən, böyük bir anddır.وَإِنَّهُ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌva’innahu laqasamun llav ta‘lamuna ‘azimun
Vaqiə 56.77Bu, dəyərli bir Qur’andır,إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌinnahu laquranun karimun
Vaqiə 56.78qorunub saxlanan bir kitabdadır.فِي كِتَابٍ مَّكْنُونٍfi kitabin mmaknunin
Vaqiə 56.79Ona yalnız təmizlənmiş olanlar toxunar.لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَla yamassuhu illa lmutahharuna
Vaqiə 56.80Aləmlərin Rəbbindən endirilmişdir.تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَtanzilun mmin rrabbi l‘alamina
Vaqiə 56.81Siz bu sözəmi etinasız yanaşırsınız?أَفَبِهَـٰذَا الْحَدِيثِ أَنتُم مُّدْهِنُونَafabihaza lhadisi antum mmudhinuna
Vaqiə 56.82Ruzinizə yalan saymaqla qarşılıq verirsiniz?وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَvatac‘aluna rizqakum annakum tukazzibuna
Vaqiə 56.83Elə isə boğaza çatanda,فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَfalavla iza balağati lhulquma
Vaqiə 56.84siz də o anda baxıb duranda,وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَva’antum hina’izin tanzuruna
Vaqiə 56.85Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz.وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَvanahnu aqrabu ilayhi minkum valakin lla tubsiruna
Vaqiə 56.86Əgər haqq-hesaba çəkilməyəcəksinizsə,فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَfalavla in kuntum ğayra madinina
Vaqiə 56.87doğru deyirsinizsə, onu geri qaytarın görək.تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَtarci‘unaha in kuntum sadiqina
Vaqiə 56.88Əgər yaxınlaşdırılanlardandırsa,فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَfa’amma in kana mina lmuqarrabina
Vaqiə 56.89ona rahatlıq, xoş ruzi və nemət bağı var.فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍfaravhun varayhanun vacannatu na‘imin
Vaqiə 56.90Əgər sağ tərəfdəkilərdəndirsə,وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِva’amma in kana min ashabi lyamini
Vaqiə 56.91sağ tərəfdəkilərdən sənə salam var.فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِfasalamun llaka min ashabi lyamini
Vaqiə 56.92Əgər yalan sayan azğınlardandırsa,وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَva’amma in kana mina lmukazzibina ddallina
Vaqiə 56.93ona qaynar sudan bir ikramفَنُزُلٌ مِّنْ حَمِيمٍfanuzulun mmin hamimin
Vaqiə 56.94və Cəhənnəmdə yanmaq var.وَتَصْلِيَةُ جَحِيمٍvatasliyatu cahimin
Vaqiə 56.95Bu, şəksiz həqiqətin özüdür.إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ الْيَقِينِinna haza lahuva haqqu lyaqini
Vaqiə 56.96Elə isə əzəmətli Rəbbinin adını təsbih et.فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِfasabbih bismi rabbika l‘azimi