Mədinə əhlinə və ətrafındakı bədəvilərə Allahın elçisindən geri qalmaq və öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki Allah yolunda çəkdikləri hər susuzluq, yorğunluq və aclıq, inkar edənləri qəzəbləndirən bir yerə atdıqları hər addım və düşmənə qarşı qazandıqları hər uğur onlara yaxşı bir əməl olaraq yazılır. Həqiqətən, Allah yaxşılıq edənlərin mükafatını zay etməz.
مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ الْأَعْرَابِ أَن يَتَخَلَّفُوا عَن رَّسُولِ اللَّهِ وَلَا يَرْغَبُوا بِأَنفُسِهِمْ عَن نَّفْسِهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِي سَبِيلِ اللَّهِ وَلَا يَطَئُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِ عَمَلٌ صَالِحٌ ۚ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
ma kana li’ahli lmadinati vaman havlahum mmina l’a‘rabi an yataxallafu ‘an rrasuli llahi vala yarğabu bi’anfusihim ‘an nnafsihi zalika bi’annahum la yusibuhum zama’un vala nasabun vala maxmasatun fi sabili llahi vala yata’una mavti’an yağizu lkuffara vala yanaluna min ‘aduvvin nnaylan illa kutiba lahum bihi ‘amalun salihun inna llaha la yudi‘u acra lmuhsinina