99. Zəlzələ

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Zəlzələ 99.1Yer öz sarsıntısı ilə sarsılanda,إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَاiza zulzilati l’ardu zilzalaha
Zəlzələ 99.2yer öz ağırlıqlarını çıxaranda,وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَاva’axracati l’ardu asqalaha
Zəlzələ 99.3insan «Ona nə olub?» deyəndə,وَقَالَ الْإِنسَانُ مَا لَهَاvaqala l’insanu ma laha
Zəlzələ 99.4o gün yer öz xəbərlərini danışacaq.يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَاyavma’izin tuhaddisu axbaraha
Zəlzələ 99.5Çünki Rəbbin ona vəhy edib.بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَاbi’anna rabbaka avha laha
Zəlzələ 99.6O gün insanlar əməlləri özlərinə göstərilsin deyə ayrı-ayrı çıxacaqlar.يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْyavma’izin yasduru nnasu aştatan lliyurav a‘malahum
Zəlzələ 99.7Kim zərrə ağırlığında xeyir etsə, onu görəcək.فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُfaman ya‘mal misqala zarratin xayran yarahu
Zəlzələ 99.8Kim zərrə ağırlığında şər etsə, onu görəcək.وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُvaman ya‘mal misqala zarratin şarran yarahu