9. Tövbə

Tövbə 9.1Bu, Allahdan və elçisindən əhd bağladığınız şərik qoşanlara əhddən çıxmaq barədə bir bildirişdir.بَرَاءَةٌ مِّنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَbara’atun mmina llahi varasulihi ila llazina ‘ahadttum mmina lmuşrikina
Tövbə 9.2Dörd ay yer üzündə gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz və Allah inkar edənləri rüsvay edəcək.فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَfasihu fi l’ardi arba‘ata aşhurin va‘lamu annakum ğayru mu‘cizi llahi va’anna llaha muxzi lkafirina
Tövbə 9.3Böyük həcc günü Allahdan və elçisindən insanlara bir elandır: Allah şərik qoşanlardan uzaqdır, elçisi də. Tövbə etsəniz, bu sizin üçün daha xeyirlidir. Üz döndərsəniz, bilin ki, Allahı aciz qoya bilməzsiniz. İnkar edənlərə ağrılı bir əzabı müjdələ.وَأَذَانٌ مِّنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِّنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍva’azanun mmina llahi varasulihi ila nnasi yavma lhacci l’akbari anna llaha bari’un mmina lmuşrikina varasuluhu fa’in tubtum fahuva xayrun llakum va’in tavallaytum fa‘lamu annakum ğayru mu‘cizi llahi vabaşşiri llazina kafaru bi‘azabin alimin
Tövbə 9.4Şərik qoşanlardan əhd bağladığınız, sonra sizə qarşı heç bir öhdəliyi əskiltməyən və sizə qarşı heç kəsə kömək etməyənlər istisnadır. Onlarla bağladığınız əhdə müddətinin sonuna qədər əməl edin. Həqiqətən, Allah təqvalı olanları sevir.إِلَّا الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَilla llazina ‘ahadttum mmina lmuşrikina summa lam yanqusukum şay’an valam yuzahiru ‘alaykum ahadan fa’atimmu ilayhim ‘ahdahum ila muddatihim inna llaha yuhibbu lmuttaqina
Tövbə 9.5Haram aylar bitəndə şərik qoşanları harada tapsanız öldürün, onları tutun, mühasirəyə alın və hər pusqu yerində onların yolunu gözləyin. Tövbə edib namazı qılsalar və zəkatı versələr, yollarını açın. Həqiqətən, Allah bağışlayandır, mərhəmətlidir.فَإِذَا انسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِن تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌfa’iza nsalaxa l’aşhuru lhurumu faqtulu lmuşrikina haysu vacadttumuhum vaxuzuhum vahsuruhum vaq‘udu lahum kulla marsadin fa’in tabu va’aqamu ssalata vatavu zzakata faxallu sabilahum inna llaha ğafurun rrahimun
Tövbə 9.6Şərik qoşanlardan biri səndən sığınacaq istəsə, Allahın sözünü eşidənə qədər ona sığınacaq ver. Sonra onu təhlükəsiz olacağı yerə çatdır. Çünki onlar bilməyən bir camaatdır.وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُونَva’in ahadun mmina lmuşrikina stacaraka fa’acirhu hatta yasma‘a kalama llahi summa abliğhu ma’manahu zalika bi’annahum qavmun lla ya‘lamuna
Tövbə 9.7Şərik qoşanların Allahın və elçisinin yanında necə əhdi ola bilər? Məscidül-Həramın yanında əhd bağladıqlarınız istisnadır. Onlar sizə qarşı düzgün olduqca, siz də onlara qarşı düzgün olun. Həqiqətən, Allah təqvalı olanları sevir.كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللَّهِ وَعِندَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَkayfa yakunu lilmuşrikina ‘ahdun ‘inda llahi va‘inda rasulihi illa llazina ‘ahadttum ‘inda lmascidi lharami fama staqamu lakum fastaqimu lahum inna llaha yuhibbu lmuttaqina
Tövbə 9.8Necə ola bilər? Sizə üstün gəlsələr, sizin haqqınızda nə qohumluq bağını, nə də öhdəliklərini gözləyərlər. Ağızları ilə sizi razı salırlar, qəlbləri isə buna razı olmur. Onların çoxu itaətsizdir.كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُم بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَkayfa va’in yazharu ‘alaykum la yarqubu fikum illan vala zimmatan yurdunakum bi’afvahihim vata’ba qulubuhum va’aksaruhum fasiquna
Tövbə 9.9Allahın ayələrini ucuz qiymətə satıb insanları Onun yolundan çəkindirdilər. Etdikləri necə də pisdir!اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَن سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَiştarav biayati llahi samanan qalilan fasaddu ‘an sabilihi innahum sa’a ma kanu ya‘maluna
Tövbə 9.10Bir möminə qarşı nə qohumluq bağını, nə də öhdəliyi gözləyərlər. Həddi aşanlar onlardır.لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَـٰئِكَ هُمُ الْمُعْتَدُونَla yarqubuna fi mu’minin illan vala zimmatan va’ula’ika humu lmu‘taduna
Tövbə 9.11Tövbə edib namazı qılsalar və zəkatı versələr, dində sizin qardaşlarınızdırlar. Bilən bir camaat üçün ayələri ətraflı açıqlayırıq.فَإِن تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَfa’in tabu va’aqamu ssalata vatavu zzakata fa’ixvanukum fi ddini vanufassilu layati liqavmin ya‘lamuna
Tövbə 9.12Əhd bağladıqdan sonra andlarını pozub dininizə dil uzatsalar, inkarın başçıları ilə vuruşun. Çünki onların andları yoxdur. Bəlkə əl çəkələr.وَإِن نَّكَثُوا أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَva’in nnakasu aymanahum mmin ba‘di ‘ahdihim vata‘anu fi dinikum faqatilu a’immata lkufri innahum la aymana lahum la‘allahum yantahuna
Tövbə 9.13Andlarını pozan, elçini çıxarmağa çalışan və sizə qarşı ilk başlayan bir camaatla vuruşmayacaqsınızmı? Onlardan qorxursunuz? Möminsinizsə, qorxmalı olduğunuz Allahdır.أَلَا تُقَاتِلُونَ قَوْمًا نَّكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَala tuqatiluna qavman nnakasu aymanahum vahammu bi’ixraci rrasuli vahum bada’ukum avvala marratin ataxşavnahum fallahu ahaqqu an taxşavhu in kuntum mmu’minina
Tövbə 9.14Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onlara qarşı kömək etsin və mömin bir camaatın ürəklərinə şəfa versin,قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَqatiluhum yu‘azzibhumu llahu bi’aydikum vayuxzihim vayansurkum ‘alayhim vayaşfi sudura qavmin mmu’minina
Tövbə 9.15onların ürəklərindəki qəzəbi də aradan qaldırsın. Allah dilədiyinin tövbəsini qəbul edir. Allah hər şeyi bilir, hikmət sahibidir.وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ اللَّهُ عَلَىٰ مَن يَشَاءُ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌvayuzhib ğayza qulubihim vayatubu llahu ‘ala man yaşa’u vallahu ‘alimun hakimun
Tövbə 9.16Yoxsa elə sandınız ki, Allah aranızdan mübarizə aparanları və Allahdan, elçisindən və möminlərdən başqasını özünə sirdaş seçməyənləri hələ bilmədən siz öz başınıza buraxılacaqsınız? Allah etdiklərinizdən xəbərdardır.أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنكُمْ وَلَمْ يَتَّخِذُوا مِن دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَam hasibtum an tutraku valamma ya‘lami llahu llazina cahadu minkum valam yattaxizu min duni llahi vala rasulihi vala lmu’minina valicatan vallahu xabirun bima ta‘maluna
Tövbə 9.17Şərik qoşanlara öz inkarlarına şahidlik etdikləri halda Allahın məscidlərini abad etmək düşməz. Onların əməlləri boşa çıxıb. Onlar odda həmişəlik qalacaqlar.مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنفُسِهِم بِالْكُفْرِ ۚ أُولَـٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَma kana lilmuşrikina an ya‘muru masacida llahi şahidina ‘ala anfusihim bilkufri ula’ika habitat a‘maluhum vafi nnari hum xaliduna
