Göydən su endirən Odur. O su ilə hər cür bitki çıxardıq. O bitkilərdən yaşıl zoğlar çıxardıq və onlardan bir-birinin üstündə sıralanmış dənlər çıxarırıq. Xurma ağacının tumurcuğundan sallanan salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytunlar və narlar yetişdiririk. Bar verəndə meyvəsinə və onun yetişməsinə baxın. Bunda iman gətirən bir camaat üçün ayələr var.
وَهُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۗ انظُرُوا إِلَىٰ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ ۚ إِنَّ فِي ذَٰلِكُمْ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
vahuva llazi anzala mina ssama’i ma’an fa’axracna bihi nabata kulli şay’in fa’axracna minhu xadiran nnuxricu minhu habban mmutarakiban vamina nnaxli min tal‘iha qinvanun daniyatun vacannatin mmin a‘nabin vazzaytuna varrummana muştabihan vağayra mutaşabihini nzuru ila samarihi iza asmara vayan‘ihi inna fi zalikum layatin lliqavmin yu’minuna