66. Qadağan

Mərhəməti geniş olan, rəhmli Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِbismi llahi rrahmani rrahimi
Qadağan 66.1Ey nəbi! Həyat yoldaşlarının razılığını istəyib Allahın sənə halal etdiyini niyə özünə haram edirsən? Allah çox bağışlayandır, mərhəmətlidir.يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ ۖ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌya ayyuha nnabiyyu lima tuharrimu ma ahalla llahu laka tabtaği mardata azvacika vallahu ğafurun rrahimun
Qadağan 66.2Allah andlarınızı açmağı sizə vacib edib. Allah sizin himayədarınızdır. O, biləndir, hikmət sahibidir.قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ ۚ وَاللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُqad farada llahu lakum tahillata aymanikum vallahu mavlakum vahuva l‘alimu lhakimu
Qadağan 66.3Bir vaxt nəbi həyat yoldaşlarından birinə gizlicə bir söz demişdi. O, həmin sözü xəbər verəndə və Allah bunu nəbiyə bildirəndə nəbi onun bir qismini dedi, bir qismindən isə keçdi. Bunu ona xəbər verəndə yoldaşı dedi: «Bunu sənə kim xəbər verdi?» Dedi: «Bilən və hər şeydən xəbərdar olan mənə xəbər verdi».وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَىٰ بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَن بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنبَأَكَ هَـٰذَا ۖ قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُva’iz asarra nnabiyyu ila ba‘di azvacihi hadisan falamma nabba’at bihi va’azharahu llahu ‘alayhi ‘arrafa ba‘dahu va’a‘rada ‘an ba‘din falamma nabba’aha bihi qalat man anba’aka haza qala nabba’aniya l‘alimu lxabiru
Qadağan 66.4İkiniz də Allaha tövbə etsəniz… Çünki ürəkləriniz meyl edib. Ona qarşı bir-birinizə dayaq olsanız, bilin ki, onun himayədarı Allahdır. Cəbrail və saleh möminlər də ona dayaqdırlar. Bunlardan sonra mələklər də köməkçidir.إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ ۖ وَالْمَلَائِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌin tatuba ila llahi faqad sağat qulubukuma va’in tazahara ‘alayhi fa’inna llaha huva mavlahu vacibrilu vasalihu lmu’minina valmala’ikatu ba‘da zalika zahirun
Qadağan 66.5O, sizi boşasa, Rəbbi ona sizin əvəzinizdə sizdən daha xeyirli həyat yoldaşları verə bilər: təslim olan, iman gətirən, itaət edən, tövbə edən, qulluq edən, oruc tutan, əvvəllər evli olmuş və bakirə qadınlar.عَسَىٰ رَبُّهُ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِّنكُنَّ مُسْلِمَاتٍ مُّؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا‘asa rabbuhu in tallaqakunna an yubdilahu azvacan xayran mminkunna muslimatin mmu’minatin qanitatin ta’ibatin ‘abidatin sa’ihatin sayyibatin va’abkaran
Qadağan 66.6Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Onun üstündə sərt və qüvvətli mələklər var. Allahın onlara əmr etdiyinə qarşı çıxmaz, əmr olunanı edərlər.يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَya ayyuha llazina amanu qu anfusakum va’ahlikum naran vaquduha nnasu valhicaratu ‘alayha mala’ikatun ğilazun şidadun lla ya‘suna llaha ma amarahum vayaf‘aluna ma yu’maruna
Qadağan 66.7Ey inkar edənlər! Bu gün üzr gətirməyin. Sizə yalnız etdiklərinizin qarşılığı verilir.يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لَا تَعْتَذِرُوا الْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَya ayyuha llazina kafaru la ta‘taziru lyavma innama tuczavna ma kuntum ta‘maluna
Qadağan 66.8Ey iman gətirənlər! Allaha səmimi tövbə edin. Ola bilsin ki, Rəbbiniz pis əməllərinizi örtsün və sizi altından çaylar axan Cənnət bağlarına daxil etsin. O gün Allah nəbini və onunla birlikdə iman gətirənləri rüsvay etməyəcək. Nurları önlərində və sağlarında irəliləyəcək. Deyəcəklər: «Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Sənin hər şeyə gücün yetər».يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌya ayyuha llazina amanu tubu ila llahi tavbatan nnasuhan ‘asa rabbukum an yukaffira ‘ankum sayyi’atikum vayudxilakum cannatin tacri min tahtiha l’anharu yavma la yuxzi llahu nnabiyya vallazina amanu ma‘ahu nuruhum yas‘a bayna aydihim vabi’aymanihim yaquluna rabbana atmim lana nurana vağfir lana innaka ‘ala kulli şay’in qadirun
Qadağan 66.9Ey nəbi! İnkar edənlərə və münafiqlərə qarşı cihad et, onlara sərt ol. Onların məskəni Cəhənnəmdir. Necə də pis dönüş yeridir!يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُya ayyuha nnabiyyu cahidi lkuffara valmunafiqina vağluz ‘alayhim vama’vahum cahannamu vabi’sa lmasiru
Qadağan 66.10Allah inkar edənlərə Nuhun həyat yoldaşını və Lutun həyat yoldaşını misal çəkdi. Onlar qullarımızdan iki saleh qulun nikahında idilər, lakin onlara xəyanət etdilər. O iki qul Allah qarşısında onlara heç bir fayda verə bilmədi. Onlara «İkiniz də girənlərlə birlikdə oda girin» deyildi.ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَdaraba llahu masalan llillazina kafaru mra’ata nuhin vamra’ata lutin kanata tahta ‘abdayni min ‘ibadina salihayni faxanatahuma falam yuğniya ‘anhuma mina llahi şay’an vaqila dxula nnara ma‘a ddaxilina
Qadağan 66.11Allah iman gətirənlərə Fironun həyat yoldaşını misal çəkdi. O demişdi: «Ey Rəbbim! Mənə Öz yanında, Cənnətdə bir ev qur. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən qurtar».وَضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِندَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِن فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَvadaraba llahu masalan llillazina amanu mra’ata fir‘avna iz qalat rabbi bni li ‘indaka baytan fi lcannati vanaccini min fir‘avna va‘amalihi vanaccini mina lqavmi zzalimina
Qadağan 66.12İffətini qoruyan İmran qızı Məryəmi də. Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və kitablarını təsdiqlədi. İtaət edənlərdən idi.وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَvamaryama bnata ‘imrana llati ahsanat farcaha fanafaxna fihi min rruhina vasaddaqat bikalimati rabbiha vakutubihi vakanat mina lqanitina