Tövbə 9.18Allahın məscidlərini ancaq Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqasından qorxmayanlar abad edərlər. Bəlkə onlar doğru yolu tapanlardan olarlar.إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَـٰئِكَ أَن يَكُونُوا مِنَ الْمُهْتَدِينَinnama ya‘muru masacida llahi man amana billahi valyavmi laxiri va’aqama ssalata vata zzakata valam yaxşa illa llaha fa‘asa ula’ika an yakunu mina lmuhtadina
Tövbə 9.19Həccə gələnlərə su verməyi və Məscidül-Həramı abad etməyi Allaha və axirət gününə iman gətirən və Allah yolunda mübarizə aparanla birmi tutdunuz? Allah qatında bərabər deyillər. Allah zalım camaatı doğru yola yönəltməz.أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِندَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَaca‘altum siqayata lhacci va‘imarata lmascidi lharami kaman amana billahi valyavmi laxiri vacahada fi sabili llahi la yastavuna ‘inda llahi vallahu la yahdi lqavma zzalimina
Tövbə 9.20İman gətirib hicrət edənlər və malları, canları ilə Allah yolunda mübarizə aparanlar Allah qatında daha yüksək dərəcədədirlər. Qurtuluşa çatanlar onlardır.الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللَّهِ ۚ وَأُولَـٰئِكَ هُمُ الْفَائِزُونَallazina amanu vahacaru vacahadu fi sabili llahi bi’amvalihim va’anfusihim a‘zamu daracatan ‘inda llahi va’ula’ika humu lfa’izuna
Tövbə 9.21Rəbbi onlara Öz qatından mərhəməti, razılığını və içində onlar üçün tükənməyən nemətlər olan bağları müjdələyir.يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌyubaşşiruhum rabbuhum birahmatin mminhu varidvanin vacannatin llahum fiha na‘imun mmuqimun
Tövbə 9.22Onlar orada əbədi qalacaqlar. Həqiqətən, böyük mükafat Allah qatındadır.خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌxalidina fiha abadan inna llaha ‘indahu acrun ‘azimun
Tövbə 9.23Ey iman gətirənlər! Atalarınız və bacı-qardaşlarınız inkarı imandan üstün tutarlarsa, onları özünüzə hami seçməyin. Sizdən kim onları özünə hami seçərsə, zalımlar onlardır.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَya ayyuha llazina amanu la tattaxizu aba’akum va’ixvanakum avliya’a ini stahabbu lkufra ‘ala l’imani vaman yatavallahum mminkum fa’ula’ika humu zzalimuna
Tövbə 9.24De: «Atalarınız, oğullarınız, bacı-qardaşlarınız, həyat yoldaşlarınız, qohum-əqrəbanız, qazandığınız mallar, durğunluğa düşməsindən qorxduğunuz ticarət və bəyəndiyiniz evlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda mübarizədən daha əzizdirsə, Allah Öz əmrini gətirənə qədər gözləyin». Allah itaətsiz camaatı doğru yola yönəltməz.قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَqul in kana aba’ukum va’abna’ukum va’ixvanukum va’azvacukum va‘aşiratukum va’amvaluni qtaraftumuha vaticaratun taxşavna kasadaha vamasakinu tardavnaha ahabba ilaykum mmina llahi varasulihi vacihadin fi sabilihi fatarabbasu hatta ya’tiya llahu bi’amrihi vallahu la yahdi lqavma lfasiqina
Tövbə 9.25Allah sizə bir çox yerlərdə, habelə Hüneyn günündə kömək etmişdi. Sayınızın çoxluğu sizi qürurlandırmışdı, amma sizə heç bir fayda vermədi. Yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi. Sonra arxa çevirib qaçdınız.لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَlaqad nasarakumu llahu fi mavatina kasiratin vayavma hunaynin iz a‘cabatkum kasratukum falam tuğni ‘ankum şay’an vadaqat ‘alaykumu l’ardu bima rahubat summa vallaytum mmudbirina
Tövbə 9.26Sonra Allah Öz qatından bir arxayınlıq elçisinin və möminlərin üzərinə endirdi. Görmədiyiniz qoşunlar endirdi və inkar edənlərə əzab verdi. İnkar edənlərin qarşılığı budur.ثُمَّ أَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًا لَّمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَsumma anzala llahu sakinatahu ‘ala rasulihi va‘ala lmu’minina va’anzala cunudan llam taravha va‘azzaba llazina kafaru vazalika caza’u lkafirina
Tövbə 9.27Bundan sonra Allah dilədiyinin tövbəsini qəbul edər. Allah bağışlayandır, mərhəmətlidir.ثُمَّ يَتُوبُ اللَّهُ مِن بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌsumma yatubu llahu min ba‘di zalika ‘ala man yaşa’u vallahu ğafurun rrahimun
Tövbə 9.28Ey iman gətirənlər! Şərik qoşanlar murdardırlar. Bu ildən sonra Məscidül-Hərama yaxınlaşmasınlar. Yoxsulluqdan qorxsanız, Allah istəsə, sizi Öz lütfü ilə ehtiyacdan qurtarar. Həqiqətən, Allah hər şeyi bilir, hikmət sahibidir.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِن فَضْلِهِ إِن شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌya ayyuha llazina amanu innama lmuşrikuna nacasun fala yaqrabu lmascida lharama ba‘da ‘amihim haza va’in xiftum ‘aylatan fasavfa yuğnikumu llahu min fadlihi in şa’a inna llaha ‘alimun hakimun
Tövbə 9.29Kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun elçisinin haram etdiyini haram saymayan və haqq dini özünə din tutmayanlarla, boyun əyib cizyəni öz əlləri ilə verənə qədər vuruşun.قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَاغِرُونَqatilu llazina la yu’minuna billahi vala bilyavmi laxiri vala yuharrimuna ma harrama llahu varasuluhu vala yadinuna dina lhaqqi mina llazina utu lkitaba hatta yu‘tu lcizyata ‘an yadin vahum sağiruna
Tövbə 9.30Yəhudilər «Üzeyir Allahın oğludur» dedilər, xristianlar da «Məsih Allahın oğludur» dedilər. Bu, öz ağızları ilə dedikləri sözdür. Əvvəllər inkar edənlərin sözünə bənzər söz deyirlər. Allah onları qəhr etsin! Necə döndərilirlər!وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِن قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَvaqalati lyahudu ‘uzayruni bnu llahi vaqalati nnasara lmasihu bnu llahi zalika qavluhum bi’afvahihim yudahi’una qavla llazina kafaru min qablu qatalahumu llahu anna yu’fakuna
Tövbə 9.31Allahı qoyub öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi özlərinə rəbb tutdular. Halbuki onlara yalnız tək bir ilaha qulluq etmək əmr edilmişdi. Ondan başqa ilah yoxdur. O, şərik qoşduqlarından münəzzəhdir.اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِّن دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَـٰهًا وَاحِدًا ۖ لَّا إِلَـٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَittaxazu ahbarahum varuhbanahum arbaban mmin duni llahi valmasiha bna maryama vama umiru illa liya‘budu ilahan vahidan lla ilaha illa huva subhanahu ‘amma yuşrikuna
Tövbə 9.32Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər istəməsələr də, Allah Öz nurunu tamamlamaqdan başqa bir şeyə razı olmaz.يُرِيدُونَ أَن يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَyuriduna an yutfi’u nura llahi bi’afvahihim vaya’ba llahu illa an yutimma nurahu valav kariha lkafiruna
Tövbə 9.33Şərik qoşanlar istəməsələr də, onu bütün dinlərdən üstün etmək üçün elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَhuva llazi arsala rasulahu bilhuda vadini lhaqqi liyuzhirahu ‘ala ddini kullihi valav kariha lmuşrikuna
Tövbə 9.34Ey iman gətirənlər! Alim və rahiblərdən bir çoxu insanların malını haqsız yerə yeyir və insanları Allah yolundan çəkindirirlər. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı bir əzabı müjdələ.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِّنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍya ayyuha llazina amanu inna kasiran mmina l’ahbari varruhbani laya’kuluna amvala nnasi bilbatili vayasudduna ‘an sabili llahi vallazina yaknizuna zzahaba valfiddata vala yunfiqunaha fi sabili llahi fabaşşirhum bi‘azabin alimin
