Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Boşanma 65.1Ey nəbi! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərini nəzərə alaraq boşayın və həmin müddəti hesablayın. Rəbbiniz Allaha qarşı təqvalı olun. Açıq-aşkar bir çirkin əməl etmədikcə onları evlərindən çıxarmayın, onlar da çıxmasınlar. Bunlar Allahın qoyduğu hədlərdir. Kim Allahın qoyduğu hədləri aşsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə, Allah bundan sonra bir iş ortaya çıxarar.يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِن بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَن يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًاya ayyuha nnabiyyu iza tallaqtumu nnisa’a fatalliquhunna li‘iddatihinna va’ahsu l‘iddata vattaqu llaha rabbakum la tuxricuhunna min buyutihinna vala yaxrucna illa an ya’tina bifahişatin mmubayyinatin vatilka hududu llahi vaman yata‘adda hududa llahi faqad zalama nafsahu la tadri la‘alla llaha yuhdisu ba‘da zalika amranBoşanma 65.2Müddətlərinin sonuna çatanda onları yaxşılıqla saxlayın, ya da onlardan yaxşılıqla ayrılın. Aranızdan iki ədalətli kəsi şahid tutun və şahidliyi Allah üçün yerinə yetirin. Allaha və axirət gününə iman gətirənə bununla öyüd verilir. Kim Allaha qarşı təqvalı olsa, O, həmin kəsə bir çıxış yolu açarفَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِّنكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَن كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًاfa’iza balağna acalahunna fa’amsikuhunna bima‘rufin av fariquhunna bima‘rufin va’aşhidu zavay ‘adlin mminkum va’aqimu şşahadata lillahi zalikum yu‘azu bihi man kana yu’minu billahi valyavmi laxiri vaman yattaqi llaha yac‘al llahu maxracanBoşanma 65.3və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona yetər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoyub.وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًاvayarzuqhu min haysu la yahtasibu vaman yatavakkal ‘ala llahi fahuva hasbuhu inna llaha baliğu amrihi qad ca‘ala llahu likulli şay’in qadranBoşanma 65.4Qadınlarınızdan aybaşıdan kəsilənlər barədə şübhəniz olsa, onların gözləmə müddəti üç aydır. Aybaşı olmayanların da müddəti belədir. Hamilə olanların müddəti isə doğuşa qədərdir. Kim Allaha qarşı təqvalı olsa, O, həmin kəsin işini asanlaşdırar.وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِن نِّسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مِنْ أَمْرِهِ يُسْرًاvalla’i ya’isna mina lmahidi min nnisa’ikum ini rtabtum fa‘iddatuhunna salasatu aşhurin valla’i lam yahidna va’ulatu l’ahmali acaluhunna an yada‘na hamlahunna vaman yattaqi llaha yac‘al llahu min amrihi yusranBoşanma 65.5Bu, Allahın sizə endirdiyi əmridir. Kim Allaha qarşı təqvalı olsa, Allah onun pis əməllərini örtər və mükafatını artırar.ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنزَلَهُ إِلَيْكُمْ ۚ وَمَن يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًاzalika amru llahi anzalahu ilaykum vaman yattaqi llaha yukaffir ‘anhu sayyi’atihi vayu‘zim lahu acranBoşanma 65.6İmkanınız daxilində onlara yaşadığınız yerdə yer verin. Onları sıxışdırmaq üçün onlara zərər verməyin. Hamilədirlərsə, doğanadək onların dolanışığını təmin edin. Sizin üçün əmizdirsələr, haqlarını verin. Aranızda yaxşılıqla məsləhətləşin. Bir-birinizə çətinlik çıxarsanız, onun üçün başqa bir qadın əmizdirəcək.أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنتُم مِّن وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِن كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُم بِمَعْرُوفٍ ۖ وَإِن تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰaskinuhunna min haysu sakantum mmin vucdikum vala tudarruhunna litudayyiqu ‘alayhinna va’in kunna ulati hamlin fa’anfiqu ‘alayhinna hatta yada‘na hamlahunna fa’in arda‘na lakum fatuhunna ucurahunna va’tamiru baynakum bima‘rufin va’in ta‘asartum fasaturdi‘u lahu uxraBoşanma 65.7İmkanı bol olan imkanına görə sərf etsin. Ruzisi daraldılan da Allahın ona verdiyindən sərf etsin. Allah heç kəsi ona verdiyindən artıq yükləməz. Allah çətinlikdən sonra asanlıq verəcək.لِيُنفِقْ ذُو سَعَةٍ مِّن سَعَتِهِ ۖ وَمَن قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًاliyunfiq zu sa‘atin mmin sa‘atihi vaman qudira ‘alayhi rizquhu falyunfiq mimma atahu llahu la yukallifu llahu nafsan illa ma ataha sayac‘alu llahu ba‘da ‘usrin yusranBoşanma 65.8Neçə-neçə şəhər Rəbbinin və elçilərinin əmrinə qarşı çıxdı! Biz də onları ağır hesaba çəkdik və görünməmiş bir əzaba düçar etdik.وَكَأَيِّن مِّن قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُّكْرًاvaka’ayyin mmin qaryatin ‘atat ‘an amri rabbiha varusulihi fahasabnaha hisaban şadidan va‘azzabnaha ‘azaban nnukranBoşanma 65.9İşlərinin acı nəticəsini daddılar. İşlərinin sonu ziyan oldu.فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًاfazaqat vabala amriha vakana ‘aqibatu amriha xusranBoşanma 65.10Allah onlara şiddətli bir əzab hazırlayıb. Ey iman gətirən ağıl sahibləri! Allaha qarşı təqvalı olun. Allah sizə bir xatırlatma endirib.أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًاa‘adda llahu lahum ‘azaban şadidan fattaqu llaha ya uli l’albabi llazina amanu qad anzala llahu ilaykum zikranBoşanma 65.11İman gətirib saleh əməllər edənləri qaranlıqlardan nura çıxarmaq üçün sizə Allahın aydın ayələrini oxuyan bir elçi göndərib. Kim Allaha iman gətirib saleh əməl etsə, Allah onu altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Orada əbədi qalacaqlar. Allah ona gözəl ruzi verib.رَّسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِّيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًاrasulan yatlu ‘alaykum ayati llahi mubayyinatin lliyuxrica llazina amanu va‘amilu ssalihati mina zzulumati ila nnuri vaman yu’min billahi vaya‘mal salihan yudxilhu cannatin tacri min tahtiha l’anharu xalidina fiha abadan qad ahsana llahu lahu rizqanBoşanma 65.12Yeddi göyü və yerdən də onların bənzərini yaradan Allahdır. Əmr onların arasında enir ki, Allahın hər şeyə gücü yetdiyini və Allahın Öz elmi ilə hər şeyi əhatə etdiyini biləsiniz.اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًاallahu llazi xalaqa sab‘a samavatin vamina l’ardi mislahunna yatanazzalu l’amru baynahunna lita‘lamu anna llaha ‘ala kulli şay’in qadirun va’anna llaha qad ahata bikulli şay’in ‘ilman