76. İnsan

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
İnsan 76.1İnsanın üstündən elə bir dövr keçmədimi ki, o vaxt adı çəkilən bir şey deyildi?هَلْ أَتَىٰ عَلَى الْإِنسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئًا مَّذْكُورًاhal ata ‘ala l’insani hinun mmina ddahri lam yakun şay’an mmazkuran
İnsan 76.2Biz insanı qarışıq bir damladan yaratdıq ki, onu sınayaq. Ona eşitmək və görmək qabiliyyəti verdik.إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًاinna xalaqna l’insana min nnutfatin amşacin nnabtalihi faca‘alnahu sami‘an basiran
İnsan 76.3Biz ona yolu göstərdik. İstər şükür etsin, istər nankorluq etsin.إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًاinna hadaynahu ssabila imma şakiran va’imma kafuran
İnsan 76.4Biz inkar edənlər üçün zəncirlər, buxovlar və alovlu od hazırladıq.إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًاinna a‘tadna lilkafirina salasila va’ağlalan vasa‘iran
İnsan 76.5Yaxşılar qatışığı kamfora olan bir qədəhdən içəcəklər,إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًاinna l’abrara yaşrabuna min ka’sin kana mizacuha kafuran
İnsan 76.6Allahın qullarının içdiyi və coşdurub axıtdıqları bir bulaqdan.عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا‘aynan yaşrabu biha ‘ibadu llahi yufaccirunaha tafciran
İnsan 76.7Onlar nəzirlərini yerinə yetirər və şəri hər yana yayılan bir gündən qorxarlar.يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًاyufuna binnazri vayaxafuna yavman kana şarruhu mustatiran
İnsan 76.8Yeməyi özləri sevdikləri halda yoxsula, yetimə və əsirə yedirərlər:وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًاvayut‘imuna tta‘ama ‘ala hubbihi miskinan vayatiman va’asiran
İnsan 76.9«Biz sizi yalnız Allahın üzü üçün doyururuq. Sizdən nə qarşılıq, nə də təşəkkür istəyirik.إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاءً وَلَا شُكُورًاinnama nut‘imukum livachi llahi la nuridu minkum caza’an vala şukuran
İnsan 76.10Biz Rəbbimizdən gələcək qaşqabaqlı, ağır bir gündən qorxuruq».إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًاinna naxafu min rrabbina yavman ‘abusan qamtariran
İnsan 76.11Allah onları o günün şərindən qoruyacaq, onlara parlaqlıq və sevinc bəxş edəcək.فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًاfavaqahumu llahu şarra zalika lyavmi valaqqahum nadratan vasururan
İnsan 76.12Səbir etdiklərinə görə onları bağ və ipəklə mükafatlandıracaq.وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًاvacazahum bima sabaru cannatan vahariran
İnsan 76.13Orada taxtlara söykənəcəklər. Orada nə günəş, nə də dondurucu soyuq görəcəklər.مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًاmuttaki’ina fiha ‘ala l’ara’iki la yaravna fiha şamsan vala zamhariran
İnsan 76.14Bağın kölgələri üstlərinə enəcək, meyvələri əlləri çatacaq qədər sallanacaq.وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًاvadaniyatan ‘alayhim zilaluha vazullilat qutufuha tazlilan
İnsan 76.15Ətraflarında gümüş qablar və büllur qədəhlər gəzdiriləcək,وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَاvayutafu ‘alayhim bianiyatin mmin fiddatin va’akvabin kanat qavarira
İnsan 76.16ölçüsünü müəyyən etdikləri gümüş büllurlar.قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًاqavarira min fiddatin qaddaruha taqdiran
İnsan 76.17Orada onlara qatışığı zəncəfil olan bir qədəhdən içiriləcək,وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًاvayusqavna fiha ka’san kana mizacuha zancabilan
İnsan 76.18oradakı Səlsəbil adlı bir bulaqdan.عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا‘aynan fiha tusamma salsabilan
İnsan 76.19Ətraflarında əbədi gənclər dolaşacaqlar. Onları görsən, səpələnmiş incilər sanarsan.وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًاvayatufu ‘alayhim vildanun mmuxalladuna iza ra’aytahum hasibtahum lu’lu’an mmansuran
İnsan 76.20Oraya baxsan, nemət və böyük bir hökmranlıq görərsən.وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًاva’iza ra’ayta samma ra’ayta na‘iman vamulkan kabiran
İnsan 76.21Üstlərində nazik yaşıl ipəkdən və qalın ipəkdən paltarlar var. Gümüş bilərziklərlə bəzəniblər. Rəbbləri onlara tərtəmiz bir içki içirib.عَالِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا‘aliyahum siyabu sundusin xudrun va’istabraqun vahullu asavira min fiddatin vasaqahum rabbuhum şaraban tahuran
İnsan 76.22«Bu, sizin mükafatınızdır. Çalışmağınız təqdirə layiq görülüb».إِنَّ هَـٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًاinna haza kana lakum caza’an vakana sa‘yukum mmaşkuran
İnsan 76.23Qur’anı sənə hissə-hissə Biz endirdik.إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنزِيلًاinna nahnu nazzalna ‘alayka lqurana tanzilan
İnsan 76.24Rəbbinin hökmünə səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə.فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًاfasbir lihukmi rabbika vala tuti‘ minhum asiman av kafuran
İnsan 76.25Səhər-axşam Rəbbinin adını an.وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًاvazkuri sma rabbika bukratan va’asilan
İnsan 76.26Gecənin bir hissəsində Ona səcdə et və gecə uzun-uzadı Onu təsbih et.وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًاvamina llayli fascud lahu vasabbihhu laylan tavilan
İnsan 76.27Bunlar tez gələni sevir və ağır bir günü arxada qoyurlar.إِنَّ هَـٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًاinna ha’ula’i yuhibbuna l‘acilata vayazaruna vara’ahum yavman saqilan
İnsan 76.28Onları Biz yaratdıq, bağlarını Biz möhkəmlətdik. İstədikdə onları bənzərləri ilə əvəz edərik.نَّحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًاnahnu xalaqnahum vaşadadna asrahum va’iza şi’na baddalna amsalahum tabdilan
İnsan 76.29Bu, bir xatırlatmadır. İstəyən Rəbbinə gedən bir yol tutar.إِنَّ هَـٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًاinna hazihi tazkiratun faman şa’a ttaxaza ila rabbihi sabilan
İnsan 76.30Allah istəməyincə siz istəyə bilməzsiniz. Allah biləndir, hikmət sahibidir.وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًاvama taşa’una illa an yaşa’a llahu inna llaha kana ‘aliman hakiman
İnsan 76.31İstədiyini Öz mərhəmətinə daxil edir. Zalımlar üçün isə ağrılı bir əzab hazırlayıb.يُدْخِلُ مَن يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًاyudxilu man yaşa’u fi rahmatihi vazzalimina a‘adda lahum ‘azaban aliman