Tövbə 9.35O gün bunlar cəhənnəm odunda qızdırılacaq, onların alınlarına, böyürlərinə və kürəklərinə bunlarla dağ basılacaq: «Özünüz üçün yığdığınız budur. Yığdıqlarınızı dadın».يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَـٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُوا مَا كُنتُمْ تَكْنِزُونَyavma yuhma ‘alayha fi nari cahannama fatukva biha cibahuhum vacunubuhum vazuhuruhum haza ma kanaztum li’anfusikum fazuqu ma kuntum taknizuna
Tövbə 9.36Həqiqətən, göyləri və yeri yaratdığı gündən Allahın yazısına görə ayların sayı on ikidir. Bunlardan dördü haram aydır. Doğru din budur. O aylarda özünüzə zülm etməyin. Şərik qoşanlar sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlarla hamılıqla vuruşun. Bilin ki, Allah təqvalı olanlarla birlikdədir.إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَinna ‘iddata şşuhuri ‘inda llahi sna ‘aşara şahran fi kitabi llahi yavma xalaqa ssamavati val’arda minha arba‘atun hurumun zalika ddinu lqayyimu fala tazlimu fihinna anfusakum vaqatilu lmuşrikina kaffatan kama yuqatilunakum kaffatan va‘lamu anna llaha ma‘a lmuttaqina
Tövbə 9.37Haram ayı təxirə salmaq inkarı artırmaqdan başqa bir şey deyil. İnkar edənlər bununla azdırılırlar. Allahın haram etdiyi ayların sayına uyğun gəlsin deyə onu bir il halal, bir il haram sayırlar. Beləcə, Allahın haram etdiyini halal edirlər. Pis əməlləri onlara bəzəkli göstərilib. Allah inkar edən camaatı doğru yola yönəltməz.إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِّيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَinnama nnasi’u ziyadatun fi lkufri yudallu bihi llazina kafaru yuhillunahu ‘aman vayuharrimunahu ‘aman lliyuvati’u ‘iddata ma harrama llahu fayuhillu ma harrama llahu zuyyina lahum su’u a‘malihim vallahu la yahdi lqavma lkafirina
Tövbə 9.38Ey iman gətirənlər! Sizə nə olub ki, «Allah yolunda səfərə çıxın» deyiləndə yerə yapışıb qaldınız? Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya həyatının neməti axirətin yanında çox azdır.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُم بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌya ayyuha llazina amanu ma lakum iza qila lakumu nfiru fi sabili llahi ssaqaltum ila l’ardi araditum bilhayati ddunya mina laxirati fama mata‘u lhayati ddunya fi laxirati illa qalilun
Tövbə 9.39Səfərə çıxmasanız, sizə ağrılı bir əzab verər və yerinizə başqa bir camaat gətirər. Siz Ona heç bir zərər yetirə bilməzsiniz. Allah hər şeyə qadirdir.إِلَّا تَنفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌilla tanfiru yu‘azzibkum ‘azaban aliman vayastabdil qavman ğayrakum vala tadurruhu şay’an vallahu ‘ala kulli şay’in qadirun
Tövbə 9.40Ona kömək etməsəniz, Allah artıq ona kömək etmişdi. İnkar edənlər onu çıxaranda o, iki nəfərdən biri idi. Hər ikisi mağarada ikən yoldaşına «Kədərlənmə, Allah bizimlədir» deyirdi. Allah onun üzərinə Öz qatından bir arxayınlıq endirdi, görmədiyiniz qoşunlarla ona dayaq oldu və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ən ucadır. Allah qüdrətlidir, hikmət sahibidir.إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌilla tansuruhu faqad nasarahu llahu iz axracahu llazina kafaru saniya snayni iz huma fi lğari iz yaqulu lisahibihi la tahzan inna llaha ma‘ana fa’anzala llahu sakinatahu ‘alayhi va’ayyadahu bicunudin llam taravha vaca‘ala kalimata llazina kafaru ssufla vakalimatu llahi hiya l‘ulya vallahu ‘azizun hakimun
Tövbə 9.41Yüngül də olsanız, ağır da, səfərə çıxın və mallarınızla, canlarınızla Allah yolunda mübarizə aparın. Bilirsinizsə, bu sizin üçün daha xeyirlidir.انفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَinfiru xifafan vasiqalan vacahidu bi’amvalikum va’anfusikum fi sabili llahi zalikum xayrun llakum in kuntum ta‘lamuna
Tövbə 9.42Yaxın bir qazanc və asan bir səfər olsaydı, ardınca gələrdilər. Amma yol onlara uzaq gəldi. «Gücümüz çatsaydı, sizinlə çıxardıq» deyə Allaha and içəcəklər. Özlərini məhvə sürükləyirlər. Allah onların yalançı olduqlarını bilir.لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لَّاتَّبَعُوكَ وَلَـٰكِن بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِاللَّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَاللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَlav kana ‘aradan qariban vasafaran qasidan llattaba‘uka valakin ba‘udat ‘alayhimu şşuqqatu vasayahlifuna billahi lavi stata‘na laxaracna ma‘akum yuhlikuna anfusahum vallahu ya‘lamu innahum lakazibuna
Tövbə 9.43Allah səni əfv etsin! Doğru deyənlər sənə aydın olmadan və yalançıları bilmədən niyə onlara izin verdin?عَفَا اللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ‘afa llahu ‘anka lima azinta lahum hatta yatabayyana laka llazina sadaqu vata‘lama lkazibina
Tövbə 9.44Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə mübarizədən geri qalmaq üçün səndən izin istəməzlər. Allah təqvalı olanları bilir.لَا يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أَن يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَla yasta’zinuka llazina yu’minuna billahi valyavmi laxiri an yucahidu bi’amvalihim va’anfusihim vallahu ‘alimun bilmuttaqina
Tövbə 9.45Səndən ancaq Allaha və axirət gününə iman gətirməyən, qəlbləri şübhəyə düşənlər izin istəyirlər. Öz şübhələri içində tərəddüd edirlər.إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَinnama yasta’zinuka llazina la yu’minuna billahi valyavmi laxiri vartabat qulubuhum fahum fi raybihim yataraddaduna
Tövbə 9.46Səfərə çıxmaq istəsəydilər, onun üçün hazırlıq görərdilər. Lakin Allah onların yola düşməsini istəmədi və onları saxladı. Onlara «Oturub qalanlarla birgə oturun» deyildi.وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَـٰكِن كَرِهَ اللَّهُ انبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَvalav aradu lxuruca la’a‘addu lahu ‘uddatan valakin kariha llahu nbi‘asahum fasabbatahum vaqila q‘udu ma‘a lqa‘idina
Tövbə 9.47Aranızda səfərə çıxsaydılar, sizə qarışıqlıqdan başqa bir şey artırmazdılar. Aranıza fitnə salmaq üçün aranızda qaçıb-dolaşardılar. Aranızda onlara qulaq asanlar da var. Allah zalımları bilir.لَوْ خَرَجُوا فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَlav xaracu fikum mma zadukum illa xabalan vala’avda‘u xilalakum yabğunakumu lfitnata vafikum samma‘una lahum vallahu ‘alimun bizzalimina
Tövbə 9.48Onlar əvvəllər də fitnə axtarmış və işləri sənə qarşı alt-üst etmişdilər. Nəhayət, haqq gəldi və onlar istəməsələr də, Allahın əmri üzə çıxdı.لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَlaqadi btağavu lfitnata min qablu vaqallabu laka l’umura hatta ca’a lhaqqu vazahara amru llahi vahum karihuna
Tövbə 9.49Onlardan «Mənə izin ver, məni fitnəyə salma» deyənlər də var. Bilin ki, artıq fitnənin içinə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri əhatə edir.وَمِنْهُم مَّن يَقُولُ ائْذَن لِّي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَvaminhum mman yaqulu zan lli vala taftinni ala fi lfitnati saqatu va’inna cahannama lamuhitatun bilkafirina
Tövbə 9.50Sənə bir yaxşılıq yetişsə, bu, onları kədərləndirər. Başına bir müsibət gəlsə, «Biz əvvəlcədən tədbirimizi görmüşdük» deyib sevinə-sevinə çıxıb gedərlər.إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا وَّهُمْ فَرِحُونَin tusibka hasanatun tasu’hum va’in tusibka musibatun yaqulu qad axazna amrana min qablu vayatavallav vvahum farihuna
Tövbə 9.51De: «Allahın bizim üçün yazdığından başqa heç nə başımıza gəlməz. O, bizim hamimizdir. Möminlər Allaha təvəkkül etsinlər».قُل لَّن يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَqul llan yusibana illa ma kataba llahu lana huva mavlana va‘ala llahi falyatavakkali lmu’minuna
Tövbə 9.52De: «Bizim üçün iki yaxşı nəticədən birindən başqa nə gözləyirsiniz? Biz isə Allahın Öz qatından və ya bizim əllərimizlə sizə əzab yetirməsini gözləyirik. Gözləyin, biz də sizinlə birlikdə gözləyirik».قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِّنْ عِندِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَqul hal tarabbasuna bina illa ihda lhusnayayni vanahnu natarabbasu bikum an yusibakumu llahu bi‘azabin mmin ‘indihi av bi’aydina fatarabbasu inna ma‘akum mmutarabbisuna
Tövbə 9.53De: «İstər könüllü, istər könülsüz xərcləyin, sizdən heç vaxt qəbul edilməyəcək. Çünki siz itaətsiz bir camaatsınız».قُلْ أَنفِقُوا طَوْعًا أَوْ كَرْهًا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًا فَاسِقِينَqul anfiqu tav‘an av karhan llan yutaqabbala minkum innakum kuntum qavman fasiqina
Tövbə 9.54Xərclədiklərinin qəbul olunmasına yalnız bu mane oldu: onlar Allahı və Onun elçisini inkar edir, namaza ancaq tənbəlliklə gəlir və yalnız könülsüz xərcləyirlər.وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَvama mana‘ahum an tuqbala minhum nafaqatuhum illa annahum kafaru billahi vabirasulihi vala ya’tuna ssalata illa vahum kusala vala yunfiquna illa vahum karihuna
Tövbə 9.55Onların malları da, övladları da səni heyran etməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və canlarının inkar edən halda çıxmasını istəyir.فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَfala tu‘cibka amvaluhum vala avladuhum innama yuridu llahu liyu‘azzibahum biha fi lhayati ddunya vatazhaqa anfusuhum vahum kafiruna
Tövbə 9.56Sizdən olduqlarına dair Allaha and içirlər. Halbuki sizdən deyillər, qorxu içində olan bir camaatdırlar.وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَـٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَvayahlifuna billahi innahum laminkum vama hum mminkum valakinnahum qavmun yafraquna
Tövbə 9.57Bir sığınacaq, mağara və ya giriləsi bir yer tapsaydılar, sürətlə ora üz tutardılar.لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَّوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَlav yaciduna malca’an av mağaratin av muddaxalan llavallav ilayhi vahum yacmahuna
Tövbə 9.58Onlardan sədəqələr barədə səni qınayanlar da var. Sədəqədən özlərinə bir pay veriləndə razı qalırlar. Pay verilməyəndə isə dərhal qəzəblənirlər.وَمِنْهُم مَّن يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِن لَّمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَvaminhum mman yalmizuka fi ssadaqati fa’in u‘tu minha radu va’in llam yu‘tav minha iza hum yasxatuna
Tövbə 9.59Kaş Allahın və elçisinin onlara verdiyinə razı qalıb deyəydilər: «Allah bizə yetər. Allah Öz lütfündən bizə verəcək, elçisi də. Biz Allaha üz tuturuq».وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِن فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَvalav annahum radu ma atahumu llahu varasuluhu vaqalu hasbuna llahu sayu’tina llahu min fadlihi varasuluhu inna ila llahi rağibuna
Tövbə 9.60Sədəqələr yalnız fəqirlər, yoxsullar, sədəqə işi ilə məşğul olanlar, qəlbləri isindirilənlər, kölələrin azadlığı, borclular, Allah yolu və yolçular üçündür. Bu, Allahın buyurduğu bir vəzifədir. Allah hər şeyi bilir, hikmət sahibidir.إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌinnama ssadaqatu lilfuqara’i valmasakini val‘amilina ‘alayha valmu’allafati qulubuhum vafi rriqabi valğarimina vafi sabili llahi vabni ssabili faridatan mmina llahi vallahu ‘alimun hakimun
Tövbə 9.61Onlardan peyğəmbəri incidib «O, qulaqdır» deyənlər var. De: «O, sizin üçün xeyir qulağıdır. Allaha iman gətirir, möminlərə inanır və aranızdan iman gətirənlər üçün mərhəmətdir». Allahın elçisini incidənlər üçün ağrılı bir əzab var.وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُوا مِنكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌvaminhumu llazina yu’zuna nnabiyya vayaquluna huva uzunun qul uzunu xayrin llakum yu’minu billahi vayu’minu lilmu’minina varahmatun llillazina amanu minkum vallazina yu’zuna rasula llahi lahum ‘azabun alimun
Tövbə 9.62Sizi razı salmaq üçün sizə Allaha and içirlər. Mömindirlərsə, Allah və elçisi razı salınmağa daha layiqdir.يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا مُؤْمِنِينَyahlifuna billahi lakum liyurdukum vallahu varasuluhu ahaqqu an yurduhu in kanu mu’minina
Tövbə 9.63Bilmirlərmi ki, Allaha və elçisinə qarşı çıxanın həmişəlik qalacağı yer cəhənnəm odudur? Böyük rüsvayçılıq budur.أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَن يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُalam ya‘lamu annahu man yuhadidi llaha varasulahu fa’anna lahu nara cahannama xalidan fiha zalika lxizyu l‘azimu
Tövbə 9.64Münafiqlər qəlblərində olanı onlara xəbər verən bir surənin endiriləcəyindən ehtiyat edirlər. De: «İstehza edin. Həqiqətən, Allah qorxduğunuzu üzə çıxaracaq».يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَyahzaru lmunafiquna an tunazzala ‘alayhim suratun tunabbi’uhum bima fi qulubihim quli stahzi’u inna llaha muxricun mma tahzaruna
Tövbə 9.65Onlardan soruşsan, mütləq «Biz ancaq söhbətə dalıb əylənirdik» deyərlər. De: «Allaha, Onun ayələrinə və elçisinə istehza edirdiniz?»وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنتُمْ تَسْتَهْزِئُونَvala’in sa’altahum layaqulunna innama kunna naxudu vanal‘abu qul abillahi vayatihi varasulihi kuntum tastahzi’una
Tövbə 9.66Üzr gətirməyin. İmanınızdan sonra inkar etdiniz. Aranızdan bir dəstəni əfv etsək də, bir dəstəyə günahkar olduqları üçün əzab verəcəyik.لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُم بَعْدَ إِيمَانِكُمْ ۚ إِن نَّعْفُ عَن طَائِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَla ta‘taziru qad kafartum ba‘da imanikum in nna‘fu ‘an ta’ifatin mminkum nu‘azzib ta’ifatan bi’annahum kanu mucrimina
Tövbə 9.67Münafiq kişilər və münafiq qadınlar bir-birindəndirlər. Pisliyi buyurur, yaxşılıqdan çəkindirir və əllərini sıxırlar. Allahı unutdular, O da onları unutdu. Həqiqətən, münafiqlər itaətsizlərin elə özüdür.الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُم مِّن بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَalmunafiquna valmunafiqatu ba‘duhum mmin ba‘din ya’muruna bilmunkari vayanhavna ‘ani lma‘rufi vayaqbiduna aydiyahum nasu llaha fanasiyahum inna lmunafiqina humu lfasiquna
Tövbə 9.68Allah münafiq kişilərə, münafiq qadınlara və inkar edənlərə içində həmişəlik qalacaqları cəhənnəm odunu vəd edib. O, onlara yetər. Allah onları lənətləyib və onlar üçün davamlı bir əzab var.وَعَدَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ هِيَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ اللَّهُ ۖ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌva‘ada llahu lmunafiqina valmunafiqati valkuffara nara cahannama xalidina fiha hiya hasbuhum vala‘anahumu llahu valahum ‘azabun mmuqimun
Tövbə 9.69Sizdən əvvəlkilər kimi. Onlar sizdən daha güclü idilər, malları da, övladları da sizinkindən çox idi. Onlar öz paylarından yararlandılar. Siz də sizdən əvvəlkilər öz paylarından yararlandıqları kimi öz payınızdan yararlandınız. Onların daldığına siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də boşa çıxdı. Ziyana uğrayanlar onlardır.كَالَّذِينَ مِن قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالًا وَأَوْلَادًا فَاسْتَمْتَعُوا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُم بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِن قَبْلِكُم بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا ۚ أُولَـٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَkallazina min qablikum kanu aşadda minkum quvvatan va’aksara amvalan va’avladan fastamta‘u bixalaqihim fastamta‘tum bixalaqikum kama stamta‘a llazina min qablikum bixalaqihim vaxudtum kallazi xadu ula’ika habitat a‘maluhum fi ddunya valaxirati va’ula’ika humu lxasiruna
Tövbə 9.70Özlərindən əvvəlkilərin, Nuh xalqının, Adın, Səmudun, İbrahimin xalqının, Mədyən əhlinin və alt-üst edilmiş şəhərlərin xəbəri onlara çatmadımı? Elçiləri onlara açıq dəlillərlə gəlmişdilər. Allah onlara zülm etməzdi, onlar özlərinə zülm edirdilər.أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَalam ya’tihim naba’u llazina min qablihim qavmi nuhin va‘adin vasamuda vaqavmi ibrahima va’ashabi madyana valmu’tafikati atathum rusuluhum bilbayyinati fama kana llahu liyazlimahum valakin kanu anfusahum yazlimuna
Tövbə 9.71Mömin kişilər və mömin qadınlar bir-birinin hamisidirlər. Yaxşılığı buyurur, pislikdən çəkindirir, namazı qılır, zəkatı verir, Allaha və Onun elçisinə itaət edirlər. Allah onlara mərhəmət edəcək. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَـٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌvalmu’minuna valmu’minatu ba‘duhum avliya’u ba‘din ya’muruna bilma‘rufi vayanhavna ‘ani lmunkari vayuqimuna ssalata vayu’tuna zzakata vayuti‘una llaha varasulahu ula’ika sayarhamuhumu llahu inna llaha ‘azizun hakimun
Tövbə 9.72Allah mömin kişilərə və mömin qadınlara altlarından çaylar axan, içində həmişəlik qalacaqları bağlar və Ədn bağlarında gözəl məskənlər vəd edib. Allahın razılığı isə daha böyükdür. Böyük qurtuluş budur.وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِّنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُva‘ada llahu lmu’minina valmu’minati cannatin tacri min tahtiha l’anharu xalidina fiha vamasakina tayyibatan fi cannati ‘adnin varidvanun mmina llahi akbaru zalika huva lfavzu l‘azimu
Tövbə 9.73Ey peyğəmbər! İnkar edənlərə və münafiqlərə qarşı mübarizə apar və onlara qarşı sərt ol. Onların sığınacağı cəhənnəmdir. Ora necə də pis dönüş yeridir!يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُya ayyuha nnabiyyu cahidi lkuffara valmunafiqina vağluz ‘alayhim vama’vahum cahannamu vabi’sa lmasiru
Tövbə 9.74Demədiklərinə dair Allaha and içirlər. Halbuki inkar sözünü dedilər, təslim olduqdan sonra inkar etdilər və əldə edə bilmədikləri bir işə girişdilər. Onların irad tutduqları yalnız bu idi ki, Allah və Onun elçisi Allahın lütfü ilə onları ehtiyacdan qurtardı. Tövbə etsələr, özləri üçün daha xeyirli olar. Üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də ağrılı bir əzab verər. Yer üzündə onların nə hamisi, nə də yardımçısı var.يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ إِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا ۚ وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ ۚ فَإِن يَتُوبُوا يَكُ خَيْرًا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍyahlifuna billahi ma qalu valaqad qalu kalimata lkufri vakafaru ba‘da islamihim vahammu bima lam yanalu vama naqamu illa an ağnahumu llahu varasuluhu min fadlihi fa’in yatubu yaku xayran llahum va’in yatavallav yu‘azzibhumu llahu ‘azaban aliman fi ddunya valaxirati vama lahum fi l’ardi min valiyyin vala nasirin
Tövbə 9.75Onlardan Allaha belə əhd verənlər də var: «Əgər bizə Öz lütfündən versə, mütləq sədəqə verəcəyik və salehlərdən olacağıq».وَمِنْهُم مَّنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِن فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَvaminhum mman ‘ahada llaha la’in atana min fadlihi lanassaddaqanna valanakunanna mina ssalihina
Tövbə 9.76Öz lütfündən onlara verəndə isə xəsislik etdilər və üz döndərib getdilər.فَلَمَّا آتَاهُم مِّن فَضْلِهِ بَخِلُوا بِهِ وَتَوَلَّوا وَّهُم مُّعْرِضُونَfalamma atahum mmin fadlihi baxilu bihi vatavallav vvahum mmu‘riduna
Tövbə 9.77Allaha verdikləri sözü pozduqlarına və yalan söylədiklərinə görə Allah da Onunla qarşılaşacaqları günə qədər qəlblərinə münafiqlik saldı.فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُوا اللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا يَكْذِبُونَfa’a‘qabahum nifaqan fi qulubihim ila yavmi yalqavnahu bima axlafu llaha ma va‘aduhu vabima kanu yakzibuna
Tövbə 9.78Bilmirdilərmi ki, Allah onların sirlərini də, gizli söhbətlərini də bilir və bütün qeybləri bilən Odur?أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللَّهَ عَلَّامُ الْغُيُوبِalam ya‘lamu anna llaha ya‘lamu sirrahum vanacvahum va’anna llaha ‘allamu lğuyubi
Tövbə 9.79Möminlərdən könüllü sədəqə verənlərə və gücləri çatan miqdardan artığını tapa bilməyənlərə irad tutub onlara istehza edənlər var ya, Allah da onlara istehza edir. Onlar üçün ağrılı bir əzab var.الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ اللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌallazina yalmizuna lmuttavvi‘ina mina lmu’minina fi ssadaqati vallazina la yaciduna illa cuhdahum fayasxaruna minhum saxira llahu minhum valahum ‘azabun alimun
Tövbə 9.80Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Çünki onlar Allahı və Onun elçisini inkar etdilər. Allah itaətsiz camaatı doğru yola yönəltməz.اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَistağfir lahum av la tastağfir lahum in tastağfir lahum sab‘ina marratan falan yağfira llahu lahum zalika bi’annahum kafaru billahi varasulihi vallahu la yahdi lqavma lfasiqina
Tövbə 9.81Geridə qoyulanlar Allahın elçisinin ardınca getməyib oturub qaldıqlarına sevindilər. Malları və canları ilə Allah yolunda mübarizə aparmaq istəmədilər və «İstidə səfərə çıxmayın» dedilər. De: «Cəhənnəm odu daha istidir». Kaş anlayaydılar!فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَافَ رَسُولِ اللَّهِ وَكَرِهُوا أَن يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَقَالُوا لَا تَنفِرُوا فِي الْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا ۚ لَّوْ كَانُوا يَفْقَهُونَfariha lmuxallafuna bimaq‘adihim xilafa rasuli llahi vakarihu an yucahidu bi’amvalihim va’anfusihim fi sabili llahi vaqalu la tanfiru fi lharri qul naru cahannama aşaddu harran llav kanu yafqahuna
Tövbə 9.82Qazandıqlarının qarşılığı olaraq az gülsünlər, çox ağlasınlar.فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَfalyadhaku qalilan valyabku kasiran caza’an bima kanu yaksibuna
Tövbə 9.83Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səfərə çıxmaq üçün səndən izin istəsələr, de: «Siz mənimlə heç vaxt səfərə çıxmayacaqsınız və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. İlk dəfə oturub qalmağa razı oldunuz. Elə isə geridə qalanlarla birgə oturun».فَإِن رَّجَعَكَ اللَّهُ إِلَىٰ طَائِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا مَعِيَ أَبَدًا وَلَن تُقَاتِلُوا مَعِيَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُم بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُوا مَعَ الْخَالِفِينَfa’in rraca‘aka llahu ila ta’ifatin mminhum fasta’zanuka lilxuruci faqul llan taxrucu ma‘iya abadan valan tuqatilu ma‘iya ‘aduvvan innakum raditum bilqu‘udi avvala marratin faq‘udu ma‘a lxalifina
Tövbə 9.84Onlardan ölən heç kəs üçün əsla namaz qılma və qəbrinin başında durma. Çünki onlar Allahı və Onun elçisini inkar etdilər və itaətsiz halda öldülər.وَلَا تُصَلِّ عَلَىٰ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِ ۖ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَvala tusalli ‘ala ahadin mminhum mmata abadan vala taqum ‘ala qabrihi innahum kafaru billahi varasulihi vamatu vahum fasiquna
Tövbə 9.85Onların malları da, övladları da səni heyran etməsin. Allah bunlarla dünyada onlara əzab vermək və canlarının inkar edən halda çıxmasını istəyir.وَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَvala tu‘cibka amvaluhum va’avladuhum innama yuridu llahu an yu‘azzibahum biha fi ddunya vatazhaqa anfusuhum vahum kafiruna
Tövbə 9.86«Allaha iman gətirin və elçisi ilə birlikdə mübarizə aparın» deyə bir surə endiriləndə onların imkan sahibi olanları səndən izin istədilər. Dedilər: «Bizi burax, oturub qalanlarla birgə olaq».وَإِذَا أُنزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُولُو الطَّوْلِ مِنْهُمْ وَقَالُوا ذَرْنَا نَكُن مَّعَ الْقَاعِدِينَva’iza unzilat suratun an aminu billahi vacahidu ma‘a rasulihi sta’zanaka ulu ttavli minhum vaqalu zarna nakun mma‘a lqa‘idina
Tövbə 9.87Geridə qalanlarla birgə olmağa razı oldular. Qəlblərinə möhür vuruldu, artıq anlamırlar.رَضُوا بِأَن يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَradu bi’an yakunu ma‘a lxavalifi vatubi‘a ‘ala qulubihim fahum la yafqahuna
Tövbə 9.88Elçi və onunla birlikdə iman gətirənlər isə malları və canları ilə mübarizə apardılar. Xeyirlər onlarındır. Nicat tapanlar onlardır.لَـٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُولَـٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَlakini rrasulu vallazina amanu ma‘ahu cahadu bi’amvalihim va’anfusihim va’ula’ika lahumu lxayratu va’ula’ika humu lmuflihuna
Tövbə 9.89Allah onlar üçün altlarından çaylar axan bağlar hazırlayıb. Orada həmişəlik qalacaqlar. Böyük qurtuluş budur.أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُa‘adda llahu lahum cannatin tacri min tahtiha l’anharu xalidina fiha zalika lfavzu l‘azimu
Tövbə 9.90Bədəvilərdən üzr gətirənlər izin verilsin deyə gəldilər. Allaha və Onun elçisinə yalan söyləyənlər isə oturub qaldılar. Onlardan inkar edənlərə ağrılı bir əzab toxunacaq.وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌvaca’a lmu‘azziruna mina l’a‘rabi liyu’zana lahum vaqa‘ada llazina kazabu llaha varasulahu sayusibu llazina kafaru minhum ‘azabun alimun
Tövbə 9.91Zəiflərə, xəstələrə və xərcləməyə bir şey tapmayanlara, Allaha və Onun elçisinə qarşı səmimi olduqları müddətdə, günah yoxdur. Yaxşılıq edənlərin əleyhinə bir yol yoxdur. Allah bağışlayandır, mərhəmətlidir.لَّيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِن سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌlaysa ‘ala ddu‘afa’i vala ‘ala lmarda vala ‘ala llazina la yaciduna ma yunfiquna haracun iza nasahu lillahi varasulihi ma ‘ala lmuhsinina min sabilin vallahu ğafurun rrahimun
Tövbə 9.92Onları mindirəsən deyə yanına gəlib «Sizi mindirməyə bir şey tapa bilmirəm» dediyin kəslərə də günah yoxdur. Xərcləməyə bir şey tapmadıqları üçün kədərdən gözləri yaşla dolub-daşaraq geri döndülər.وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنفِقُونَvala ‘ala llazina iza ma atavka litahmilahum qulta la acidu ma ahmilukum ‘alayhi tavallav vva’a‘yunuhum tafidu mina ddam‘i hazanan alla yacidu ma yunfiquna
Tövbə 9.93Yol ancaq varlı olduqları halda səndən izin istəyənlərin əleyhinədir. Geridə qalanlarla birgə olmağa razı oldular. Allah onların qəlblərini möhürlədi, artıq bilmirlər.إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاءُ ۚ رَضُوا بِأَن يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَinnama ssabilu ‘ala llazina yasta’zinunaka vahum ağniya’u radu bi’an yakunu ma‘a lxavalifi vataba‘a llahu ‘ala qulubihim fahum la ya‘lamuna
Tövbə 9.94Yanlarına qayıtdıqda sizə üzr gətirəcəklər. De: «Üzr gətirməyin. Sizə inanmayacağıq. Allah bizə sizin xəbərlərinizi bildirib. Allah da, elçisi də etdiklərinizi görəcək. Sonra qeybi və görünəni bilənin hüzuruna qaytarılacaqsınız. O, sizə etdiklərinizi xəbər verəcək».يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَya‘taziruna ilaykum iza raca‘tum ilayhim qul lla ta‘taziru lan nnu’mina lakum qad nabba’ana llahu min axbarikum vasayara llahu ‘amalakum varasuluhu summa turadduna ila ‘alimi lğaybi vaşşahadati fayunabbi’ukum bima kuntum ta‘maluna
Tövbə 9.95Yanlarına qayıtdığınızda onlardan üz döndərəsiniz deyə sizə Allaha and içəcəklər. Onlardan üz döndərin. Həqiqətən, onlar murdardırlar. Qazandıqlarının qarşılığı olaraq sığınacaqları cəhənnəmdir.سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَsayahlifuna billahi lakum iza nqalabtum ilayhim litu‘ridu ‘anhum fa’a‘ridu ‘anhum innahum ricsun vama’vahum cahannamu caza’an bima kanu yaksibuna
Tövbə 9.96Onlardan razı qalasınız deyə sizə and içirlər. Siz onlardan razı qalsanız da, Allah itaətsiz camaatdan razı qalmaz.يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِن تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَyahlifuna lakum litardav ‘anhum fa’in tardav ‘anhum fa’inna llaha la yarda ‘ani lqavmi lfasiqina
Tövbə 9.97Bədəvilər inkar və münafiqlikdə daha sərtdirlər və Allahın elçisinə endirdiyinin sərhədlərini bilməməyə daha çox meyillidirlər. Allah hər şeyi bilir, hikmət sahibidir.الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌal’a‘rabu aşaddu kufran vanifaqan va’acdaru alla ya‘lamu hududa ma anzala llahu ‘ala rasulihi vallahu ‘alimun hakimun
Tövbə 9.98Bədəvilərdən xərclədiyini zərər sayan və başınıza fəlakət gəlməsini gözləyənlər var. Pis fəlakət onların başına gəlsin! Allah eşidəndir, biləndir.وَمِنَ الْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌvamina l’a‘rabi man yattaxizu ma yunfiqu mağraman vayatarabbasu bikumu ddava’ira ‘alayhim da’iratu ssav’i vallahu sami‘un ‘alimun
Tövbə 9.99Bədəvilərdən elələri də var ki, Allaha və axirət gününə iman gətirir, xərclədiyini Allaha yaxınlaşmaq və elçinin duasını almaq üçün bir vasitə sayır. Bilin ki, bu onlar üçün yaxınlıq vasitəsidir. Allah onları Öz mərhəmətinə qovuşduracaq. Həqiqətən, Allah bağışlayandır, mərhəmətlidir.وَمِنَ الْأَعْرَابِ مَن يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَاتٍ عِندَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌvamina l’a‘rabi man yu’minu billahi valyavmi laxiri vayattaxizu ma yunfiqu qurubatin ‘inda llahi vasalavati rrasuli ala innaha qurbatun llahum sayudxiluhumu llahu fi rahmatihi inna llaha ğafurun rrahimun
Tövbə 9.100Mühacirlərdən və ənsardan öndə gedən ilklər və yaxşılıqla onların yolunu tutanlar var ya, Allah onlardan razı qaldı, onlar da Allahdan razı qaldılar. Onlar üçün altlarından çaylar axan bağlar hazırlayıb. Orada əbədi qalacaqlar. Böyük qurtuluş budur.وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُvassabiquna l’avvaluna mina lmuhacirina val’ansari vallazina ttaba‘uhum bi’ihsanin rradiya llahu ‘anhum varadu ‘anhu va’a‘adda lahum cannatin tacri tahtaha l’anharu xalidina fiha abadan zalika lfavzu l‘azimu
Tövbə 9.101Ətrafınızdakı bədəvilərdən də, Mədinə əhlindən də münafiqlər var. Münafiqliyi özlərinə adət ediblər. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra böyük bir əzaba qaytarılacaqlar.وَمِمَّنْ حَوْلَكُم مِّنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍvamimman havlakum mmina l’a‘rabi munafiquna vamin ahli lmadinati maradu ‘ala nnifaqi la ta‘lamuhum nahnu na‘lamuhum sanu‘azzibuhum mmarratayni summa yuradduna ila ‘azabin ‘azimin
Tövbə 9.102Başqaları isə günahlarını etiraf etdilər. Yaxşı bir əməli pis bir əməllə qarışdırdılar. Bəlkə Allah onların tövbəsini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, mərhəmətlidir.وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌvaxaruna ‘tarafu bizunubihim xalatu ‘amalan salihan vaxara sayyi’an ‘asa llahu an yatuba ‘alayhim inna llaha ğafurun rrahimun
Tövbə 9.103Mallarından sədəqə al ki, onunla onları təmizləyib saflaşdırasan. Onlar üçün dua et. Həqiqətən, sənin duan onlara rahatlıq verir. Allah eşidəndir, biləndir.خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَّهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌxuz min amvalihim sadaqatan tutahhiruhum vatuzakkihim biha vasalli ‘alayhim inna salataka sakanun llahum vallahu sami‘un ‘alimun
Tövbə 9.104Bilmirlərmi ki, qullarının tövbəsini qəbul edən və sədəqələri alan Allahdır? Tövbələri qəbul edən və mərhəmətli olan da Allahdır.أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُalam ya‘lamu anna llaha huva yaqbalu ttavbata ‘an ‘ibadihi vaya’xuzu ssadaqati va’anna llaha huva ttavvabu rrahimu
Tövbə 9.105De: «İş görün. Allah da, elçisi də, möminlər də əməllərinizi görəcəklər. Qeybi və görünəni bilənin hüzuruna qaytarılacaqsınız. O, sizə etdiklərinizi xəbər verəcək».وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَvaquli ‘malu fasayara llahu ‘amalakum varasuluhu valmu’minuna vasaturadduna ila ‘alimi lğaybi vaşşahadati fayunabbi’ukum bima kuntum ta‘maluna
Tövbə 9.106Başqaları da Allahın hökmünə buraxılıblar. O, ya onlara əzab verər, ya da tövbələrini qəbul edər. Allah hər şeyi bilir, hikmət sahibidir.وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌvaxaruna murcavna li’amri llahi imma yu‘azzibuhum va’imma yatubu ‘alayhim vallahu ‘alimun hakimun
Tövbə 9.107Zərər vermək, inkarı yaymaq, möminlərin arasını ayırmaq və əvvəl Allaha və elçisinə qarşı vuruşan kəs üçün gözləmə yeri hazırlamaq məqsədilə məscid düzəldənlər də var. Mütləq «Biz yalnız yaxşılıq etmək istədik» deyə and içəcəklər. Allah onların yalançı olduqlarına şahidlik edir.وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَىٰ ۖ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَvallazina ttaxazu mascidan diraran vakufran vatafriqan bayna lmu’minina va’irsadan lliman haraba llaha varasulahu min qablu valayahlifunna in aradna illa lhusna vallahu yaşhadu innahum lakazibuna
Tövbə 9.108Orada heç vaxt durma. İlk gündən təqva üzərində qurulmuş məscid içində durmağına daha layiqdir. Orada təmizlənməyi sevən kəslər var. Allah təmizlənənləri sevir.لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَla taqum fihi abadan llamascidun ussisa ‘ala ttaqva min avvali yavmin ahaqqu an taquma fihi fihi ricalun yuhibbuna an yatatahharu vallahu yuhibbu lmuttahhirina
Tövbə 9.109Tikilisini Allaha qarşı təqva və Onun razılığı üzərində quranmı daha xeyirlidir, yoxsa onu uçulmaqda olan bir yarğanın kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan? Allah zalım camaatı doğru yola yönəltməz.أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَafaman assasa bunyanahu ‘ala taqva mina llahi varidvanin xayrun am mman assasa bunyanahu ‘ala şafa curufin harin fanhara bihi fi nari cahannama vallahu la yahdi lqavma zzalimina
Tövbə 9.110Ucaltdıqları tikili qəlbləri parçalanana qədər qəlblərində bir şübhə olaraq qalacaq. Allah hər şeyi bilir, hikmət sahibidir.لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌla yazalu bunyanuhumu llazi banav ribatan fi qulubihim illa an taqatta‘a qulubuhum vallahu ‘alimun hakimun
Tövbə 9.111Həqiqətən, Allah möminlərin canlarını və mallarını cənnət qarşılığında onlardan satın alıb. Allah yolunda vuruşur, öldürür və öldürülürlər. Bu, Tövratda, İncildə və Quranda Onun üzərinə götürdüyü gerçək bir vəddir. Əhdinə Allahdan daha sadiq olan kimdir? Bağladığınız bu alış-verişə sevinin. Böyük qurtuluş budur.إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُinna llaha ştara mina lmu’minina anfusahum va’amvalahum bi’anna lahumu lcannata yuqatiluna fi sabili llahi fayaqtuluna vayuqtaluna va‘dan ‘alayhi haqqan fi ttavrati val’incili valqurani vaman avfa bi‘ahdihi mina llahi fastabşiru bibay‘ikumu llazi baya‘tum bihi vazalika huva lfavzu l‘azimu
Tövbə 9.112Tövbə edənlər, qulluq edənlər, həmd edənlər, səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşılığı buyuranlar, pislikdən çəkindirənlər və Allahın qoyduğu sərhədləri qoruyanlar. Möminlərə müjdə ver.التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَatta’ibuna l‘abiduna lhamiduna ssa’ihuna rraki‘una ssaciduna lamiruna bilma‘rufi vannahuna ‘ani lmunkari valhafizuna lihududi llahi vabaşşiri lmu’minina
Tövbə 9.113Şərik qoşanların cəhənnəm əhli olduqları aydın olduqdan sonra, yaxın qohum olsalar belə, onlar üçün bağışlanma diləmək peyğəmbərə və iman gətirənlərə yaraşmaz.مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَن يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِma kana linnabiyyi vallazina amanu an yastağfiru lilmuşrikina valav kanu uli qurba min ba‘di ma tabayyana lahum annahum ashabu lcahimi
Tövbə 9.114İbrahim atası üçün yalnız ona verdiyi bir sözə görə bağışlanma diləmişdi. Atasının Allaha düşmən olduğu ona aydın olanda ondan uzaqlaşdı. Həqiqətən, İbrahim çox kövrək və həlim idi.وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌvama kana stiğfaru ibrahima li’abihi illa ‘an mmav‘idatin va‘adaha iyyahu falamma tabayyana lahu annahu ‘aduvvun llillahi tabarra’a minhu inna ibrahima la’avvahun halimun
Tövbə 9.115Allah bir camaatı doğru yola yönəltdikdən sonra nədən çəkinməli olduqlarını onlara açıqlamadan onları azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌvama kana llahu liyudilla qavman ba‘da iz hadahum hatta yubayyina lahum mma yattaquna inna llaha bikulli şay’in ‘alimun
Tövbə 9.116Göylərin və yerin hökmranlığı Allaha aiddir. O, dirildir və öldürür. Allahdan başqa nə haminiz, nə də yardımçınız var.إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍinna llaha lahu mulku ssamavati val’ardi yuhyi vayumitu vama lakum mmin duni llahi min valiyyin vala nasirin
Tövbə 9.117Allah peyğəmbərin və çətinlik vaxtı ona uyan mühacirlərlə ənsarın tövbəsini qəbul etdi. Onlardan bir dəstənin qəlbi az qala sapacaqdı. Sonra Allah onların tövbəsini qəbul etdi. Həqiqətən, O, onlara qarşı şəfqətli və mərhəmətlidir.لَّقَد تَّابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِن بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَّحِيمٌlaqad ttaba llahu ‘ala nnabiyyi valmuhacirina val’ansari llazina ttaba‘uhu fi sa‘ati l‘usrati min ba‘di ma kada yaziğu qulubu fariqin mminhum summa taba ‘alayhim innahu bihim ra’ufun rrahimun
Tövbə 9.118Geridə qoyulan üç nəfərin də tövbəsini qəbul etdi. Yer üzü bütün genişliyinə baxmayaraq onlara dar gəlmiş, öz içləri də daralmışdı. Allahdan qaçıb yenə Ona sığınmaqdan başqa bir sığınacaq olmadığını anladılar. Sonra tövbə etsinlər deyə Allah onlara yönəldi. Həqiqətən, tövbələri qəbul edən və mərhəmətli olan Allahdır.وَعَلَى الثَّلَاثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوا أَن لَّا مَلْجَأَ مِنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا ۚ إِنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُva‘ala ssalasati llazina xullifu hatta iza daqat ‘alayhimu l’ardu bima rahubat vadaqat ‘alayhim anfusuhum vazannu an lla malca’a mina llahi illa ilayhi summa taba ‘alayhim liyatubu inna llaha huva ttavvabu rrahimu
Tövbə 9.119Ey iman gətirənlər! Allaha qarşı təqvalı olun və doğru danışanlarla birlikdə olun.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَya ayyuha llazina amanu ttaqu llaha vakunu ma‘a ssadiqina
Tövbə 9.120Mədinə əhlinə və ətrafındakı bədəvilərə Allahın elçisindən geri qalmaq və öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki Allah yolunda çəkdikləri hər susuzluq, yorğunluq və aclıq, inkar edənləri qəzəbləndirən bir yerə atdıqları hər addım və düşmənə qarşı qazandıqları hər uğur onlara yaxşı bir əməl olaraq yazılır. Həqiqətən, Allah yaxşılıq edənlərin mükafatını zay etməz.مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ الْأَعْرَابِ أَن يَتَخَلَّفُوا عَن رَّسُولِ اللَّهِ وَلَا يَرْغَبُوا بِأَنفُسِهِمْ عَن نَّفْسِهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِي سَبِيلِ اللَّهِ وَلَا يَطَئُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِ عَمَلٌ صَالِحٌ ۚ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَma kana li’ahli lmadinati vaman havlahum mmina l’a‘rabi an yataxallafu ‘an rrasuli llahi vala yarğabu bi’anfusihim ‘an nnafsihi zalika bi’annahum la yusibuhum zama’un vala nasabun vala maxmasatun fi sabili llahi vala yata’una mavti’an yağizu lkuffara vala yanaluna min ‘aduvvin nnaylan illa kutiba lahum bihi ‘amalun salihun inna llaha la yudi‘u acra lmuhsinina
Tövbə 9.121Kiçik və ya böyük nə xərcləsələr və hansı vadini keçsələr, bunlar onlara yazılır ki, Allah etdiklərinin ən yaxşısına görə onlara qarşılıq versin.وَلَا يُنفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا كَانُوا يَعْمَلُونَvala yunfiquna nafaqatan sağiratan vala kabiratan vala yaqta‘una vadiyan illa kutiba lahum liyacziyahumu llahu ahsana ma kanu ya‘maluna
Tövbə 9.122Möminlərin hamısının bir yerdə səfərə çıxması lazım deyil. Hər topluluqdan bir dəstə dində dərin bilik qazanmaq və xalqına qayıdanda onları xəbərdar etmək üçün çıxmalı deyildimi? Bəlkə ehtiyatlı olalar.وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَائِفَةٌ لِّيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَvama kana lmu’minuna liyanfiru kaffatan falavla nafara min kulli firqatin mminhum ta’ifatun lliyatafaqqahu fi ddini valiyunziru qavmahum iza raca‘u ilayhim la‘allahum yahzaruna
Tövbə 9.123Ey iman gətirənlər! İnkar edənlərdən sizə yaxın olanlarla vuruşun. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah təqvalı olanlarla birlikdədir.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَya ayyuha llazina amanu qatilu llazina yalunakum mmina lkuffari valyacidu fikum ğilzatan va‘lamu anna llaha ma‘a lmuttaqina
Tövbə 9.124Bir surə endiriləndə onlardan «Bu, hansınızın imanını artırdı?» deyənlər olur. İman gətirənlərin imanını artırır və onlar sevinirlər.وَإِذَا مَا أُنزِلَتْ سُورَةٌ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَـٰذِهِ إِيمَانًا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَva’iza ma unzilat suratun faminhum mman yaqulu ayyukum zadathu hazihi imanan fa’amma llazina amanu fazadathum imanan vahum yastabşiruna
Tövbə 9.125Qəlblərində xəstəlik olanların isə murdarlığına murdarlıq qatıb və onlar inkar edən halda ölüblər.وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَva’amma llazina fi qulubihim mmaradun fazadathum ricsan ila ricsihim vamatu vahum kafiruna
Tövbə 9.126Hər il bir və ya iki dəfə sınağa çəkildiklərini görmürlərmi? Yenə də tövbə etmir və öyüd almırlar.أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَavala yaravna annahum yuftanuna fi kulli ‘amin mmarratan av marratayni summa la yatubuna vala hum yazzakkaruna
Tövbə 9.127Bir surə endiriləndə «Sizi kimsə görürmü?» deyə bir-birinə baxır, sonra dönüb gedirlər. Allah onların qəlblərini döndərib. Çünki onlar anlamayan bir camaatdır.وَإِذَا مَا أُنزِلَتْ سُورَةٌ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَاكُم مِّنْ أَحَدٍ ثُمَّ انصَرَفُوا ۚ صَرَفَ اللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَva’iza ma unzilat suratun nnazara ba‘duhum ila ba‘din hal yarakum mmin ahadin summa nsarafu sarafa llahu qulubahum bi’annahum qavmun lla yafqahuna
Tövbə 9.128Sizə öz aranızdan bir elçi gəldi. Çətinliyə düşməyiniz ona ağır gəlir. Sizin üçün çox qayğılanır və möminlərə qarşı şəfqətli, mərhəmətlidir.لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌlaqad ca’akum rasulun mmin anfusikum ‘azizun ‘alayhi ma ‘anittum harisun ‘alaykum bilmu’minina ra’ufun rrahimun
Tövbə 9.129Üz döndərsələr, de: «Allah mənə yetər. Ondan başqa ilah yoxdur. Ona təvəkkül etdim. Böyük ərşin Rəbbi Odur».فَإِن تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِfa’in tavallav faqul hasbiya llahu la ilaha illa huva ‘alayhi tavakkaltu vahuva rabbu l‘arşi l‘azimi